Məhkəmə qərarları › İş №2-1(118)-119/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-119/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-119/2022 18.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 06.04.1977-ci il tarixdən 01.07.1977-ci il tarixədək “16 saylı Yol Tikinti İdarəsində, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək “Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 1 saylı trestində və 03.02.2000-ci il tarixdən 31,03.2004-cü il tarixədək “X5” MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 06.04.1977-ci il tarixdən 01.07.1977-ci il tarixədək “16 saylı Yol Tikinti İdarəsində, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək “Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 1 saylı müəssisəsi”ndə, 03.02.2000-ci il tarixdən 31,03.2004-cü il tarixədək “X5” MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Ərazi Regional Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 1974-1976-cı illərdə hərbi xidmətdə olduqdan sonra 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 06.04.1977-01.07.1977-ci il tarixədək işləmiş, 1977-1980-cı illərdə Sumqayıt Politexnik Texnikumunun əyani şöbəsində təhsil almışdır. 02.06.1980-ci ildən 08.11.1999-cu il tarixədək "xxxx" SC-nin 1 saylı müəssisəsində 5-ci dərəcəli bənna peşəsində, 03.02.2000ci il tarixdən 31.03.2004-cü il tarixədək «Patio» TV-də usta vəzifəsində işləmişdir. Ümumi əmək stajı 29 ilə yaxın olmuşdur. Müvafiq sənədləri toplamaqla 2021-ci ilin mart ayında cavabdeh təşkilata müraciət etmiş, lakin 07.04.2021-ci il tarixli məktubunda cavabdeh ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğunu göstərərək imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. C a v a b d e h i n n ü m a y ə n d ə s i X 2 i d d i a t ə l ə b i n i q ə b u l e t m ə d i və izah etdi ki, İddiaçı 06.04.1977-ci il tarixdən 01.07.1977-ci il tarixədək “16 saylı Yol Tikinti İdarəsində, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək “Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 1 saylı müəssisəsi”ndə, 03.02.2000-ci il tarixdən 31,03.2004-cü il tarixədək “X5” MMC-də işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin iş materiallarında əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt Filialının 31.08.2021-ci il tarixli 140 nömrəli məktubuna əsasən, “16 saylı Yol Tikinti İdarəsi”nin əmrlər kitabı arxivə təhvil verilməmiş, həmçinin, T-2 kartoçkalarında və şəxsi hesab vərəqələrində İddiaçı adı aşkarlanmamışdır. Bundan əlavə 1980-1985-ci illərə dair şəxsi hesab vərəqələrində İddiaçı adına rast gəlinməmişdir. Həmin məktuba əsasən 1 saylı Trest "xxxx" Dövlət Şirkətinin Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” Birliyinin əmrlər kitabında yalnız 1994-cü il üzrə İddiaçı adı qeyd olunmuş, 1999-cu il üzrə əmrlər kitabı arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20.08.2021-ci il tarixli **********76 nömrəli məktubuna əsasən, “16 saylı Yol Tikinti İdarəsi” və “X5” MMC haqqında dövlət əmlakının Registrində heç bir məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 16.08.2021 -ci il tarixli 4/1568 nömrəli məktubunda qeyd olunmuşdur ki, “X5” MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunan araşdırmalara əsasən, İddiaçı ******* nömrəli əmək kitabçasında 06.04.1977-ci il tarixdən 01.07.1977-ci il tarixədək, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək, 03.02.2000-ci il tarixdən 31,03.2004-cü il tarixədək dövrlərin qeyd olunmasına baxmayaraq, arxiv sənədlərində əmrlər kitabları, əmək haqqı cədvəlləri olmamasından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericilyin tələblərinə uyğun deyildir. İddiaçının 038284 nömrəli diplomuna və ******* nömrəli hərbi biletinə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 4 il 10 ay təşkil edir.Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 4 il 10 ay sosial sığorta stajı olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan : -İddiaçı məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - НЗ № 323525 seriyalı hərbi biletdən görünür ki, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - BT № 038284 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1977-1980-ci illərdə Sumqayıt Politexnik texnikumunda “texnik-inşaatçı” ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçının adına açılmış 07.07.1977-ci il tarixli ИТ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 06.04.1977-ci ildən 31.03.2004-ci il tarixədək 06.04.1977ci il tarixdən 01.07.1977-ci il tarixədək “16 saylı Yol Tikinti İdarəsində, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək “Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 1 saylı müəssisəsi”ndə, 03.02.2000-ci il tarixdən 31.03.2004-cü il tarixədək “X5” MMC-də işləmişdir. - “Patio TV Producing Centre” tərəfindən verilmiş 01 saylı 05.05.2021-ci il tarixli arayışdan göünür ki, İddiaçı 03.02.2004-cü ildən 31.03.2004-cü il tarixədək “Ratio” Produserlik Mərkəzində usta vəzifəsində işləmişdir. - ƏMDX-nin DSMF Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 20.08.2021-ci il tarixli məktubundan görünür k i , Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, "xxxx" ASC, o cümlədən onun tərkibinə daxil olan 1 saylı müəssisə 2015-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmişdir. Eyni zamanda müraciətdə göstərilən “16 saylı Yol Tikinti İdarəsi” və “X5” MMC haqqında dövlət əmlakının Registrində heç bir məlumat qeydiyyata alınmamışdır. - övlər Arxivinin Sumqayıt filialı tərəfindən DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 31.08.2021-ci il tarixli məktubundan görünür k i , 16 saylı Yol Tikinti İdarəsinin 1977-ci ilə dair əmrlər kitabı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. 1977-ci ilin T-2 kartockalarına və şəxsi hesab vərəqələrinə baxılmış, lakin İddiaçı adına rast gəlinməmişdir. Həmçinin 1980- 1985-ci ilə dair 17 saylı Tikinti İdarəsinin şəxsi hesab vərəqlərinə baxılmış, vətəndaş İddiaçı adı aşkar olunmamışdır. 1 saylı Trest "xxxx" Dövlət Şirkətinin Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinrti” Birliyinihn 1999-cu ilə dair əmrlər kitabı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli **********692200 saylı cavab məktubundan görünür ki, SUMQAYİT TİKİNTİ QURAŞDİRMA TRESTİ-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) reyestr məlumatlarına əsasən fəaliyyəti aktivdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestr məlumatlarında hüquqi ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi, ev 2-dir. -Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli **********100 saylı cavab məktubundan görünür ki,hüquqi şəxlərin dövlət reyestr məlumatlarında "xxxx" MMC barədə heç bir məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlər Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 13.12.2021-ci il tarixli 251 saylı cavab məktubundan görünür ki, "xxxx" MMC-nin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 06.04.1977-ci ildən 01.07.1977-ci il tarixədək, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək və 03.02.2000-ci il tarixdən 31.03.2004-cü il tarixədək olan dövrdəki iş stajını mübahisələndirir. Belə ki, cavabdeh iddiaçının həmin dövrdə işə qəbul edilib və azad edilməsi, həmçinin əmək haqqı cədvəllərinin aşkar edilməməsi əsası ilə həmin dövrü sosial sığorta stajına qəbul etməkdən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mübahisəli dövrlərdə istinad olunan müəssisələrdə işləməsini təsdiq edən sübut kimi əmək kitabçasını təqdim etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının qeyd olunan müəssisələrdə işləməsini təsdiq edən işə qəbul edilməsi, işdən azad edilməsi və ya əmək haqqı almasını təsdiq edən əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. Bundan başqa 2 saylı Ərazi Vergilər Baş İdarəsinə verilmiş sorğu nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC adlı müəssisə ümumiyyətlə hüquqi şəxs kimi qeydə alınmamışdır. Həmin dövrdə qeydiyyatdan keçməyən müəssisədə vətəndaşın işləməsi faktı şübhə doğurur. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının 06.04.1977-ci ildən 01.07.1977-ci il tarixədək, 02.06.1980-ci il tarixdən 01.11.1999-cu il tarixədək və 03.02.2000-ci il tarixdən 31.03.2004cü il tarixədək işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar