Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1208/2022 31.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 42-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0.11 ha ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0.11 ha ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında bağlanmış 12 iyul 2004-cü il tarixli 13660 saylı müqaviləsi ilə iddiaçının qanuni istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0,11 ha bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın alınması barədə 18 dekabr 2021-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədi - 12 iyul 2004-cü il tarixli 13660 saylı müqaviləni əlavə etmişdir. Lakin, cavabdeh qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş bağ sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə 12 iyul 2004-cü il tarixli 13660 saylı müqavilənin arxiv məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsi bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 2305 nömrəli xx.xx.1981-cı il taıixlı müqaviləsi əsasında X8 verilmiş 0,225 ha torpaq sahəsinin bir hissəsidir, lakin arxiv qovluğunda həmin torpaq sahəsinin bır hissəsinin iddiaçıya verilməsi ilə bağlı hər hansı əlaqələndirici sənəd aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izah etdi ki, sözügedən bağ torpaq sahəsi “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 2305 nömrəli, xx.xx.1981 -ci il tarixli müqaviləsi əsasında X4 verilmiş 0.225 ha torpaq sahəsinin yarı hissəsinin icarədarın ailə üzvlərindən, arvadı - Quliyeva Elmira Qulu qızına verilməsi ilə bağlı oğlu - X13 tərəfindən və digər yarı hissəsinin isə oğlu- X11 verilməsi ilə bağlı arvadı- Quliyeva Elmira Qulu qızı tərəfindən xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sumqayıt şəhər icra Hakimiyyətininin nəzdində olan Sumqayıt şəhər Bağ təsərrüfatı idarəsinə müraciət olunsa da, icarədarın ailə üzvləri ilə hər hansı müqavilə bağlanmamış və həmin ailə üzvləri tərəfindən torpaq sahəsinin bir hissəsinin İddiaçı adına keçirilməsinə razılıqları barədə eyni tarixli ərizə verilmişdir.Bununla yanaşı İddiaçı adına verilmiş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13660 nömrəli xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1996-ci il tarixli, 435 nömrəli protokol qeyd olunmuşdur. Bu səbəbə görə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciətin icrasından imtina olunmuşdur. İş materiallarında olan : - 13660 nömrəli xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhər Bağ təsərrüfatı İdarəsi Sumqayıt şəhər Novxanı bağ massivi B-143A ünvanında yerləşən 0.11 ha bağ torpaq sahəsini X2 icarəsinə vermişdir. -Sumqayıt şəhər bələdiyyəsinin 05 aprel 2005-ci il tarixli 7 nömrəli qərar protokolundan görünür ki, Sumqayıt şəhər Novxanı bağ massivi B-143A ünvanında yerləşən 1100 kv m bağ torpaq sahəsini X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. - 017304 nömrəli qəbzdən görünür ki, İddiaçı torpaq sahəsinin alqı-satqısına Sumqayıt bələdiyyəsinə ******* manat pul ödəmişdir. -AZ N 030558 seriyalı ölüm haqqında şəadətnamədən görünür ki, X9 xx.xx.1999-cu ildə vəfat etmişdir. - xx.xx.2004-cü il tarixli razılıq ərizəsindən görünür ki, Quliyeva Elmira Qulu qızı Sumqayıt şəhər Novxanı bağ massivi B-143A ünvanında yerləşən 0.11 ha bağ torpaq sahəsinin X2 adına keçirilməsinə etiraz etmir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, azi idarəsində mövcud olan arxiv materiallar əsasən Novxanı bağ massivi ünvanında yerləşən B-143A və 143A rıörnrəli bağ torpaq sahələrinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. - Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 17/1 saylı 02 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına xx.xx.2022-ci il tarixində daxil olmuş 2-1(118)-1208/2022 saylı 16 iyun 2022-ci il tarixli sorğunuza cavab olaraq , Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 435 saylı və 19,03.1992-ci il tarixli 287 saylı sərəncamlarının kserosurətləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanl müəyyən edildi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Birliyinin Bağ təsərrüfatı sahəsi ilə X7 arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13660 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilədən görünür ki, X5 Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0,11 ha dan ibarət olan bağ torpaq sahəsi üzərində icarə hüququ verilmişdir. İddiaçıya həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtinada və etirazda torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsası kimi "bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 2305 nömrəli, xx.xx.1981 -ci il tarixli müqaviləsi əsasında X4 verilmiş 0.225 ha torpaq sahəsinin yarı hissəsinin icarədarın ailə üzvlərindən, arvadı - Quliyeva Elmira Qulu qızına verilməsi ilə bağlı oğlu - X13 tərəfindən və digər yarı hissəsinin isə oğlu - X11 verilməsi ilə bağlı arvadı - Quliyeva Elmira Qulu qızı tərəfindən xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətininin nəzdində olan Sumqayıt şəhər Bağ təsərrüfatı idarəsinə müraciət olunsa da, icarədarın ailə üzvləri ilə hər-hansı müqavilə bağlanmadığı; icarədarın gəlini X14 tərəfindən torpaq sahəsinin bir hissəsinin X6 adına keçirilməsinə razılığı barədə xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə verildiyi; digər tərəfdən X6 adına verilmiş "bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13661 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokol qeyd olunduğu göstərilmişdir. Məhkəmə cavabdehin gətridiyi dəlilləri əsassız hesab edir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə də iddiaçıya torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə onun arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilə əsasında verilmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə dair digər şəxslərin adına hər hansı bir sənədin, müqavilənin olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Etirazda qeyd olunan ərizələr isə həmin bağ torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyini təsdiq etmir. Eyni zamanda həmin torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə əvvəlki icarədar olan, həmçinin etirazda qeyd olunmuş ərizəni verən X13 tərəfindən etiraz edilməmişdir. Buna dair ərizə iş materiallarına əlavə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının dəlilləri formal xarakter daşıyır və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt şəhər Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1208/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1208/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver