Məhkəmə qərarları › İş №2-1(118)-1214/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1214/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1214/2020 02.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X2 iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “məcburi köçkün olaraq ona və ailəsinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2017-ci ilin yanvar ayından dayandırılmış pulun hesablanaraq ödənilməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Şuşa rayonundan məcburi köçkün düşmüşdür. 2017-ci ilə qədər mütamadi olaraq ona və ailə üzvlərinə aylıq müavinatlar verilmiş,lakin sonradan qanuna edilmiş dəyişiklidən sonra həmin müavinatın verilməsi dayandırıldı. Əsas isə ondan ibarət oldu ki, onun valideyinlərinin mülkiyyətindən daşınmaz əmlak qeydiyyatdan keçib və edilmiş dəyişikliyə görə ona və onun ailəsinə ödənilən müavinatın verilməsi dayandırılmalıdır. İnzibati orqanın qərarı ilə razı deyil. Yuxanda göstərilənlərə əsasən iddiaçı “məcburi köçkün olaraq ona və onun ailə üzvlərinə ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması ve ödənilməyən dövr üçün ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.Belə ki, İddiaçı atası X5 adına Bakı şəhəri,Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2a və Bakı şəhəri, Suraxanı rayonu,Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində,85B ünvanlarında, anası X3 adına Bakı şəhəri, Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi 241, 67 ünvanında mənzillər qeydiyyata alındığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” nın 2.1-ci maddəsinə əsasən (Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəsxə satan, bağışlayanməcburi köçkünlərə və onlaral birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinət şamil edilmir.) İddiaçı və onun ailəsinə ödənilməli olan vahid aylıq müavinatın ödənilməsi 2017-ci il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi X4 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli 5/411 saylı məktubu, Şuşa rayon İcra Hakimiyəti başçısı yanında Şura iclasının xx xxxxxx 2015-ci il tarixli 21 saylı protokoldan çıxarışı surəti,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məcburi köçkün vəsiqələri, nikah şahadətnaməsi və doğum haqqında şəhadətnamələr. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının tələbi mübahisələndirmə haqqında iddia tələbi təşkil edir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşdən göründüyü kimi, iddiaçı məcburi köçkün olduğuna görə edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti alırdı, lakin Nazilrlər Kabinetinin edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin müəyyən edilməsi” haqqında qərarına xx xxxx 2017-ci ildə edilmiş dəyişiklikdən sonra ona müavinatın verilməsi dayandırılmışdır. Qeyd olunan dəyişikliyə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinat şamil edilmir. Göründüyü kimi iddiaçıya və onun ailə üzvlərinə cavabdeh təşkilat tərəfindən vahid aylıq müavinatın dayandırılmasına əsas İddiaçı valideyinlərinin adına mənzillərinin rəsmiləşdirilməsi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan Qaydalara edilmiş dəyişiklik məhz həmin yaşayış sahəsini əldə etmiş şəxslərə şamil edilir. Şuşa rayon İcra Hakimiyəti başçısı yanında Şura iclasının xx xxxxxx 2015-ci il tarixli 21 saylı protokoldan çıxarışdan məlum olmuşdur ki, Şuşa rayonundan məcburi köçkün olan İddiaçı ailəsi ilə birlikdə ayrıca təsərrüfat kimi qeydiyyta alınmışdır. Nəzərə alınmalıdır ki, İddiaçı xx xxxxx 2012-ci ildə Şuşa rayondan məcburi köçkün olan X8 ilə ailə həyatı qurmuş və onların həmin nikahdan 2 övladı var. Məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı valideyinlərin himayəsində deyil, onlar ilə birlikdə yaşamır və valideyinlərin mülkiyyətində olan daşınmaz əmlaklara dair hər hansı bir məsuliyyət daşımır. İddiaçı valideyinlərin mülkiyyətində daşınmaz əmlakların olması onlara, yəni valideyinlərə verilməli olan vahid aylıq müavinatın dayandırılmasına əsas ola bilər, lakin valideyinlərin mülkiyyətində daşınmaz əmlakların olması onların yetkinlik yaşına çatmış və ayrıca təsərrüfat kimi qeydiyyata alınmış övladlarına veriləcək vahid aylıq müavinatın dayandırılması üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, cavabdeh təşkilat qeyd olunan Qaydalara edilmiş dəyişikliyi əsas gətirməklə İddiaçı və onun ailə üzvlərinə verilən aylıq müavinatın verilməsinin 2017-ci ilin yanvar ayından etibarən dayandırılmasında haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə isə məhkəmə qərarı yalnız məhkəmə icraatında təhqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hımun Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təstiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”na uyğun olaraq İddiaçı və onun ailəsinə nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2017-ci ilin yanvar ayından etibarən ödənilməyən məbləğin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar