Məhkəmə qərarları › İş №2-1(118)-1205/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1205/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1205/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X6 və X3 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “1.840.027 manat 32 qəpik artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “1.840.027 manat 32 qəpik artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanı ilə "xxxx" ASC-nin Aqrarkredit Səhmdar Kredit Təşkilatının idarə edilməsinə verilməsi tapşırılmışdır. Bu səbəbdən, xxxx ASC-nin bütün əmlakları yenidən qiymətləndirilərək, Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2- 2(85)-1607/2016 saylı qətnaməsinə əsasən Aqrarkredit Səhmdar Kredit Təşkilatına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı fərmanının 2-ci hissəsinə əsasən Aqrarkredit Səhmdar Kredit Təşkilatı tərəfindən tərəfindən 23 iyul 2018-ci il tarixdə, akt əsasında "xxxx" ASC-yə məxsus bütün əmlaklar yeni yaradılmış Azərbaycan Sənaye Koorperasiyası Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş və həmin tarixdən etibarən "xxxx" ASC-nin fəaliyyəti tam dayandırılmışdır. Qeyd olunan tarixdən, işçilərin əmək haqları, istifadə edilməmiş məzuniyyətə görə yekun hesabatlar və əmək haqqına hesablanmış sosial-sığorta haqqlarının ödənilməsi mümkün olmamışdır. Əlavə olaraq, iddiaçı "İddiaçı" ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "pul vəsaitinin geri qaytarılması haqqında" iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-1 (82)-N/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərar qəbul edilmiş və şirkətin Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə ödəmə mənbəyində tutulmuş 488.999,92 manat artıq verginin tam şəkildə ödənilməsi, yəni geri qaytarılmamış 197.536,17 manat pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilən 2-l(82)-N/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərardan cavabdeh şikayət vermiş və iddianın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən apelyasiya şikayəti, işin hüquqi halları araşdırılaraq və təhlil olunaraq şikayətin qəbul olunmaması və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-N/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul olunmuşdur. Göstərilənlərə və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(103)-N/19 saylı qüvvədə olan qərarına baxmayaraq, cavabdeh tərəfindən öhdəlik icra olunmamış və ödəniş həyata keçirilməmişdir. Bildirirlər ki, sözügedən dövrdə "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 2.018.401 manat 51 qəpik (iki milyon on səkkiz min dörd yüz bir manat) əlavə ödəniş həyata keçirilmişdir. Əlavə ödənişin qaytarılması ilə bağlı 05.06.2018-ci il tarixdə 2 Saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət olunsa da heç bir tədbir görülməmişdir. Belə ki, qeyd olunan orqanlara edilən müraciətdə artıq ödəmənin geri qaytarılması, qaytarılacaq vəsaitin əmək haqqları və sosial sığorta borcunun ödənilməsinə sərf ediləcəyi bildirilmiş, lakin diqqətə alınmamışdır. 05 iyul 2018- ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təkrarən müraciət olunmuşdur. Hal-hazırda Dövlət Sosial Müdafiə Fonduna olan 926.918 manat 58 qəpik borc və borca əlavə olaraq hesablanmış 306.066 manat 29 qəpik borc tələb edilir. Göstərilən sığorta borcunun əvəzləşdirilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə olunsa da əvəzləşmənin mümkün olmayacağı bildirilmişdir. Bildiririk ki, 306.066 manat 29 qəpik məbləğində faiz 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin səhlənkarlığı ucbatından yığılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına nəzarət, tam və vaxtında ödənilməsinə nəzarət, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə nəzarət vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən, artıq ödəmənin qaytarılması barədə tədbir görmək vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 38.3.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması həyata keçirilə bilər. Həmin məcəllənin 87.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində, artıq ödəmə vergi ödəyicisinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri X6 və X4 iştirak etmiş, iddianı müdafiə etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti 1.840.027 manat 32 qəpik artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasını istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsini göstərsə də iddia tələbini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə yönəltmişdir. İddia ərizəsində isə qeyd olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından ilk növbədə cavab verməli olan orqan düzgün müəyyən edilməli, ondan sonra arzu olunan tələblə həmin orqana müracət edilməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, eyni tələblə aidiyyat qaydalarına əməl edilməklə müvafiq inzibati məhkəməyə müraciət etmə hüququndan istifadə edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar