Məhkəmə qərarları › İş №2-1(118)-1209/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1209/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1209/2024 02.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə onun müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı “Əlillik” altsistemində əlilliyin səbəbi barədə qrafada “hərbi travmadır, Çernobil AES-da qəzanın aradan qaldırılması zamanı hərbi xidməti vəzifəni yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi barədə məlumatın daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə onun müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı “Əlillik” altsistemində əlilliyin səbəbi barədə qrafada “hərbi travmadır, Çernobil AES-da qəzanın aradan qaldırılması zamanı hərbi xidməti vəzifəni yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi barədə məlumatın daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdida tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sovet Ordusu sıralarında həqiq hərbi xidmətdə olarkın (1984-1986) Çernıbıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və həmin vaxt radioaktiv şüalanmaya məruz qalaraq travma almış, Hərbi Həkim Komissiyasının qərarına əsasən həmin xəstəliyi Çernobıl AES-nin nəticələrinin aradan qaldırılması zamanı aldığı müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən əlillik altsistemində xx.xx.2006-cı il tarixdən əlilliyin səbəbi düzgün göstərilməmiş və həmin əlilliyin səbəbi kimi “Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinni aradan qaldırılması ilə bağlı” olması qeyd edilmişdir. Bununla bağlı o, cavabdehə müraciət edərək əlilliyin səbəbinin dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək işin iddiaçının yaşayış yeri üzrə Gəncə İnzibati Məhkəməsimə göndərilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, vəsatət təmin edilməli və iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş mateiallarından görünür ki, iddiaçı faktiki olaraq Sumqayıt şəhərində yaşasa da, qeydiyyat yeri ünvan 3 ünvanıdır. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı şəhərində yerləşir. Məhkəmə hesab edir ki, hazırki iddianın Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılması üçün hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Proseessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Göygöl rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə onun müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı “Əlillik” altsistemində əlilliyin səbəbi barədə qrafada “hərbi travmadır, Çernobil AES-da qəzanın aradan qaldırılması zamanı hərbi xidməti vəzifəni yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi barədə məlumatın daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.1.4 8.2, 8.5, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə onun müddətsiz 2-ci qrup əlilliyi ilə bağlı “Əlillik” altsistemində əlilliyin səbəbi barədə qrafada “hərbi travmadır, Çernobil AES-da qəzanın aradan qaldırılması zamanı hərbi xidməti vəzifəni yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi barədə məlumatın daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)- 1209/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar