Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-121/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi X4, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Əlvan Metal pansionatında yaşayan) Cavabdehin nümayəndəsi X8 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialındA mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddiaçının 24.01.1992-ci il tarixdən 27.12.2005-ci il tarixədək 91 saylı X6 Dəstəsində işlədiyi dövrün sosial siğorta stajına daxil edilərək ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Ərazi Regional Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 24.01.1992ci il tarixdən 27.12.2005-ci il tarixədək 91 saylı X6 Dəstəsində işlədiyi dövrün sosial siğorta stajına daxil edilərək ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1953-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 10.06.1976-cı ildə Füzuli Təsərrüfathesablı 9 saylı avtokalonda başlamışdır. 27 dekabr 2005-ci ilə qədər həmin Trestin nəzdində fəaliyyət göstərən 91 saylı X2 Dəstədə işləmişdir. Ümumi iş stajım 30 ildir, 2016-cı ildən yaşa görə əmək pensiyası alır. Cavabdeh tərəfindən ona pensiya təyin edilərkən 24.01.1992-ci il tarixdən 27.12.2005-ci il tarixinə qədər 91 №-li TSMD-də (X1 Dəstədə) işlədiyi dövr iş stajı kimi nəzərə alınmamışdır. Halbuki, həmin dövr əmək kitabçasında qeyd edilmişdir. İşlədiyi 91 saylı TSMD dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 02.09.2016-cı il tarixdə yaranmış və ona pensiya təyin edilmişdir. Vətəndaşa pensiya təyin edilərkən hərbi xidmət illəri nəzərə alınmaqla 10.06.1976-cı ildən 01.09.1993-cü il tarixədək 19 il 3 ay sosial sığorta sığorta stajı və 01.01.2006-cı ildən sonra 4836.40 manat sığorta kapitalı nəzərə alınmışdır. Vətəndaş 01.04.2021-ci il tarixdə pensiyanın yenidən hesablablanması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Müraciətin araşdırılması zamanı onun əmək kitabçasında qeyd olunan 01.09.1993-cü il tarixdən 27.12.2005-ci il tarixədək olan dövrün yoxlanılması zərurəti yaranmışdır. Həmin müəssisəsinin hazırda fəaliyyətinin olmaması və arxiv sənədlərinin saxlanılmaması səbəbindən müraciət üzrə ərizəçiyə imtina cavabı verilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə tərəfimizdən müvafiq sorğu ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, X12 rayon fililalına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinə müraciət edilmişdir. Sorğulara verilən cavab məktublarına əsasən araşdırılan müəssisə haqqında heç bir məlumat aşkar olunmamışdır. Beləliklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün qanuni əsaslar mövcud olmamışdır. İş materiallarında olan: - İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1953-cü il təvəllüdlüdür. - İddiaçının adına açılmış ИТ № ******* əmək kitabçasından görünür ki, o, 10.11.1976cı ildən 27.12.2005-ci il tarixədək müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən 24.01.1992- ci il tarixdən 27.12.2005-ci il tarixədək 91 saylı TSMD-də işləmişdir (01.03.1998-ci ildən həmin müəssisə Füzuli rayonu Aqrotikinti firmasıadlandırılmışdır). - -Füzuli rayon Vergilər şöbəsi tərəfindən DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 23.07.2021-ci il tarixli məktubundan görünür ki, şöbədə Füzuli rayon 91nömrəli TSMD adlı müəssisə qeydiyyatdan keçməmişdir. - -Azərbaycan Respublikası X12 filialı tərəfindən DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 23.07.2021-ci il tarixli məktubundan görünür ki, Füzuli rayon 91 nömrəli TSMD-nin arxiv sənədləri X12 rayon filialına təhvil verilməmişdir. .- ƏMDK –nin DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 27.07.2021-ci il tarixli məktubundan görünür ki, zərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. “X11 Topdan Pərakəndə Ticarəti və İstehsalı üzrə Vətən” ASC və Füzuli rayonu 91 nömrəli TSMD barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən DSMF 1 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 12.11.2021-ci il tarixli **********3 saylı cavab məktubundan görünür ki, vətəndaş Tahirov Əfsər Mürşüd oğluna 02.09.2016-ci il tarixdə yaşa gorə əmək pensiyası təyin edilmişdir. Vətəndaşa pensiya təyin edilərkən hərbi xidmət illəri nəzərə alınmaqla 10 06 1976-cı ildən 01 09.1993-cü ıl tarıxədək (Füzuli rayonunun işğalınadək ) 19 il 3 ay sığorta stajı və 01 01.2006-cı ildən sonra 4336 4 manat sığorta kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiya təyin edilmişdir.Vətəndaş 01.04.2021 -ci ıl tarixdə pensiyasının yemdən hesablanmasına gorə şobəyə müraciət etmişdir. Vətəndaşın pensiya sənədlərinin araşdırılması zamanı onun əmək kitabmasında qeyd olunan 01 09.1993-cü ıl tarixdən 27 12.2005 cı ıl tarixədək olan dövrün yoxlanılması zərurəti yaranmışdır.Sığorta stajının yoxlanılması ilə əlaqədar 05.04.2021-cı il tarixli **********4 say məktubla 10 saylı regional ərazi filialına sorğu göndərilmişdir 10 saylı regional ərazi filialı sorğuya, 28.04.2021 tarixli **********2 saylı məktubla cavab verərək vətəndaş İddiaçı Murşud oğlunun 01.09.1993-cü ıl tarixdən 27.12 2005-cı il tarixədək olan ış stajının doğruluğunu yoxlanılması həmin müəssisənin hal-hazrda heç bır fəaliyyətinin olmaması və arxiv sənədlərinin materiallarının saxlanılmaması səbəbindən mümkün olmaması bıldirilmişdir.Bu səbəbdən də qeyd olunan dövrlərin sığorta stajı kımı hesablanması mumkun olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş 23.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı işlədiyi Füzuli rayon 91 nömrəli TSMD-nin 1992-2005-ci illərə aid sənədləri Füzuli rayon arxivinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli dövrlərdə istinad olunan müəssisədə işləməsini təsdiq edən sübut kimi əmək kitabçasını təqdim etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının 1992-200-ci illərdə 91 saylı X3 Dəstədə işləməsini (işə qəbul edilməsi, işdən azad edilməsi) barədə əmrlər və əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin dövrdə göstərilən müəssisədə işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-121/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-121/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver