Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-119/2021 05.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 4-cü mikr-n, ev 17B mənzil 12-də yaşayan), Cavabdehin nümyəndəsi X6 (DSMF piblik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71 a,mənzil 15-də ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı 01.03.1995-15.03.2002-ci illərdə “Oxçu” kiçik müəssisəsində, 01.04.2002-ci ildən 02.06.2003-cü illərdə Qaradağ rayon Su Təchizatı İdarəsində, 05.06.2003-22.09.2003-cü illərdə Avtonəqliyyat İstehsalında, 01.10.2003-cü ildən 01.04.2004-cü illərdə "xxxx" Azərbaycan Elelktrik Şəbəkə MMC-də, noyabr 2004 - 22.11.2006-cı illərdə “Müzəffərli” Qida Sənaye LTD-də işlədiyi dövrün sosial siğorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh DSMF-nun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 25 dekabr 2018-ci il tarixdən İİ qrup əlilliyinə görə əmək pensiyası təyin edilməsi və 25.12.2018-ci il tarixdən hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödəməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, onun 01.03.1995-15.03.2002-ci illərdə “Oxçu” kiçik müəssisəsində, 01.04.2002-ci ildən 02.06.2003-cü illərdə Qaradağ rayon Su Təchizatı İdarəsində, 05.06.2003-22.09.2003-cü illərdə Avtonəqliyyat İstehsalında, 01.10.2003-cü ildən 01.04.2004-cü illərdə "xxxx" MMCdə, noyabr 2004 - 22.11.2006-cı illərdə “Müzəffərli” Qida Sənaye LTD-də işlədiyi dövrlərin sosial siğorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, DSMF-nin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh imtina cavabı verərək onun əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 22800.00 manat sosial sığorta kapitalına qarşı 14508.26 manat pensiya kapitalının olmasını bildirmişdir. Bundan əvvəlki müraciətinə isə cavabdeh 04.03.2019-cu il tarixli məktubunda bildirmişdir ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 13293.18 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 12500.65 manat pensiya kapitalının olması səbəbindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Göründüyü kimi, 25 dekabr 2018-ci il tarixdə 2-ci qrup əlilliyə görə tələb olunan 13293,18 manat pensiya kapitalına qarşı, onun 14508,26 manat pensiya kapitalı mövcud olmuşdur. Həmin fakt 04.02.2020-ci il tarixli Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şöbəsinin imtina məktubunda da öz təsdiqini tapır. İddiaçı hesab edir ki, 25.12.2018-ci il tarixdən ona 2-ci qrup əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan 13293,18 manat sosial sığorta kapitalına qarşı 14508,26 manat sosial sığorta kapitalı mövcud olduğundan cavabdehin imtinası əsassız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı Tibbi Sosial Ekspert Komissiyasının 25.12.2018-ci il tarixli qərarı ilə 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı ”Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə 28.01.2019-cu ildə və 31.01.2020-ci ildə müraciət etmişdir. Cavabden isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinin tələblərinə görə İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən 2 şərtə uyqun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun tələb olunan sığorta stajı olsa da, 2019-cu il fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12500.65 manat, 2020-ci ildə isə 14508.26 manat məbləğində olmuşdur. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. - ƏƏSMN TSEK arayışından görünür ki, İddiaçı 25.12.2018-ci il tarixdə İİ dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. - DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 21.02.2020-ci il tarixli 26 nömrəli saylı arayışdan görünür ki, İddiaçı İİ qrup əlillik üzrə 25.12.2018-ci il -25.12.2023cü illər üzrə 130 manat məbləğində sosial müavinət (təqaüd) alır. - DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 04.02.2019-cu il tarixli **********0 saylı imtina məktubundan görünür ki, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan 22800 manat sosial sığorta kapitalına qarşı 14508,26 panat pensiya kapitalı mövcud olduğundan ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. - İddiaçının adına açılmış ИТ-№ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 29.08.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 29.08.1983-cü il tarixdən 01.10.1984-cü il tarixədək, 01.12.1986-cı il tarixdən 01.02.1995-ci il tarixədək Azərbaycan Əlvan Metallar Təmir Tikinti trestinin Sumqayıt Təmir-Tikinti İxtisaslaşdırılmış idarəsində 01.03.1995-ci il tarixdən 15.03.2002-ci il tarixədək “Oxçu” kiçik müəssisəsində direktor müavini, 01.04.2002-ci il tarixdən 02.06.2003-cü il tarixədək Qaradağ rayonu Su Təsərrüfatı İdarəsiin təchizat şöbəsində mühəndis, 05.06.2003-cü il tarixdən 22.09.2003cü il tarixədək Sumqayıt İcarə Evtikmə X1 sürücü, 01.10.2003-cü il tarixdən 01.04.2004-cü il tarixədək "xxxx" MMC-də sürücü işləmiş, 01.06.2004-cü il tarixdən 01.12.2004-cü il tarixədək Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsində Sumqayıt şəhər Məşğulluq Mərkəzində ona işsizliklə bağlı müavinət təyin edilmiş, 07.01.2005-ci il tarixdən 01.10.2009-cu il tarixədək Layihə Kosntruktor Bürosunda mühəndis konstruktor, 20.05.2011-ci il tarixdən 01.07.2011-ci il tarixədək, 28.01.2012-ci il tarixdən 03.02.2014-cü il tarixədək "xxxx" QSC-də usta, iş icraçısı işləmiş, 01.05.2014-cü il tarixdən 01.11.2014cü il tarixədək və 01.09.2015-ci il tarixdən 01.03.2016-cı il tarixədək ona Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsində Sumqayıt şəhər Məşğulluq Mərkəzində ona işsizliklə bağlı müavinət təyin edilmiş, 06.02.2017-ci il tarixdən 01.05.2017-ci il tarixədək Sumqayıt Məşğulluq Mərkəzində sürücü işləmiş, 01.10.2017-ci il tarixdən 01.04.2018-ci il tarixədək ona işsizliklə bağlı müavinət təyin edilmişdir. - İddiaçının adına açılmış digər (0246239 saylı) əmək kitabçasından görünür ki, İddiaçı 10.11.2004-cü il tarixdən 27.11.2006-cı il tarixədək “X8” LTD MMC (daha sonra “ X10 LTD” MMC) sürücü işləmiş, 01.01.2007-ci il tarixdən 01.07.2007-ci il tarixədək ona işsizliyə görə müavinət təyin edilmiş, 10.09.2007-ci il tarixdən 03.04.2009-cu il tarixədək "xxxx" ASC-də mühəndis vəzifəsində işləmiş, 01.05.2009-cu il tarixdən 01.11.2009-cu il tarixədək ona işsizliyə görə müavinət təyin edilmişdir. - “X11 LTD” MMC tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 12/21 saylı arayışdan görünür ki, İddiaçı əmək kitabmasında aparılan qeydlərə görə o, 10.11.2004-cü il tarixədn 27.11.2006-cı il tarixədək “X8 LTD” MMC-də sürücü işləmişdir. 01.05.2006-cı il tarixdən “X8 LTD” MMC–nin adı dəyişdirilərək “X11 LTD” MMC adlandırılmışdır. - “X11 LTD” MMC-nin DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialının sorğusuna cavab məktubundan görünür ki, müəssisənin 2004-2010-cu illər üzrə heç bir arxiv sənədlərinin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən İddiaçı barəsində hər hansı sənəd təqdim edilmir. - Dövlət Sosial Müdafiə Fondu tərəfindən DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış məktubdan görünür ki, sığortaedənlər “X11 LTD” MMC tərəfindən 2006-cı il, "xxxx" MMC tərəfindən 2006-2007-ci illər, "xxxx" ASC tərəfindən 2007-2008-ci illər, “42 saylı Sumqayıt ikinci seçki dairəsi” tərəfindən 2008-2011-ci illər, "xxxx" QSC tərəfindən 2011-2014-cü illər, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı” tərəfindən 2017-ci ilin l-ll rübləri üzrə təqdim edilmiş illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara (Forma ВЗ) (2006-2016) və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara (2017-2020) əsasən sığortaolunan İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirliyin "X2 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündə **********415 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hlesabat) altsisteminin “Sığortaolunanların hesablan” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı 01.01.2015-cı il tarixdən 31.12.2016-ci il tarixədək və 01.07.2017-cı il tarixdən 31.12.2018ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. - Dövlət Sosial Müdafiə Fondu tərəfindən DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanlanmış 11.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı pensiya hesablanması üçün toplanan fərdi hesabının sığorta kapitalı barədə məlumatlar onun əmək kitabçasında qeyd olunan sığorta stajı və fərdi hesabında toplanan pensiyakapitallarına əsasən müəyyən edilmişdir. Vətəndaşın pensiya hesablanması üçün toplanan fərdi hesabının sıöorta kapitalı əmək kitabçasındakı 29.08.1983-cü ildən 01.10.1984-cü ilədək, 24.10.1984-cü ildən 28.10.1986-cı il tarixədək (hərbi xidmət dövrü), 01.12.1986-cı il tarixdən 01.02.1995-ci il tarixədək olan dövrlər və 01.01.2006-cı il tarixdən 01.01.2018-ci il tarixədək fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla hesablanmışdır. Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 07.10.2020-ci il tarixli cavab məktubundan görünür ki, “Müzəffərli” kiçik müəssisəsi Şərur rayon XDM İcraiyyə komitəsinin 26 oktyabr 1992-ci il tarixli 601 nömrəli qərarına əsasən yaradılmışdır. 19 aprel 1995-ci il tarixdə 172 nömrəli şəhadətnamə ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təsisçisinin 25 dekabr 2003-cü il tarixli qərarına əsasən adı və təşkilati hüquqi forması dəyişdirilərək “X8 LTD” Məhdud məsuliyyətli cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. 26 aprel 2004-cü il tarixdə 0204-A3-780 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi X5 üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən yenidən dövlət qeydiyyatına alınmışdır. 16.01.2006-cı il tarixdə 11.10.2004-cü il tarixli, 0204-A4-815 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi Hüquqi X5 üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış “LYUKS” Məhdud məsuliyyətli cəmiyyətin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. Təsisçilərinin 17 aprel 2006-cı il tarixli protokoluna əsasən Cəmiyyətin adı dəyişdirilərək “X11 LTD” Məhdud məsuliyyətli cəmiyyəti adlandırılmışdır. “Vergi orqanlarında arxiv işlərinin aparılması Qaydaları”nın 11.5-ci maddəsinə əsasən əməli əhəmiyyətinin itirmiş sənədlər məhv edilmək üçün ayrılır və akt tərtib edilir. Akt müqaviq dövlət arxivi tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənədlər məhv edilir.Bu səbəbdən müraciətdə qeyd edilən 10.11.2004-cü ildən 01.05.2006-cı il tarixədək əmək haqqından verginin tutulub-tutulmaması haqqında məlumatların verilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 19.10.2020-ci il tarixli cavab məktubundan görünür ki, “Azsvetmetremstroy” Sumqayıt Tikinti Təmir Tresti, “Oxçu” kiçik müəssisəsində, Qaradağ rayon Su Təsərrüfatı İdarəsi, Avtonəqliyyat İstehsalında, “Müzəffərli” Qida Sənaye LTD müəssisələrinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir, müəssisələrin arxivlərinin yerləşdiyi yer barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən DSMF-nin 1 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 30.04.2021-ci il tarixli cavab məktubundan görünür ki,İddiaçı pensiya hesablanması üçün toplanan fərdi hesabnın sığorta kapitalı barədə məlumatlar onun əmək kitabçasında qeyd olunan sığorta stajı və fərdi hesabında toplanan pensiya kapitallarına əsasən müəyyən edilmişdir. Vətəndaşın pensiyasının hesblanması üçün toplanan fərdi hesabının sığorta kapitalı əmək kitabçasındakı 29.08.1983-cü ildən 01.10.1984-cü ilədək, 24.10.1984-cü ildən 28.10.1986-cı ilədək (hərbi xidmət dövrü), 01.12.1986-cı ildən 01.02.1995-ci ilədək olan dövrlər və 01.01.2006-cı ildən 01.01.2018-ci il tatixədək fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrün sosial sığorta stajına daxil edilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssisələrdə işləməsi barədə əmək kitabçasında aparılan qeydlərdən başqa hər hansı mötəbər sübut müəyyən edilmədi. Beləki, iddiaçının göstərilən müəssisələrə işə qəbul edilməsi, işdən azad edilməsi barədə əmrlərin surətlərini, əmək haqqı cədvəllərini əldə etmək üçünn məhkəmə tərəfindən arxiv orqanına sorğular edilmiş lakin həmin müəssislərə aid sənədlər arxivdə aşkar edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının adına tərtib edilmiş əmək kitabçasında aparılan qeydlərin bəziləri bir-birini təkzib edir. Belə ki, ИТ-№ ******* saylı əmək kitabçasında İddiaçı 01.06.2004-cü il tarixdən 01.12.2004-cü işsizliklə bağlı müavinət təyin edildiyi və 07.01.2005-ci il tarixdən 01.10.2009-cu il tarixədək Layihə Kosntruktor Bürosunda mühəndis konstruktor işləməsi barədə qeyd aparılsa da, ikinci əmək kitabçasında onun 10.11.2004-cü il tarixdən 27.11.2006-cı il tarixədək “X8” LTD MMC (daha sonra “ X10 LTD” MMC) sürücü işlədiyi və 01.01.2007-ci il tarixdən 01.07.2007-ci il tarixədək işsizliyə görə müavinət alması, 10.09.2007-ci il tarixdən 03.04.2009-cu il tarixədək "xxxx" ASC-də mühəndis vəzifəsində işləməsi və 01.05.2009-cu il tarixdən 01.11.2009-cu il tarixədək ona işsizliyə görə müavinət təyin edilmişdir. Bütün göstərilənlərə məcmuu şəkildə qiymən verdikdə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyinə şübhə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.3-cü bəndinə əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı 12 il 4 ay (52 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 37 x 4 = 148 :12 = 12,4 ay) və pensiya kapitalı 12905,97 manat (192 x 144 = 110 x 116,27 = 12905,97 manat) təşkil edir. Qaydaların 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq İddiaçı sospial sığorta stajına münasibətdə pensiya kapitalı indeksləşdirilərək mübahisələndirilməyən 11 il 09 ay sosiasl sığorta stajına münasibətdə iddiaçının 7797,92 manat pensiya kapitalı və 2006-cı ildən sonrakı dövr üçün mövcud olan 4747.68 manat pensiya kapitalı cəmləndiyi təqdirdə cəmi 12545.6 manat olacaqdır və bu məbləğ tələb olunan 12905,97 manat kapitalı tamamlamır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası o halda, təyin olunur ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versin. «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixdən 1 mart 2019-cu il tarixədək qüvvədə olan 6-1-ci maddəsində nəzərdə tutulur ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğinə uyğun olaraq indeksləşdirilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi təxminən 143 manatdır ki, bu da 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən aşağıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının ll dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının topladığı pensiya kapitalı kifayət etmədiyindən onun əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır və bu əsasla iddia təmin edilməməlidir . NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-119/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-119/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver