Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1206/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, 3-cü şəxs Əsədov Elnur Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər- Əsədov Elnur Vəkil oğlunun və X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, 10 v saylı evin, 17 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 10 v saylı evin, 17 saylı mənzil 17.06.2020-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. Əsədov Elnur Vəkil oğlu onun qardaşı, X3 isə qardaşının arvadıdır. 19 sentyabr 2020-ci ildə onun Sumqayıt Polis İdarəsinə müraciəti əsasında 3-cü şəxslər həmin mənzilə pasport qeydiyyatına düşüblər və həmin mənzildə onlar yaşamayıblar. Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, 3-cü şəxslərn Sumqayıt şəhəri, 8-ci mikrorayon, 10 v saylı evin, 17 saylı mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı ərizə ilə Sumqayıt Polis İdarəsinə müraciət etmiş, lakin həmin idarə 123-16962C-3221 saylı 05.05.2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən İddiaçı qızı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. 3-cü şəxs Əsədov Elnur Vəkil oğlu məhkəmədə izahat verərək, bildirmişdir ki, onun qeyd olunan mənzildə pasport qeydiyyatı olmasına baxmayaraq, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır və həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etirazı yoxdur. Qeyd olunanları qərar çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Digər 3-cü şəxs X2 pasport qeydiyyatında olduğu ünvanına məhkəmə bildirşi göndərilmiş, lakin onun həmin mənzildə yaşamaması səbəbindən məhkəmə iclası barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3-cü şəxsin iştrakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli 123-16962C- 3221 nömrəli imtina məktubu, ƏMDK yanında DƏDRX-nin verdiyi Çıxarışın notarial qaydada təstiq edilmiş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Əsədov Elnur Vəkil oğlunun və X2 mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, mənzildə istifadə hüququ yoxdur. Nəzərə alınmalıdır ki, X1 gedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil Əsədov Elnur Vəkil oğlunun mülkiyyətində olduğu tədqirdə Aytəkin Əsədovanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X4 pasport qeydiyyatına düşdüyü mənzil baldızı İddiaçı mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görədə məhkəmə hesab edir ki, X2 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Əsədov Elnur Vəkil oğluna gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan mənzildən pasport qeydiyyatından çıxmaq onun iradə ifadəsiolmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əsədov Elnur Vəkil oğlu və X3 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, 10 v saylı evin, 17 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Əsədov Elnur Vəkil oğlunun və X2 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, 10 v saylı evin, 17 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1206/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1206/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver