Məhkəmə qərarları › İş №2-1(118)-1193/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1193/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1193/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsi, ev 15 ünvanında yaşayan) iştirakı ilə, İddiaçının nümayəndəsi Vəkil ( 22 saylı Vəkil Bürosunda işləyən, Bakı şəhəri, Səbail rayonu 11 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası DİN Şəxsi X6ndə baş inspektor işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054, mənzil 192-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, əvvəllər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində polis əməkdaşı olaraq xidmət edərkən, müharibə zonası olan Ağdərə bölgəsinə ezam olunmuş və dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən 10/4-601 saylı xx xxxxxxxx 1997-ci il tarixli arayış verilmişdir. Həmin arayışın notarial qaydada təsdiq olunmuş surəti və digər zəruri sənədlərlə birgə, müharibə veteranı adı və vəsiqəsinin əldə edilməsi məqsədilə, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir, lakin həmin arayışda döyüş əməliyyatlarında iştirak etməsi çox aydın şəkildə qeyd edildiyinə baxmayaraq cavabdeh tərəfindən ona əsassız və qanunsuz olaraq xx.xx.2020-ci il tarixli, 024-19796/Ə-3220 saylı imtina məktubu göndərilmişdir. İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumat, o cümlədən iddiaçının istinad etdiyi arayışda göstərilən əmr aşkar olunmadığına görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan : - Daxili İşlər Nazirliyi X5 İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 024- 19796/3Ə-3220 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən və Nəqliyyatda Baş Polis İdarəsindən daxil olmuş arxiv sənədlərində iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 1997-ci il tarixli İO/4-601 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. - ИТ-İ №-li ******* əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il tarixlərində daxili işlər orqanlarında xidmət etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 14/4-015-4569-1220 saylı məktubundan görünür ki, NBPİ-nin sabiq əməkdaşı Ə.Həsənovun arxiv şəxsi işinin xidmət siyahısına baxış keçirilmiş, lakin onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumat habelə, təqdim olunmuş arayışda qeyd edilən NBPİ-nin xx.xx.1993-cü il tarixli 24 nömrəli əmri arxiv materiallarında aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 0211-3912-1220 saylı məktubundan görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətlərə baxılması proseduruna müvafiq olaraq Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə göndərilmiş sorğu ilə bağlı təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 012-2087-1220 nömrəli cavabda vət. İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə istiqamətində gedən döyüşlərdə iştirakı barədə heç qeydiyyatın aşkar olunmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 024-3561-1220 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçının döyüş bölgəsində xidmətinin təsdiqlənməməsi səbəbindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi arayışdaonun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvəlr veteranı və əmək veteranı adlarının verilməsi qatdası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasəmn müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun xx xxxx 2007-ci il tarixli Qərarında göstərilir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuna yetirilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2116 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 11ci abzasına əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidimət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzsiya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam olunması və döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edildiyindən cavabdehin imtinası əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar