Məhkəmə qərarları › İş №2-1(118)-1193/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1193/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1193/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X4 iştirakçısı olmağına dair sənəd və sübutları nəzərə alaraq ona verilmiş müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə kimi hesablanaraq veteran pulunun ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “X4 iştirakçısı olmağına dair sənəd və sübutları nəzərə alaraq ona verilmiş müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006cı ildən bu günə kimi hesablanaraq veteran pulunun ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və Kostitusion quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə və erməni millətçi dəstələrinə qarşı əməliyyatlarında iştirak etmişdir. Laçın rayonu ərazisində gedən döyüş əməliyyatlarında Zabux kənd özünümüdafiə dəstəsinin tərkibində döyüşmüşdür. Ona veteran adı və vəsiqəsi verilmişdir, lakin 2006- cı il tarixdə həmin vəsiqəni ondan almış və bildirmişdirlər ki, yenisi ilə əvəzlənəcək. Lakin bu günə kimi heç bir vəsiqə verilmir eyni zamanda həmin vaxtdan veteran puluda dayandırılmış, verilməmişdir. Məsələ ilə əlaqədar o, Laçın rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinə müraciət etmişdir. Lakin oradan iddiaçıya bildirilmişdir ki, həmin məsələ Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan məsələdir və ora müraciət etməyi tövsiyə edilmişdir və iddiaçı da Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin oradan bildirilmişdir ki, vəsiqələrin verilməsi üzrə komissiyanın iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Bu səbəbdəndə iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətini məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı X4 iştirakçısı olmağına dair sənəd və sübutları nəzərə alaraq ona verilmiş müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə kimi hesablanaraq veteran pulunun ona ödənilməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti müharibə veteranı vəsiqəsinin qaytarılması və 2006-cı ildən bu günə kimi hesablanaraq veteran pulunun ona ödənilməsi ilə bağlı yox, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, cavabdeh inzibati orqan müharibə veteranı adı verilməsindən imtina etdiyi üçün, müharibə veteranı adı verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən tələb edə bilər. Hazırkı tələblə bağlı isə ilkin olaraq inzibati orqana müracət edilməlidir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddia tələbinin seçimində iddianın uğurluluq ehtimalının nəzərə alınması məqsədəmüvafiq hesab edilir. Bunun üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin saytında yaradılmış imkanlardan istifadə edilərək, müvafiq məlumatlar əldə edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar