Məhkəmə qərarları › İş №2-1(118)-1215/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1215/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1215/2022 11.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafazadə Aygün Əlmədar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Əliyar qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Əliyar qızı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “ona xəstəliyinə görə əlilliyin müəyyən olunması barədə rəy və arayış verilməsi və əlilliyinin 2-ci dərəcəli əlillik qrupu olmaqla xx.xx.2021ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “ona 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Əliyar qızı uzun müddətdir ki, “Şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozlu xəstəlikdən və digər xəstəliklərdən əziyyət çəkir. xx.xx.2009-cu il tarixdən “Xroniki şəkərli diabet xəstəsi” kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Buna görə də ona 2012 və 2014-cü ildə iki dəfə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. 2015-ci ildə xəstəliyi ağırlaşdığı üçün o insulin qəbul etməyə başlamış və bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, 15 saylı şəhər poliklinikasında ona insulin dərmanları verilir. Xəstəliyi daha da inkişaf etdiyindən və ağırlaşdığından xx.xx.2016-cı il tarixində TSEK onu təkrar müayinə etmiş və ona növbəti 5 il üçün 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Əlilliyinin müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. TSEK rəyinə əsasən xəstəliyinin diaqnozu, “Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya" olmuşdur. xx.xx.2021-ci il tarixində əlilliyinin 5 illik müddət bitdikdən sonra Şamaxı rayon Mərkəzi Xəstəxanası onu təkrar müayinələrdən keçirərək, xəstəliyi haqqında Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 2574003AAR6M nömrəli Forma-088 arayışı göndərmişdir. Arayışa əsasən onun xəstəliyinin əsas diaqnozu “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet ağır forma İİ tip. (İnsulin tələbi ilə)” xəstəlikləridir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Komissiyası xx.xx.2021-ci il tarixində onu müayinə etmiş və heç bir əsaslı səbəb olmadan, digər texniki səbəblər göstərərək, ona əlillik təyin etməkdən imtina etmişdir. Beləliklə cavabdeh Azərbaycan Respublikası Konstituiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnu pozmuşdur. Belə ki, o, əmək qabiliyyətini tamamilə itirmiş, heç bir yerdə işləyə bilmir, xəstəliyi səbəbindən güclə hərəkət edir. Onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaş hüquqları, sosial təminat hüququları, sağlamlıq hüquqları, sağlamlığını itirdiyinə görə dövlətdən müavinət almaq hüquqları vardır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbİ-Sosİal Ekspertiza və Reabilitasiya Xidmətinin Komissiyası tərəfindən onun hüquqları pozulmuşdur. Hesab edir ki, cavabdehin yuxanda qeyd olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi təmin edilməlidir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Əliyar qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet tip ağır-ağırlıqda.insulin tələbli. Diabetik polineyropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => ЕЮ - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya «xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatışmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə 7 lik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => Е10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ, Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2574003AAR6M saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İİ tip. (İnsulin tələbi ə). Aşağı ətraflarda ağır keymə .Diabetin angiopatiya. Diabetik retinopatiya (E10- E14 -mumi dördüncü .3 işarəsi ilə), OU- qeyri proliferativ diabetik retinopatiya. Diabetik :olinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10- =14, Sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reysetri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, səxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTEvə PAB” PHŞ-nin T-247/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin son göndərişində qeyd olunan “E11.7-insulindən asılı olmayan Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip.; Ağırlaşima:G79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətraflarda ağır keyimə, diabetik angiopatiya, H36.0*- Hiabetik retinopatiya, (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri* jproliferativ diabetik refinopatiya, G63.2-diabetik polihevropatiya, (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), hərəkət zamanı ətraflarda ağrıdan diabetikpolinevropatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, (E10-E14, sağ böyəyin hipoplaziyası), diabetik nefropatiya, xroniki pielonefrit” diaqnozdakı xəstəliklərdən o, hazırda əziyyət çəksə də, onlar da nəzərə alınmaqla şəxsin əyani və instrumental müayinələrində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. - 2574003AAR6M nömrəli Tibbi sosial ekspert komissiyasına göndərişdən görünür ki, iddiaçıya əsas diqanoz olaraq insulindən asılı olmayan şəkərli diabet, çoxaylı ağırlaşmalarla şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. İnsulin tələbi ilə (E11.7), ağırlaşma diaqnozu olaraq digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya aşağı ətraflarda ağır keyimə, diabetin angiopatiya (179.2*), Diabetik retinopatiya (E-10-E14 ümumi dördüncü .3 işarəsi ilə) OUqeyripoliferativ diabetik retinopatiya (H36.0), Diabetik polinevropatiya (E-10-14 ümumi dördüncü .4 işarəsi ilə) hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya (G63.2), şəkərli diabet zamanı yumaqcıq zədələnmələri E10-14 sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit., yanaşı xəstəliklər kimi Stenokardiyanın digər formaları ÜİX Gərginlik stenokardiyası 3-4F.S infaktdan sonra kardioskleroz (120.8), qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya xəstəliyi (D50.0), Qaraciyərin alkoqol mənşəli pi distrofiyası (piyli qaraciyər) Qaraciyərin piy distrofiyası (K70.0), həqiqi hiperqlisüridemiya (E78.1), (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİ.d yüksək risk ilə (İ11.0), Xroniki obstruktiv pielonefrit xroniki pielonefrit (N11.1) diaqnozu qoyulmuşdur. - İş materiallarına əlavə edilmiş 30512564 saylı və 30512565 saylı xx.xx.2022-ci il tarixli AZərbaycan Respublikası Səhiyyə Nazirliyi ödənişsiz reseptlərdən görünür ki, İddiaçı 35 nömrəli şəhər poliklinikası tərəfindən 1 flakon İns.İnsulatard HM 100TV 10ml və 1.0 insulin şprisi alınması üçün təyinat verilmişdir. - Binəqədi rayonu 35 nömrəli şəhər poliklinikasının 11 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Ağakişiyeva X2 rayonu 35 saylı şəhər poliklinikasında insulindən aslı olmayan şəkərli diabet, insulin tələbi diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2017-ci il tarixindən İnsulatard 20+20TV, Aktofid 10+10+10TV olmaqla, bazisbolyus insulin müalicəsi qəbul edir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2021ci il tarixədək ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilərək Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən Tibbi-sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 2574003AAR6M saylı Forma-088 arayışı göndərilmişdir. Həmin arayışda iddiaçının xətəliyinin əsas diaqnozu kimi “İnsulindən asılı olmayan şəkərli diabet, çoxaylı ağırlaşmalarla şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. İnsulin tələbi ilə (E11.7)” göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeyd olunan diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ona ikinci qrup əlillik təyin edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 11.2-ci bəndində (Şəkərli diabet E10-E14), 11.2.1-ci bəndində (insulindən asılı şəkərli diabet E10, insulindən asılı olmayan şəkərli diabet E11), 11.2.3.1-ci bəndində (diabetik retinopatiya, qeyri-proliferativ...), 6.8-ci bəndində (polinevropatiya G63*), 11.2.2-ci bəndində (böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya E10-E14) iddiaçıda müəyyən edilmiş xəstəliklər nəzərdə tutulmuşdur İş materiallarından göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələr təsdiq edilsin”. Lakin məhkəmə araşdırması zamanı, müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən göndərişi verən xəstəxanada qeydiyyatda olduğu eyni diaqnozla (Şəkərli diabet) 2014-2021-ci illər ərzində ikinci dərəcə əlillik təyin edilmişdir. Həmçinin ekspert rəyi ilə də iddiaçının adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2574003AAR6M saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “E11.7-insulindən asılı olmayan Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip.; Ağırlaşma:G79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətraflarda ağır keyimə, diabetik angiopatiya, H36.0*- Hiabetik retinopatiya, (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri* jproliferativ diabetik refinopatiya, G63.2-diabetik polihevropatiya, (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), hərəkət zamanı ətraflarda ağrıdan diabetikpolinevropatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, (E10-E14, sağ böyrəyin hipoplaziyası), diabetik nefropatiya, xroniki pielonefrit” diaqnozdakı xəstəliklərdən onun hazırda əziyyət çəkdiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 35 nömrəli şəhər poliklinikasının 11 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Ağakişiyeva X2 rayonu 35 saylı şəhər poliklinikasında insulindən aslı olmayan şəkərli diabet, insulin tələbi diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci ildən İnsulatard 20+20TV, Aktofid 10+10+10TV olmaqla, bazis-bolyus insulin müalicəsi qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələr təsdiq edilsin” əsası ilə əlilliyin təyin olunmasından imtinası formal tələblərə əsaslanır. Beləliklə məhkəmə tərəfindən aparılmış inzibati araşdırma ilə müəyyən olunur ki, sonuncuya əlillik təyin edilməsindən imtina edilməsi tamamilə formal tələblərə əsaslanması iş materialları və qismən ekspert rəyi ilə bir daha sübuta yetirilmişdir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları üzrə işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”) xx.xx.2021-cu il tarixli 0053003AAE5B saylı göndərişdə sonuncuya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Əliyar qızına 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Əliyar qızına 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnın üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar