Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1189/2022 13.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri 5-ci məhəllə, ev1/28, mənzil 22-də yaşayan), Üçüncü şəxs X8 (işləməyən, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28, mənzil 22-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə qarşı X8 və onun həyat yoldaşı X4 Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 22 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X8 və onun həyat yoldaşı X4 Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 22 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.03.2022-ci il tarixli qərardadı ilə X16 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia tələbini müdafiə edərək izah etdi ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 22 saylı onun mərhum əri X13 məxsus olmuşdur. Həyat yoldaşının vəfatından sonra həmin mənzildə o, övladları X16 və Məmmədova Yeganə Sabir qızı ilə birgə yaşamışdır. Kamal X2 ilə ailə həyatı qurmuşdur. Gəlini ilə aralarında müasibətlər pozulduqdan sonra sonuncu Sumqayıt şəhər Məhkəməsinə iddia ilə müraciət edərək yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair, o, isə mənzilin özəlləşdirilməsinə dair iddia qaldırmışdır. O, faktiki olaraq gəlinin qeydiyyata düşməsinə razı olmuşdur. Bununla bağlı, onlar vəkilləri ilə birlikdə ərizə yazmaq üçün Sumqayıt ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə getmişlər. Orada o, ona təqdim olunan bəzi sənədləri oxumadan imzalamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin sənədlər mənzilin özəlləşdirilməsi və mənzilin 1/3 hissəsinin gəlini H.Məmmədovaya verilməsi barədə olmuşdur. Beləliklə, iddiaçı fakitiki olaraq aldanma nəticəsində mənzilin 1/3 hissəsinin oğluna, 1/3 hissəsinin isə keçmiş gəlini Həmidəyə verilməsinə razılıq vermişdir. X3 və X4 mənzildə qeydiyyatda olmaları onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olmaqla yanaşı əlavə xərclər çəkilməsinə səbəb olur. İddiaçı X8 və onun həyat yoldaşı X4 Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin, 22-ci mənzilindən pasport qeydiyyatından çıxarılması barədə Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən bu günə qədər müraciətə cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddianı qəbul edərək izah etdi ki, o, 2005-ci ildə X12 ilə ailə qurmuşdur. həmin nikahdan bir uşaqları vardır. 2015-ci ildə Həmidə mənzilə hüququn tanınmasına dair iddia qaldırmış, anası isə mənzili özəlləşdirmək istəmişdir. Bununla bağlı notariat ofisində müəyyən sənədlər mzalamışlar. Sonradan onlara bəlli olmuşdur ki, onlar mənzilin 1/3 paylarla bölünməsinə razılıq vermişlər. Hazırda o, mənzildən qeydiyyatdan çıxmağa razıdır və Həmidənin də qeydiyyatdan çıxarılmasını tələb edir. Sonuncu artıq 10 aydır uşaqla birlikdə mənzildən çıxıb getmişdir. Cavabdeh və üçüncü şəxs X12 şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 22 saylı mənzil 1/3 hissə ilə İddiaçı, X8 və X4 xüsusi mülkiyyətindədir. - AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X16, X12, X5 və Məmmədova Yeganə Sabir qızı Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 22 saylı mənzildə qeydiyyatdadırlar. -Sumqayıt şəhər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(060)-7103/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6 və qeyrilərinə qarşı Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evdə yerləşən 22 saylı mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(105)-816/2020 saylı qətanməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(060) 7103/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(060)-6828/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X14 və X6 qarşı mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi “ tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətə cavab verməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxs X8 izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxslər X16 və X12 iddiaçı ilə bərabər paylı mülkiyyət hüququna malikdirlər. İddiaçı mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmış, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Bundan başqa iddiaçı R.X1 və X10 yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yuxarıda göstərilən qanunvericiliyin normasından görünür ki, qanunverici tərəfindən qeydiyyatdan çıxarma üçün əsaslar aydın şəkildə sadalanmışdır. məhkəmə araşdırması zamanı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün əsasın yaranmas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bekəliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1189/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1189/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver