Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-122/2021 11.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində yanında DSMF-nin Qobustan rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Qobustan rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə imzalanmadan göndərildiyindən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia ərizəsinin imzalanmış nüsxəsinin göndərilməsi təklif edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsini imzalayaraq məhkəməyə ünvanlamışdır. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsi onun prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon filialı ilə əvəz edilmişdir. Hazırki iş üzrə hazırlıq icraatına başlanılmış və proses iştirakçıları xx.xx.2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasına dəvət olunmuşlar. Həmin tarixdə keçirilən məhkəmə iclasına tərəflər gəlməmişlər, cavabdeh iddiaçının ölüm haqqında şəhadətnaməsinin surətini təqdim edərək İddiaçı vəfat etməsi barədə məlumat vermişdir. Bununla bağlı məhkəmə tərəfindən Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qobustan şəhəri üzrə nümayəndəliyə müraciət edərək iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanmış ailə üzvləri barədə məlumat verilməsini xahiş etmişdir. Lakin həmin sorğuya hər hansı cavab daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində yanında DSMF-nin Qobustan rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-122/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-122/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver