Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1209/2020 19.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı regional ərazi filialına qarşı “ona 64 il 6 ay yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1955-ci ildə Füzuli rayonunda anadan olmuş, xx.xx.1970-ci ildən xx.xx.1974-cü ilə qədər Füzuli rayonu Lenin adına Üzümçülük sovxozunda işləmiş, 1974- 1976-cı illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1995-ci ilə qədər Füzuli Avtobazasında sürücü vəzifəsində işləmişdir. Onun pensiya yaşı çatandan sonra cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Səbəb kimi onun işlədiyi illərin yoxlanılmasının mümkün olmaması olmuşdur. Hesab edir ki, əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyinə görə cavabdehin bundan imtina etməsi qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə edərək bildirmişdir ki, İddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Həmçinin "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur.Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir.Məlum olduğu kimi, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, xx xxxxxx 1992- ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır.Lakin iş üzrə iddiaçının əmək kitabçasında qeydlər şübhə doğurur. Diqqət yetirsək görərik ki, əmək kitabçasında 1995-ci il üzrə müvafiq qeydlər vardır. Nəzərə alsaq ki, İQarabağ savaşı zamanı xx xxxxxx 1993cü il tarixində Füzuli rayonu işğala məruz qalmışdır. Sual yaranır “Füzuli X1”nin 1995-ci il qeydləri həqiqidirmi?! Bu nüansın mövcudluğu ümumilikdə əmək kitabçasının əmək stajını sübutedici kimi rolunu heçə endirir.Digər bir məsələ "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarında “İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır” kimi qeyd vardır. Bu aspektdən çıxış edərək mövcud olan əmək kitabçasında xx.xx.1979-cu il qeydində “Füzuli Avtokolon” müəssisəsinin adı olduğu halda, birbaşa xx.xx.1995-ci il qeydində isə “Füzuli X1”nin adı vurğulanmışdır. Yəni iddiaçının 1979-cu ildə çalışdığı müəssisədən hansı tarixdə çıxdığına yaxud həmin müəssisənin hansı tarixdən yeni müəssisəyə çevrildiyi və digər bu kimi qeydlər aparılmamışdır.İddiaçı əmək kitabçasında əsaslı şübhələr olduğundan, habelə işlədiyi müəssisələrə dair əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları təqdim edilmədiyindən (aşkar olunmadığından) iddiası qanunsuz və əsassızdır.Məhkəmədən qərarı qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və "yaşa görə pensiyanın təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsin cavabdehin üzərinə qoyulması” tələbi barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus И-İ ******* nömrəli Əmək kitabçasının surəti, hərbi biletin surəti, DSMF-nin Sumqayıt şəhər şöbəsinin imtina məktubu, etiraz ərizəsi, Füzuli xxxx ASC-nin 07 saylı xx.xx.2020-ci il tarixli məktubu, Azərbaycan Respublikası Dövlət Axiv Füzuli filialının xx.xx.2020-ci il tarixli 10 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının yoxlanılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir.Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası;əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ;sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Füzuli “xxxx” ASC-nin məktubundan müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1976-cı il tarixdən xx xxxxxxxx 1995-ci il tarixinə kimi avtobazada sürücü işləmişdir. Onun xx xxxxxxxx 1976-cı il tarixdə avtobazaya sürücü qəbul edilməsi qeyd olunan əmr kitabı işğal zonasında qaldığından təqdim edə bilmirlər. Lakin ona təklif olunan avtobusu sürməkdən imtina edərək qarajdan çıxıb getməsi xx xxxxxx 1994-cü il-xx xxxxxxxx 1995-ci illəri əhatə edən əmrlər kitabının 96-cı səhifəsində 64 saylı əmrin 2-ci §-da qeyd olunmuşdur. Bundan başqa həmin əmrlər kitabında İddiaçı xx xxxxxx 1995-ci il tarixdə 17 saylı əmrlə şiddətli töhmət alması da vardır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş И-İ ******* nömrəli Əmək kitabçasının surətindən müəyyən olunmuşdur ki, xx.xx.1970-ci ildən xx.xx.1974-cü ilə qədər Füzuli rayonu Lenin adına Üzümçülük sovxozunda, xx.xx.1976-cı ildən xx.xx.1995-ci ilə qədər Füzuli Avtobazasında əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Eyni zamanda H3 ******* nömrəli Hərbi biletin surətindən də görünür ki, iddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Cavabdeh təşkilatın gətirdiyi əsas arqumentlərdən biri ondan ibarət olmuşdur ki, İddiaçı işlədiyi “Füzuli xxxx” ASC DSMF-yə sığorta haqlarını həyata keçirməməsi səbəbindən iddiaçının həqiqətəndə həmin təşkilatda işləməsi şübhəlidir. Cavabdeh təşkilatın etirazının bu hissəsində gətirdiyi arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, “Füzuli xxxx” ASC-nin sığorta haqlarının lazımi qaydada həyata keçirilməməsi səbəbindən iddiaçının pensiya ilə təmin edilməsi hüququ məhdudlaşdırıla bilməz. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Bundan başqa cavabdeh təşkilat etirazında bildirmişdir ki, Füzuli rayonunun xx xxxxxx 1993-cü ildə işğal edildiyi tədqirdə iddiaçının əmək kitabçasında “Füzuli X1”nin 1995-ci ildə etdiyi qeydlər həqiqəti əks etdirə bilməz və bu səbəbindən iddiaçının qeyd olunan təşkilatda işləməsi inandırıcı olmur. Etrazın qeyd olunan hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın məhkəmədə təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx xxxxxx 2929-ci il tarixli cavab məktubundan bəlli olmuşdur ki, Füzuli xxxx müəssisəsinin bazasında “Füzuli xxxx” ASC yaradılmış və cəmiyyətin özəlləşdirilməsi xx.xx.2005-ci ildə başa çatdırılmışdır. Qeyd olunan cavab məktubu da bir daha onu təsdiq etmişdir ki, “Füzuli xxxx” ASC-nin fəliyyət dairəsi Füzuli rayonu ilə məhdudlaşdırıla bilməz, yəni Füzuli rayonunun 1993-cü ildə işğal olunması Füzuli xxxx müəssisəsinin ləğv edilməsi və ya fəaliyyət göstərməməsinə əsas ola bilməz. Belə ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunan maddələrin tələbləri baxımından müəyyən olunur ki, hazır ki, iş üzrə cavabdeh təşkilat DSMFnin 1 saylı regional ərazi filialı İddiaçı Füzuli xxxx müəssisəsində işləməsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını sübut edə bilməmişdir. Halbu ki, DSMFnin 1 saylı regional ərazi filialı İddiaçı Füzuli xxxx müəssisəsində işləməsi ilə bağlı təqdim etdiyi sənədlərin mötəbərliyini müəyyən etməli idi. Belə olduğu tədqirdə İddiaçı əmək kitabçasında olan qeydlər həqiqi hesab edilməlidir. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın etirazında qeyd etdiyi bu arqument də əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı (2 il hərbi xidmət, 23 ildən çox iş stajı) 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64,6 yaşında, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1209/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1209/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver