Məhkəmə qərarları › İş №2-1(118)-1208/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1208/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1208/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “onun, İddiaçı şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri qanunsuz, müddətsiz və əsassız olduğundan qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarına qaytarılması, 28 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən 21 il həqiqi hərbi xidmət keçməyini nəzərə alaraq mənzil növbəsinə qeydiyyata alınmağı öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikasının Qanunlarının aliliyini nəzərə almayaraq ona qarşı Müdafiə Nazirliyinin məsul şəxsləri və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aidiyyətı üzrə rəhbər heyəti tərəfindən Azərbaycan Respublikasının vətəndaşı hüquqlarının vəzifə səlahiyyətlərini aşmaqla və hakimiyyət həddindən sui istifadə etməklə hüquqlarının pozulması ilə ona və ailəsinə uzun müddət mənəvi və psixoloji sarsıntı yaşatdıqları üçün təzminatın ödənilməsi öhdəliyinin yuxarıda adları qeyd olunmuş qurumlara həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. 11 iyun 2021-ci il tarixdə daxil olmuş ərizə ilə İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar