Məhkəmə qərarları › İş №2-1(118)-1219/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1219/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1219/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (Abşeron rayon Vəkil Bürosunun vəkili işləyən, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 4A mənzil 316-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı iddiaçı X2 Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli iclasının 08 saylı protokolu ilə ayrılmış olan 251 nömrəli torpaq sahəsinə dair sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X5 cavabdeh Abşeron rayon Mehdiabad Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli iclasının 08 saylı protokolu ilə ayrılmış olan 251 nömrəli torpaq sahəsinə dair sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli iclasının 08 saylı protokolundan vətəndaşların mənzil şəraitini ödəmək məqsədi ilə Mehdiabad Bələdiyyəsinə məxsus olan perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən 150 nəfər vətəndaşa 0,06 ha hesabı ilə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin qərarla 150 nəfərlik vətəndaşların siyahısında iddiaçının adının 64 nömrə ilə qeyd edilməsinə baxmayaraq hazıradək bələdiyyə tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim olunmamaqla, müxtəlif növ bəhanələrlə qeydiyyata almaqdan imtina edilir. Bu barədə aidiyyəti üzrə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə müraciət edilsə də, cavabdeh qurum 03 may 2021-ci il tarixli 77 saylı məktubla 2011-ci il tarixədək sənədlərin arxiv idarəsinə təhvil verilməsini əsas gətirməklə oraya müraciət etməyi tövsiyə etmişdir. Milli Arxiv idarəsinin Abşeron rayonu Dövlət Arxivindən əldə olunan 01.04.2021-ci il tarixli məlumatla 08 saylı protokolda isə vətəndaşların adları göstərilmədiyindən qeyri-müəyyənlik yaranır. Qeyd olunan faktlarla əlaqədar iddiaçı tərəfindən cavabdeh quruma müraciət edilsə də, cavabdeh orqan tərəfindən müraciətə aydın və tam cavab verilməmişdir. Buna müvafiq olaraq hüquq və mənafelərin müdafiə edilməsi, zəruri sənədlərin əldə edilməsi baxımından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış iddiaya dair münasibətdə qeyd edilmişdir ki, bələdiyyəyə məxsus olan (Mehdiabad-Fatmayi şossesinin sağ hissəsindən) torpaq sahəsindən 150 nəfər vətəndaşın hər birinə 0.06 ha hesabı ilə mənzil tikintisi üçün torpasq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin qərarın İddiaçı bildirdiyinə görə 150 nəfərlik vətəndaşların siyahısında 64 nömrə ilə qeyd edilmiəsinə baxmayaraq hal-hazırda Bələdiyyə tərəfindən hüquq miiəyyənedici sənədlərin təqdim olunmamaqla, müxtəlif növ bəhanələrlə qeydiyyata almaqdan imtina edildiyini bildirir. Mehdiabad Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması vətəndaşların ərizəsi əsasında həyata keçirilir, hər bir qərar kollegial qaydada qəbul edildiyindən, icilas protokolunda vətəndaşın adı və soy adı qeyd edilməklə aparılmalı, göstərilən ərazinin yüklii olub olmamasına dair rəy alınmaqla vətəndaşla Bələdiyyə arasında alqı-satqı posesi həyata keçirilməsi üçün qərar qəbul edilir, vətəndaş tərəfindən müəyyən edilmiş məbləğ bələdiyyənin büdcəsinə ödənildikdə, protokolda qeyd edilən torpaq sahəsi bələdiyyə qərarına əsasən vətəndaşın mülkiyyətinə verilir. 2000-2011-ci il tarixədək bütün sənədlər arxiv idarəsinə təhvil verildiyindən, İddiaçı adına Abşeron rayon Mehdiabad bələdiyyəsinin baza məlumatlarında heç bir sənəd mövcud deyildir. İş materiallarına əlavə edilmiş : - Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli iclasının 08 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini ödəmək məqsədi ilə Mehdiabad bələdiyyəsinə məxsus olan perspektiv inkişaf üçün ayrılmış torpaq sahəsindən 150 nəfər vətəndaşa fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən verilmiş Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08 saylı protokolundan çıxarışdan görünür ki, Mehdiabad bələdiyyəsinin baş sxemini və baş planını əldə əsas tutaraq aşağıda qeyd olunan vətəndaşların (o cümlədən İddiaçı) mənzil şəraitini ödəmək məqsədi ilə qəsəbəsinin prespektiv inkişafı üçün ayrılmış bələdiyyəyə məxsus olan (Mehdiabad-Fatmayı şossesinin sağ hissəsindən) torpaq sahəsindən 150 nəfər vətəndaşın hər birinə 0.06 hektar hesabı ilə mənzil tikintisi üçün torpaq sahəsinin ayırlması qərara alınmışdır. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F923 saylı 08.09.2021-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08 saylı protokolunda vətəndaş İddiaçı adı aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən verilmiş 172 saylı 02 avqust 2021-ci il tarixli cavab məktubunda görünür ki, 2000-2011-ci illər üzrə bütün sənədlər arxiv idarəsinə təhvil verildiyindən İddiaçı adına Abşeron rayon Mehdiabad bələdiyyəsinin baza məlumatlarında heç bir sənəd mövcüd olmadığı nəzərə alınaraq qeyd edilən sənədlərin Abşeron rayon Arxiv idarəsindən tələb edilməsi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahat ını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Məhkəmə araşdırması zamanl torpağın ayrılmasını təsdiq edən sənəd kimi yalnız bələdiyyə qərarından çıxarışı təqdim etmişdir. Torpağın dəyərinin ödənilməsinə dair sənəd, alqı-satqı aktı, yerquruluşu planından çıxarış, yerli icra hakimiyyətinin memarlıq xidmətinin, DTXK-nin yerli şöbəsinin rəyləri isə təqdim olunnamışdır. Beləliklə, torpaq sahəsinin ayrılması barədə sənəd nə bələdiyyənin özü tərəfindən, nə də arxivdə olan sənədlərlə təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənədlərin hazlrlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı İddiaçı Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli iclasının 08 saylı protokolu ilə ayrılmış olan 251 nömrəli torpaq sahəsinə dair sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Abşeron rayon Mehdiabad Bələdiyyəsinə qarşı iddiaçı X2 Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli iclasının 08 saylı protokolu ilə ayrılmış olan 251 nömrəli torpaq sahəsinə dair sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar