Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1197/2023 20.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Corat qəsəbəsi,ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3 saylı qərarının 31-ci bəndinin qismən- «vətəndaş X3 istifadəsindədir» hissəsində etibarsız hesab edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X15, X10 və X16 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçı ərizəsində qeyd edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi,ev 26 ünvanda yerləşən yaşayış evi nənələri Qəmər Hüseynbala qızına məxsus olmuşdur. Həmin ev nənəsinin ata evi olmuşdur. Həmin evdə nənələri, babaları və valideynləri ilə birlikdə yaşamışlar. Sonra isə uşaqlar da həmin evdə yaşayırlar. Qəmər Hüseynbala qızı sağlığında həmin evi vəsiyyətnamə üzrə İddiaçı1 vəsiyyət etmişdir. Qəmər Hüseynbala qızı 1989-cu ildə vəfat etmişdir. Ondan sonra valdienynləri ilə həmin miras əmlakı qəbul edərək həmin evdə yaşamağa davam etmişdirlər.Valideynləri sağ olduğu üçün İddiaçı1 vəsiyyətnaməni icra etdirməyə ar etmiş və həmin vəsiyyətnamə icrasız qalmışdır. X2 xx.xx.2002-ci il tarixdə, anası X11 xx.xx.2010-cu il tarixdə Təbriz şəhərində vəfat etmişdir. Hazırda onlar nənə-babaları və valideynlərinin ölümündən sonra miras əmlakı qəbul etmiş və istifadə edirlər. Bunu qonşular və icra nümayəndəliyinin arayışı təsdiq edir. Nənələrindən qalmış miras əmlaka dair vərəsəlik sənədlərini rəsmiləşdirmək istəyəndə icra nümayəndəliyindən bildirdilər ki, nənələrinə məxsus ev onların ailəsinə tam yad olan başqa bir şəxsin-cavabdeh X3 adına qeydə alınmışdır. Bunun səbəbini öyrənmək üçün şəhər arxivinə rəsmi sorğu ilə müraciət etmişdirlər və ordan aldıqları arxiv arayışından məlum olmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndi ilə nənələrinə məxsus evin şəxsi mülk kimi qeydə alınması qərara alınmış və istifadəçi kimi ailəyə heç bir aidiyyatı olmayan, vərəsələr sırasına daxil olmayan X12 göstərilmişdir. Bununla razılaşmayaraq həmin qərarı qismən «vətəndaş X3 istifadəsindədir» hissəsində etibarsız hesab edilməsinə və sonuncunun adma verilmiş çıxarışın etibarsız hesab edilməsi iddia ilə sumqayıt şəhər məhkəməsinə müraciət etmişdirlər. Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X12 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər XDS İK- nin xx.xx.1990-cı il tarixli, 15.517.3. saylı qərarının 31-ci bəndinin «vətəndaş X3 istifadəsindədir» hissəsi etibarsız hesab edilmiş və X3 adına ünvan 4 ünvana dair DTİ və M11Qİ tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmin iş məhkəmədə baxılarkən Q.Qasımovun həyat yoldaşı X15 məhkəməyə ərizə vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015- ci il tarixli, 2(060)- 9363/2015 saylı qiyabi qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi X15 tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilmişdir. Onun ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-cı il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş mahiyyəti üzrə məhkəmə baxışma təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadına əsasən iş üzrə hüquqa dair mübahisə olduğu üçün ərizəçi T.Qasımovanın ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarxili qətnaməsi icra edilərkən məlum olmuşdur ki, T.Qasımova və uşaqları vərəsəliyi qəbul etmə müddətinin bərpa edilməsi barədə olan ləğv edilmiş qiyabi qətnaməyə əsasən notariat kontorunda vərəsəlik, haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında mübahisəli evə dair çıxarış almışlar. İddiaçılar həmin sənədlərin etibarsız hesab edilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra həmin iş üzrə cavabdehlərdən T.Qasımovanm qızı S.Qasımova 2020-ci ildə Sumqayıt şəhər məhkəməsinin 05,04.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və bununla əlaqədar olaraq həmin apellyasiya şikayəti baxılana qədər bizim iddiamız üzrə mülki işin icraatı dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhəır məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmiş və onlara bu iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra vərəsəlik sənədlərinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə icraat təzələnmiş və Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)- 134/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı2 cavabdehlər X15, X13 və X17ma qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilmiş, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, 26,11.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında X6 4/6 hissə, X4 1/6 hissə və X7 1/6 hissə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlərin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, kassasiya şikayətləri isə AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanmışdır. Ona görə də hazırda bu iddia ilə inzibati məhkəməyə müraciət edirlər. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə mübahisə edilən qərarın qanunsuz olması tam təsdiqini tapmış və apellyasiya instansiyası qətnaməni maddi əsaslara görə deyil, yalnız məhkəmə aidiyyatı məsələsinə riayət edilmədiyinə görə ləğv etmiş və icraata xitam verərək inzibati məhkəməyə müraciət etmək hüququmuz izah edilmişdir. Ona görə də inzibati məhkəməyə nənələrinin adına olan evə dair qanunsuz olaraq Q.Qasımovun adına verilmiş qərarın ləğv edilməsi barədə iddia ilə müraciət etmişdirlər. Həmin ev nənələrinə məxsus olmuş, nənə-babaları, sonra isə valideynləri, sonra da iddiaçılar həmin evdə yaşamışdır. Bu evin nənəsinə məxsus olmasını notariatda təsdiq edilmiş vəsiyyətnamə, eləcə də həmin evə dair vergi, sığorta ödənişləri etməsi təsdiq edir. X8 isə iddiaçıların və nənəsinin heç nəyidir, onun ailəyə hər hansı bir aidiyyatı yoxdur. Sadəcə olaraq 90-cı illərdə Corat qəsəbəsində evlərin pasportlaşması aparılarkən Q.Qasımovun Corat qəsəbə üzrə nümayəndə olmasından istifadə edərək həmin evi oğlu Q.Qasımovun adına qeydə aldırmışdır. Amma bundan xəbərləri olmamış, bu günə qədər də həmin evdən istifadə etmişdirlər, nə Q.Qasımov sağlığında, nə də onun ölümündən sonra ailə üzvləri bu evə dair hər hansı bir hüquqlar irəli sürməmişlər və onların bu sənədləşmədən heç bir xəbərləri olmamışdır. Yalnız iddiaçılar məhkəməyə verəndən sonra Q.Qasımovun ailəsi bu evə dair rəsmi sənədlərdə hüquqları olduqlarını bilib mübahisə qaldırmışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Abbas oğlunun cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Corat qəsəbəsi,ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990- cı il (cı il tarixli 15.517.3 saylı qərarının 31-ci bəndinin qismən-'vətəndaş X3 istifadəsindədir” hissəsində etibarsız hesab edilməsi" tələbinə dair ifrdia ərizəsini tamamilə əsassız sayırlar. Belə ki, iddiaçılar mübahisələndirilən fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsi üzərində hər hansı hüquq müəyyən edici sənədləri olmadan Sumqayıt şəhər XDS İK-nin 1990-cı ildə qəbul etdiyi inzibati aktı mübahisələndirmişlər. Halbuki,“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2.maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4.inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Eyni zamanda iddiaçılar tərəfindən irəli sürülmüş sözügedən iddia tələbi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Halbuki,iddiaçıların mübahisələndirilən inzibati aktdan bir neçə il bundan əvvəl icraatı aparılmış başqa məhkəmə işindən məlumatları olmuşdur.Belə ki, Sumqayıt şəhər Məhkəməsinin (hakim F.Əliyev) 05 aprel 2018-ci il tarixli,2(060)-1216/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X5 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “qərarın qismən etibarsız hesab edilməsi,çıxarışın ləğv edilməsi,miras əmlakın qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin olunmuş, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15.517.3 saylı qərarının 31-ci bəndinin “vətəndaş X3 istifadəsindədir” hissəsi etibarsız hesab edilmiş və X3 adına Sumqayıt şəhəri,Corat qəsəbəsi,ev 26-ya dair DTİ və MHQ İdarəsi tərəfindən verilmiş 237 nömrəli,27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş,ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir.Eyni zamanda sözügedən məhkəmə qətnaməsi ilə ilkin iddia üzrə cavabdehin hüquqi varisi,qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamışdır. Lakin işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulduğundan, sözügedən məhkəmə qətnaməsi sonradan apelyasiya instyansiyası məhkəməsi tərəfindən ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə icraata xitam verilmişdir. Hətta hesab etsək ki iddiaçılar mübahisələndirilən inzibati akt çıxarılarkən məlumatlandırılmamışlar, onların ən azından 2018-ci ilin əvvəllərindən mübahisələndirilən inzibati aktdan məlumatları olmuşdur. Eyni zamanda 01 yanvar 2011-ci il tarixədək qəbul olunmuş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanun normaları ilə (Azərbaycan SSR Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürüldüyündən, həmin aktlar yeni qanun normaları əsasında mübahisələndirilə bilməz. Başqa sözlə desək, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsində onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndiriməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutulmamışdır.Hesab edirik ki,bununla da iddiaçılar tərəfindən inzibati-prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətləri ötürülmüşdür. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki,mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki,"subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağhdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır.Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də,həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikas! Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,’’Məhkəmələr nəzərə almalıdırlar ki,inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını,qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını,İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini.. İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar Corat qəsəbəsi,ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3 saylı qərarının 31-ci bəndinin qismən- «vətəndaş X3 istifadəsindədir» hissəsində etibarsız hesab edilməsini istəyir. Göründüyü kimi iddiaçılar qərarın hissəvi ləğv edilməsini istəyir. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhər X19 İcraiyyə Komitəsinin iclasının 31 №li protokolunun xx.xx.1990-cı il tarixli 15.517.3 saylı qərarı qərarı məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA- 10F/2-124/2-2023 saylı, xx.xx.2023-cü il tarixli Arxiv çıxarışı). Qərarda qeyd edilmişdir:
1. Corat qəsəbəsi XDS İcraiyyə Komitəsinin qərarı 15avqust 1990-cı il protokol № 11 təsdiq edilsin, Corat qəsəbəsində yerləşən 31 fərdi ev şəxsi mülk kimi qeydə alınsın.
2. Sumqayıt şəhər Tİ və UB-na tapşırılsın. Corat qəsəbəsində yerləşən 31 fərdi evi şəxsi mülk kimi qeydə alsın və şəxsi mülkü təsdiq edən texniki və hüquqi sənədləri vətəndaşlara versin.
31. Yaşayış evi № 26 yaşayış sahəsi 35,10 m2, köməkçi sahəsi 57,80 kv.m ; qaraj 37,40 kv.m, vətəndaş X3 istifadəsindədir. Ev 1956 -cı ildə tikilmişdir. Göründüyü kimi X1 münasibətdə 3 hissədə hüquqi nəticə yaradır. Bu baxımdan sözügedən qərar 31-ci bəndə münasibətdə deyil, 1, 2, və 31-ci bəndlərə münasibətdə münabisələndirilə bilərdi. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar Qərarın etibarsızlığını deyil, ləğvini tələb edə bilər. Belə ki, İnzibati İcraat haqqında Qanuna əsasən: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Lakin inzibati aktın etibarsızlığının müəyyən edən əsaslar isə hazırkı işdə müəyyən edilmir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması İnzibati İcraat haqqında Qanuna əsasən 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi qanunvericiliklə inzibati aktın etibarsızlıq əsasları müəyyən edilmişdir. Həmin əsaslar hazırda mübahisələdirilən qərarda mövcud olmadığına görə iddiaçılar qərarın ləğv edilməsini tələb edə bilərdi. Eyni zamanda iddiaçının cavabdeh inzibati orqana müraciətidə müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev