Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1190/2023 03.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2007-2009cu illər ərzində Hərbi Travma almağına baxmayaraq düzgün verilməmiş qərar nəticəsində dəymiş ziyanın ödənilməsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “2007-2009-cu illər ərzində Hərbi Travma almağına baxmayaraq düzgün verilməmiş qərar nəticəsində dəymiş ziyanın ödənilməsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyası məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonası olan Tərtər rayonunda N saylı hərbi hissələrin tərkibində xidmət etmişdir. 1999-cu ilin N iyun tarixində hərbi hissənin 2-ci taborunda , ön xətdə düşmənin atəş nöqtələrinin susdurulması və postların irəli çəkilməsi döyüş tapşırığını yerinə yetirərkən yaxınlığında düşmənin atdığı mərmi partlaması nəticəsində kəllə-beyin travması almışdır. xx.xx.1999-cu il tarixində başında olan kəskin ağrılarla əlaqədar N saylı hərbi hissəyə daxil olmuşdur və "Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və sair" diaqnozu ilə müalicə almışdır. xx.xx.2007-ci il MN Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunarkən Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası travmamın səbəb əlaqəsini "xidmət dövründə almışdır" kimi əlaqələndirmişdir. Hazırda Xidmət dövründə almış olduğu travmanın nəticəsində ikinci (İİ) qrup müharibə əlilidir. Əlilliyin də xidmət dövrü ilə əlaqələndirilmişdir. Sənədlərini baxılması üçün təkrarən hərbi hərbi həkim komissiyasına təqdim etmişdir. İddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli 70 nömrəli məktubla müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Əsas kimi travmanı aldığı barədə müvafiq arayışın olmadığı göstərilmişdir. Hərbi Həkim komissiyanın qeyd olunan qərarının travma səbəb əlaqəsinin düzgün qeyd edilməməsinə görə iddiaçıya dövlət tərəfindən müəyyən olunmuş sosial təminat hüquqlarını həyata keçirə bilməmişdir. Belə ki, xx.xx.2007- cil tarixli HHK-sının qərarı ilə iddiaçıya hərbi xidmət dövründə xəsarət aldığı göstərilmişdir. xx.xx.2019-cu ildə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə travma hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək "Hərbi travmadır" Hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmışdır kimi qeyd edilməsi vəzifəsi MN Mərkəzi Hərbi Həkim komissiyasının üzərinə qoyulmuşdur. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Həkim komissiyasının qərarını almışdır. Lakin bildirir ki, iddiaçı 2007 ildən 2019-cu ilə qədər mülki vətəndaşlar üçün nəzərdə tutulan təqaüd almışdır. Bir döyüşçü kimi prezident təqaüdü almamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyası etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı ıl tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrın aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinın xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər, Azərbaycan Respublikası Sumqayıt ŞHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1999-cu ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnozu “Soltərəfli postravmatik mezotimpanit” və xx.xx.2007-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin olunmuş “Keçirilmiş qapalı kəllə- beyin travmasının (xx.xx.1999-cu il) dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlərlə nəticələnmiş qalıq əlamətləri” diaqnozuna əsasən, travmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) və yarımbəndinə əsasən “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kımı təyin edilmiş və “SİRADANKƏNAR HƏRBİ XİDMƏTƏ YARARLİDİR” sayılmışdır. Həmin vaxt İddiaçı hansı şəraitdə travma alması ilə bağlı xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilməli olan “travma haqqında arayış” təqdim etmədiyi üçün onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Bundan sonra 2019-cu il tarixdə İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(085)-550/2019 saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Məhkəmənin qeyd olunan qərarına əsasən MN MHHK-sı xx.xx.2019-cu il tarixli 526 nömrəli qərarı ilə İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini dəyişdirərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı 2007-2009-cu illər ərzində hərbi travma almağına baxmayaraq düzgün verilməmiş qərar nəticəsində dəymiş ziyanın ödənilməsini istəyir. Cavabdeh inzibati orqan iddiaçının müaciətinə cavab olaraq bildirmişdir ki, DSMFyə müraciət edə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyası etirazında qeyd edir ki, Azərbaycan Respublikası Sumqayıt ŞHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1999-cu ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnozu “Soltərəfli postravmatik mezotimpanit” və xx.xx.2007-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin olunmuş “Keçirilmiş qapalı kəllə- beyin travmasının (xx.xx.1999-cu il) dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı və astenonevrotik təzahürlərlə nəticələnmiş qalıq əlamətləri” diaqnozuna əsasən, travmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) və yarımbəndinə əsasən “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kımı təyin edilmiş və “SİRADANKƏNAR HƏRBİ XİDMƏTƏ YARARLİDİR” sayılmışdır. Həmin vaxt İddiaçı hansı şəraitdə travma alması ilə bağlı xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilməli olan “travma haqqında arayış” təqdim etmədiyi üçün onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Bundan sonra 2019-cu il tarixdə İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(085)-550/2019 saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Məhkəmənin qeyd olunan qərarına əsasən MN MHHK-sı xx.xx.2019-cu il tarixli 526 nömrəli qərarı ilə İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini dəyişdirərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının barəsində verdiyi müvafiq qərarda almış olduğu travmanın hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair inzibati iş olmuş, Məhkəmənin 2-1(085)-550/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının İddiaçı barəsində verdiyi qərarda almış olduğu travmanın hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Belə ki, həmin işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı 14 iyun 1999cu il tarixdə Tərtər rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zamanı yanında mərmi partlaması nəticəsində xəsarət almaış və həmin məhkəmə qərarı ilə iddiaçının xəstəliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. İddiaçı hazırda 2007-2009-cu illər ərzində Hərbi Travma almağına baxmayaraq düzgün verilməmiş qərar nəticəsində dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsaslı hesab edilə bilməz. Belə ki o, hüquqlarından vaxtında istifadə etməmişdir. İddiaçı ərizəsində qeyd edir ki, 2007 ildən 2019-cu ilə qədər mülki vətəndaşlar üçün nəzərdə tutulan təqaüd almışdır. Bir döyüşçü kimi prezident təqaüdü almamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 2007-ci ildə məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilərdi. Lakin iddiaçı mümkün hüquq müdafiə vasitəsindən 2019-cu ildə istifadə etmiş və hüquqları bərpa edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mümkün hüuquq müdafiə vasitəsi olduğu və bu hüququndan 2007-ci -2019-cu illər arasında istifadə etmədiyi üçün hazırkı iddia əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1190/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1190/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver