Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1202/2023 16.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 01 iyun 1971-ci il tarixindən 23 dekabr 1997-ci ilə kimi (hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) tarixinədək işlədiyi dövr sığorta stajı saymaqla ona 65 yaşı olduğu vaxtdan yəni 17 sentyabr 2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1957-ci ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş, 01 iyun 1971-ci ildə əmək fəaliyyətinə başlamış, 01 iyun 1971-ci il tarixli ona məxsus Əmək kitabçasında da göstərildiyi kimi 01 iyun 1971ci ii tarixindən “Dimitrov" adma qoyunçuluq sovxuzunda fəaliyyətə başlamış və 01 iyun 1976-ci il tarixinə kimi yəni hərbi xidmətə gedənə kimi həmin sovxozda işləmişdir. 01 iyun 1976-ci il tarixindən 06 may 1978-ci il tarixinə kimi hərbi xidmətdə olmuş, daha sonra hərbi xidmətdən qayıdan kimi 01 dekabr 1978-ci il tarixindən 30 noyabr 1985-ci il tarixinədək “Telman” adına kolxozda, 09 dekabr 1985-ci il tarixdən 31 may 1991-ci ii tarixə kimi “Dimitrov” adına qoyunçuluq sovxuzunda, həmin sovxoz ləğv edildiyi üçün 01 iyun 1991-ci il tarixindən 23 dekabr tarixinədək yəni kolxozun fəaliyyətinə xitam verilənə kimi “Xınalıq” qoyunçuluq kolxozunda işləmişdir.Qanunvericliyə uyğun olaraq 65 yaşından pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin 12 oktyabr 2022-ci il tarixli **********0 nömrəli bildirişlə onun müraciəti müsbət həll edilməmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olduğu (faktiki sığorta stajı 11 il 6 ay 11 gün) və xx.xx.2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, iddiaçı tərəfindən mərkəzi filiala təpdim edilən xx.xx.1971-cı il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən onun xx.xx.2006cı il tarixədək sığorta stajı 11 il 6 ay 11 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən 2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrləri sığorta stajı kimi nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki cavabdeh tərəfindən mübahisələndirilən dövrlər isə xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlərdir. İddiaçı yuxarıda qeyd edilən yerlərdə işləməsi faktını sübut etmək üçün mərkəzi filiala “kolxozçunun əmək kitabçasını” deyil, adi əmək kitabçası təqdim etmişdir. Onun həmin dövrlərə aid sosial sığorta stajı “kolxozçunun əmək kitabçası” ilə deyil, adi əmək kitabçası əsasında təsdiq olunduğu üçün sözügedən dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarına əsasən kolxozlarda əmək fəaliyyəti dövrü iş stajını təsdiq edən müvafiq sənədə kolxozçunun əmək kitabçasına (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən olunur. Mübahisələndirilən dövrlər( xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Telman” adına kolxozu, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Xınalıq” kolxozu) kolxozçunun əmək kitabçası əsasında təsdiq olunmadığı üçün həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı onun xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Telman adına kolxoz”da, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Xınalıq kolxoz”undakı fəaliyyət dövrləridir. Qeyd edilən dövrlərin mübahisələndirilmə əsası isə həmin dövrlərin kolxozçunun əmək kitabçası əsasında deyil, adi əmək kitabçası əsasında təsdiqlənməsidir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Cavabdeh inzibati orqan əlavə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, mübahisəli dövrlərin araşdırılması məqsədilə Quba və Şamaxı rayon Dövlət Arxivlərinə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Şamaxı filialının 18 aprel 2023-cü il tarixli 3-48-DA-11F/-2-X-66-33 nömrəli cavab məktubunda İddiaçı 1978-1985-ci illərdə Şamaxı rayonu Dərəkənd Telman adına kolxozda işləməsi ilə bağlı arxiv çıxarışı təqdim olunmuşdur. Sözügedən arxiv çıxarışına əsasən iddiaçının Telman adına kolxozda 6 il 8 ay sığorta stajının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Quba filialının 24 fevral 2023-cü il tarixli cavab məktubunda İddiaçı 1991-1997-ci illərdə Quba rayonu Xınalıq kolxozunda işləməsi ilə bağlı arxiv çıxarışı təqdim olunmuşdur.Sözügedən arxiv arayışına əsasən iddiaçının Xınalıq adına kolxozda 4 il 7 ay adına əmək haqqı hesablanan, 2 il 1 ay isə əmək haqqı hesablanmayan dövrlərinin olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının (xx.xx.1976-cı il tarixdən xx.xx.1978ci il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla) 11 il 6 ay 11 gün mübahisələndirilməyən sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının mübahisəli və mübahisələndirilməyən dövrlərini toplansa belə, onun sığorta stajı 25 ildən az təşkil edir.Mübahisələndirilməyən-11 il 6 ay 11 gün, Mübahisəli- (6 il 8 ay+4 il 7 ay+2 il 1 ay)=13 il 4 ay, cəmi - 24 il 10 ay 11 gün. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (24 il 10 ay 11 gün)ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 12 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizələri, iddiaçıya aid Əmək kitabçasının təsdiqlənmiş surəti, H3 ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti X3 filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-11F/-2-X-135-33 nömrəli arxiv arayışından çıxarış, X5 filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-AA-6F/2-2xx-xx/2023 nömrəli arxiv arayışından çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun yaşa görə əmək pensiyası yaşının və sosial sığorta stajının tamam olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin 12 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması şəxsə yaşa görə əmək pensiyası hüququ vermiş olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müxtəlif illərdə, yəni 1971-ci ildən 1997-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.Tələbin mübahisə edilən hissəsi iddiaçının əmək kitabçasında qeyd edilən Xınalıq adına kolxozda 2 il 4 ay işlədiyi müddət üzrə əmək haqqının hesablanmamasıdır. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin müəssisələr tərəfindən əməkhaqqıları hesablanmadığından sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. Lakin məhkəmə cavabdeh təşkilatın bu mövqeyi ilə razılaşmır. Cavabdeh təşkilatın gətirdiyi arqument məhkəmə tərfindən araşdırılmışdır. Belə ki, X5 filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-AA-6F/2-2xxxx/2023 nömrəli arxiv arayışından çıxarışın surətindən görünür ki, İddiaçı Xınalıq kolxozunda 1991-1997-ci illərdə işləmişdir.Nəzərə alınmalıdır ki, mövcud məhkəmə təcrübəsinə əsasən işəgötürən ilə işçi arasında əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq işçinin yalnız əmək haqqı aldığı müddəti onun sığorta stajına daxil edilir.Məhkəmə hesab edir ki, qeyd olunan yanaşma 2006-cı ildən sonrakı dövrə yığılan sığorta stajına aid edilməlidir. O da nəzərə alınmalıdır ki, 2006-cı ilə qədər sığorta stajı deyil iş stajı anlayışı mövcud olmuş və həmin staj işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi əsasında formalaşmışdır. Belə olduğu tədqirdə dövlət sığorta haqları hesabına formalaşan sosial sığorta stajının qaydalarının 2006-cı ilə qədər olan dövrə tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə desək 2006-cı ilə qədər sığorta stajı anlayışı olmadığından işçinin əmək stajına yalnız onun əmək haqları aldığı müddətlərin daxil edilməsi yolverilməzdir. Belə olan halda iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası və arxiv arayışları ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Beləliklə də iddiaçının sosial sığorta stajı hesablanarkən müəyyən olunur ki, iddiaçının ümumilkdə 25 ildən çox sosial sığorta stajı vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hesablanmalı olan sosial sığorta stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu 17 sentyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 17 sentyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1202/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1202/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver