Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-121/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan), İddiaçının nümayəndəsi X4 (Abşeron rayon Vəkil Bürosunda vəkil işləyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (Cavabdehndə hüquq şöbəsində məsləhətçi işləyən, Bakı şəhəri, Gəncə prospekti ev 35 mənzil 123-də yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı məcburi köçkünlər üçün vahid aylıq müavinətinin bərpa edilməsi və 2019-cu ilin sentyabr ayından hazıradək olan müddət ərzində verilməyən müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkünlər üçün vahid aylıq müavinətinin bərpa edilməsi və 2019-cu ilin sentyabr ayından hazıradək olan müddət ərzində verilməyən müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Zəngilan rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayında Zəngilan rayonunun işğal edilməsi ilə əlaqədar oranı tərk etmiş və təhsil şöbəsinin sənədlərini İran İslam Respublikası vasitəsilə Bakı şəhərinə gətirmişdir. Zəngilan məktəblərini Bakı, Sumqayıt, Şirvan şəhərlərində və Sabirabad rayonunda açmışdır. 1996-cı ildə xəstəliyi ilə əlaqədar olaraq Zəngilan rayon Təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunmuş, 2002-ci ildən başlayaraq məktəb direktoru işləmişdir. Vəzifədə işlədiyi müddətdə ona verilən məcburi köçkünlər üçün aylıq müavinət dayandırılmışdır. Hazırda yaşa görə pensiyaya çıxmışdır. Məcburi köçkünlər üçün müavinətin bərpa edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən ona verilən müavinətin bərpa edilməsindən imtina edilmişdir. Belə ki, Cavabdeh tərəfindən ona verilmiş 02.12.2019-cu il tarixli 1097 saylı arayışda göstərilir ki, onun məktəb direktoru işlədiyi və həmin vəzifədən yaş həddinə görə əmək pensiyasına çıxdığı üçün ona verilən vahid aylıq müavinət Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X7 və X8 iddia ələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı məktəb direktoru vəzifəsində işlədiyi və həmin vəzifədən yaş həddinə görə əmək pensiyasına çıxdığı üçün İddiaçı verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən dayandırılmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 13 oktyabr 1992-ci ildən Zəngilan rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 10 oktyabr 1996-cı il tarixdə tutduğu vəzifədən azad edilmiş; 12 aprel 2002-ci il tarixdə Zəngilan rayon 8 nömrəli orta məktəbin direktoru təyin edilmiş və 02 sentyabr 2019-cu il tarixədək həmin vəzifədə işləmişdir. - AA 243491 saylı vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. - Zəngilan rayon hərbi komissarlığı tərəfindən verilmiş MV 066000 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. - 23.02.2021-ci il tarixli 10 saylı Cavabdeh başçısının Zəngilan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Zəngilan şəhər sakini İddiaçı məktəb direktoru vəzifəsində işlədiyi üçün ona verilən vahid aylıq müavinət həmin dövrdə mövcud olan “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən vahid aylıq müavinətin paylanmasına dair təlimat”ın 5.5-ci bəndinə (hazırda qüvvədə olan Qaydaların 2.13-cü bəndinə) əsasən noyabr 2014-cü il tarixdən dayandırılmışdır. Yaş həddinə görə əmək pensiyasına çıxdığı üçün “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti habelə komunnal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü maddəsinə əsasən vahid aylıq müavinətin verilməsi ona şamil edilmir. -Cavabdeh İddiaçı ünvanladığı 02.12.2019-cu il tarixli 1097 saylı məktubundan görünür ki, İddiaçı məktəb direktoru işlədiyi və həmin vəzifədən yaş həddinə görə əmək pensiyasına çıxdığı üçün ona verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən dayandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbacyan Respublikası Nazirlər Kabinetiinin 2017-ci il 24 yanvar tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydaları»nın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən aylıq müavinət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1992-ci ildən başlayaraq yerli icra hakimiyyətinin Təhsil şöbəsinin müdir, daha sonra isə orta məktəbin direktoru vəzifəsində işləmiş və 2019-ci ildə yaş həddinə görə əmək pensiyasına çıxmışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı hesab edir ki, yuxarıda göstəriən Qaydalarda nəzərdə tutulmuş vəzifələrdə artıq işləmədiyi üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin ödənilməsi bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, adıçəkilən Qaydaların 2.13-cü bəndində göstərilən vəzifələrdən azad edildikdən sonra şəxsə müaivnətin ödənilməsinin bərpa edilməsi norması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən İddiaçı Cavabdehnə qarşı məcburi köçkünlər üçün vahid aylıq müavinətinin bərpa edilməsi və 2019-cu ilin sentyabr ayından hazıradək olan müddət ərzində verilməyən müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-121/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-121/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver