Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1215/2020 26.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşır qızının katibliyi, X1 (Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Hüseynov küçəsi ev 36-da yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı və X4 Cavabdehnə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən torpaq sahələrinini daş hasarla hasarlanmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, MH N 0022893, MH N ******* və RX N ******* seriyalı daşınmaz əmlakın dövlət eyestrdən çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0,26 ha, 0.13 ha və 0.2605 ha torpaq sahələrinin daş hasarla hasarlanmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən X8 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MH N 0022893, MH N ******* və RX N ******* seriyalı daşınmaz əmlakın dövlət eyestrdən çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0,26 ha, 0.13 ha və 0.2605 ha torpaq sahələrinin daş hasarla hasarlanmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən MH N 0022893, MH N ******* və RX N ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrdən çıxarışlara əsasən ona və qardaşı X6 məxsus olan 0.26 ha, 0.13 ha və 0.2605 ha torpaq sahələrini daş hasarla hasarlamağa icazə almaq üçün Cavabdehnə müraciət etmişdir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır və iddiaçılar həmin ərazidə badam bağları salmaq istəyirlər. Ətraf ərazilər daş hasarla əhatəyə alınmasına baxmayaraq cavabdeh onlara imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X9 iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddiaçının mülkiyyətondə olan torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğundan həmin sahələrin daş hasarla hasarlanması ilə qanunvericiliyə ziddir. İddiaçıya cavab verilmişdir ki, sahənin dəmir torla hasarlanmasına heç bir məhdudiyyət yoxdur, mişar daşla tikili aparmaq əsaslı tikili sayıldığından onun müraciətinə imtina cavabı verilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.26 ha topraq sahəsi İddiaçı, 0,2605 ha və 0.13 ha torpaq sahələri X5 mülkiyyətindədir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 554 saylı məktubdan görünür ki, iddiaçıların təqdim etdiyi çıxarışlarda göstərilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğundan əsaslı tikinti işlərinin aparılması, o cümlədən daş hasarın inşası qadağandır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar özlərinə məxsus torpaq sahələrini mişar daşı ilə hasarlanmasına icazə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişlər. Cavabdeh həmin torpaqların kənd təsərrüfatı təyinatlı olduğuna görə orada əsaslı tikinti, o cümlədən mişar daşı ilə hasarın inşa edilməsinə icazə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlarda onların təyinatına uyğun olan kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar, bu torpaqlarda əsaslı tikililərin ucaldılması isə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin torpaq sahəsinin təyinatının dəyişdirilməsi haqqında sərəncam verməsindən və tikinti işlərinin aparılmasına dair müvafiq icazələr alındıqdan sonra mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh düzgün olaraq iddiaçıya torpaq sahələrini daş hasarla hasarlamağa icazə verilməsi barədə müraciətinə imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1215/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1215/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver