Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1219/2022 24.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıt Xızı Yeni Yaşma kəndi 26 nömrəli marşrut xəttinin şəhərdaxili adı ilə təsdiq edilmiş Sumqayıt-Xızı Yeni Yaşma kəndi 26 nömrəli marşrutun pasportuna xitam verilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı tabeliyində “Sumqayıt Nəqliyyat MMC-1”-ə qarşı iddia qaldıraraq “rayonlar arası olan Sumqayıt-Xızı-Yeni yaşma 26 nömrəli marşrut xəttinin ”Karqotrans- 2005” MMC-nin istifadəsinə verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirirək Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt Xızı Yeni Yaşma kəndi 26 nömrəli marşrut xəttinin şəhərdaxili adı ilə təsdiq edilmiş Sumqayıt-Xızı Yeni Yaşma kəndi 26 nömrəli marşrutun pasportunun xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Sumqayıt - Xızı Yeni Yaşma 26 nömrəli marşrut xəttində 2007-ci ildən hüquqi sənədlər əsasında sərnişindaşıma fəailiyyəyti göstərmişdir. 2018-ci ildən Sumqayıt şəhər İcra Hkimiyyətinin başçısının tabeliyində Nəqliyyat MMC tərəfindən sözü gedən marşrut xəttində sərnişindaşıma fəailiyyətinə başlamışdır. Eyni xətt olduğuna görə “Karqotrans 2005 MMC-nin istifadəsində olan 4 nəqliyyat vasitəsinin iş qrafiki pozulmuş və buna görə də fəailiyyət göstərmək imkanı olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının yanında nəqliyyat MMC Sumqayıt- Xızı Yeni Yaşma 26 nömrəli marşrutu şəhərdaxili dislakasiya salınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı sözü gedən marşrutun şəhərdaxili dislakasiya salınması əsassızdır. Belə ki, həmin ərazi Xızı rayonunundur. Sumqayıt İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli əsasnamənin 1.5 maddəsini bilərəkdən pozmuşdur. Odur ki, Nəqliyyat MMC istifadəsində olan Sumqayıt Xızı- Yeni Yaşma 26 nömrəli marşrut xəttinin pasportunun ləğv edilməsinə zəruriət vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddiaçının nümayəndəsinə hüquqi yardim edilmiş, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçının ərizəsində də qeyd etdiyi üzrə “ Karqotrans "xxxx" MMC Sumqayıt - Xızı Yeni Yaşma 26 nömrəli marşrut xəttində 2007-ci ildən hüquqi sənədlər əsasında sərnişindaşıma fəailiyyəyti göstərmişdir. 2018-ci ildən Sumqayıt şəhər İcra Hkimiyyətinin başçısının tabeliyində Nəqliyyat MMC tərəfindən sözü gedən marşrut xəttində sərnişindaşıma fəailiyyətinə başlamışdır. Eyni xətt olduğuna görə “Karqotrans 2005 MMCnin istifadəsində olan 4 nəqliyyat vasitəsinin iş qrafiki pozulmuş və buna görə də fəailiyyət göstərmək imkanı olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının səlahiyyətli qurum tərəfindən verilmiş, hazırda qüvvədə olan sərnəşindaşıma fəalyyəti səlahiyyətinin olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi 2018-ci il tarixdən fəaliyyəti dayandığı üçün iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Marşrut xəttində fəaliyyət göstərə bilməsi və bununla bağlı tələblər irəli sürə bilməsi üçün iddiaçı ilkin olaraq bu fəalyyətlə bağlı hüquqlarının bərpası üçün tələblər irəli sürə bilər. Bu çür hüquqları bərpa edildikdən sonra iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquq qazanmış ola bilər. İddiaçıya izah edilsin ki, o, subyektiv hüququnu bərpa etdikdən sonra yenidən məhkəmədə iddia qaldıra bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1219/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1219/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver