Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-122/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram sədrliyi, X15 Elşən oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Mehrəli oğlunun cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı Quba rayonu Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı etibarsız hesab edilməsi, Quba rayonu, Qımıl-qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktına dair qeydlərin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Mehrəli oğlu cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı etibarsız hesab edilməsi, Quba rayonu, Qımıl-qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktına dair qeydlərin ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə vermişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində iddia tələbinə sonuncu dəqiqləşdirmə ərizəsi verərək, Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X10 ayrılmasına dair Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı ərizəyə əlavə edilmiş, JN- 114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli Müqavilənin əslindən göründüyü kimi Quba rayonunun Qımıl-Qazma kənd ərazisində, onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi ilə bitişik olan 1000 kv m torpaq sahəsi, Quba rayonu Qımıl-qazma bələdiyyəsi (hazırki hüquqi statusuna görə Qəşrəş bələdiyyəsi) ilə arasında 15 sentyabr 2002-ci il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında biçənək məqsədi ilə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər onun istifadəsindədir. Quba rayonunun Qəçrəş bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Vüqar Kərimovun Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı, tarixsiz və reyestr qeydiyyatsız olan, iddia tələbinə yazılı etirazında həmin torpaq sahəsi Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004cü il tarixli, 07 saylı qərarı ilə Quba rayonunun Qımılqazma kəndinin digər sakini X2. Hazırkı iddia tələbi üzrə cavabdeh Quba rayonu, Qəçrəş bələdiyyəsi, Qımılqazma bələdiyyəsinin varisidir. Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X3 dair Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs X14, X7 ölümündən sonra qalan birinci növbəli vərəsədir. Hesab edir ki, JN-114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsaasmda onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli Müqavilə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsinin X3 dair Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtə və yeri barədə xəbərdar edilmişlər, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddısinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Mehrəli oğlu ilə o vaxt mövcud olan Qımılqazma bələdiyyəsi arasında 15 sentyabr 2002-ci il tarixdə bələdiyyənin mülkiyyətində olan 1000 m2 biçənək torpaq sahəsi 3 il müddətinə qeyd olunan məqsəd üçün icarəyə verilmişdir. Üç illik müddət bitdikdən sonra icarədarla hər-hansı bir müqavilə bağlanmamış və bələdiyyə onun qarşısında heç bir öhdəlik götürməmişdir. Həmçinin torpaq sahəsi biçənək məqsədilə icarəyə verilsə də, İddiaçı həmin torpaq sahəsindən müqaviləyə zidd olaraq turizm məqsədləri üçün istifadə etmişdir. Həmin icarə müqaviləsi iddiaçıya mülkiyyət hüququ tanınması üçün əsas ola bilməz və qanunvericilikdə belə bir hal mövcud deyildir. Eyni zamanda həmin müqavilə DT və XK-da qeydiyyata alınmamış, icarəyə verilən torpaq sahəsinin xəritəsi təsdiq edilməmiş, həmin vaxtı icarəçiyə təxmini icarəyə verilən ərazi göstərilmiş, əslində isə icarəyə verilən ərazinin xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilməli idi. Göründüyü kimi, həmin vaxtı belə, həmin icarə müqaviləsinin heç bir hüququ əsası olmamışdır. 2005-ci ildən 2016-cı ilə kimi iddiaçı tərəfindən bələdiyyənin hesabına heç bir ödəniş də edilməmişdir. Bundan əlavə İddiaçı Mehrəli oğluna və ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmiş və iddia olunan torpaq sahəsi isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı icarə rnüqaviləsinin müddəti bitdikdən sora həmin torpaq sahəsini zəbt edərək kafe kimi istifadə edir. Bu qanunsuz hərəkətlərinə görə ona dəfələrlə xəbərdarlıqlar edilmiş lakin iddiaçı həmin torpaq sahəsindən çıxmaq istəmir. Həmçinin, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X12 qanunla müəyyən edilmiş qaydada 0,12 ha torpaq sahəsi satılmışdır. Əvvəllər mövcud olmuş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən təqdim edilmiş xəritələrdən müəyyən edilir ki, hazırda iddianın predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsi üst-üstə düşmür və qonşu torpaq sahələridir. Yəni iddiaçıya həmin vaxt icarəyə verilən ərazi ilə X12 bələdiyyə qərarı ilə satılmış ərazi fərqli ərazilərdir. İddiaçının iddia etdiyi ərazi həm qanun üzrə həm də faktiki olaraq mərhum X8 vərəsələrinin istifadəsindədir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia müddətini ötürərək 18 il bundan qabaq bağlanmış müqavilənin etibarsızlığını irəli sürür. Qeyd olunanlara əsasən iddia tələbi mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş X9 nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı atasına məxsus alqı-satqı qərarını, aktını etibarsız hesab edilməsini onunla Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin 15 sentyabr 2002-ci il tarixli icarə müqaviləsi bağlanmasına görə əsaslandırır. Quba rayonu Qımıl-Qazma bələdiyyəsi ilə İddiaçı Mehrəli oğlu arasında oğlu arasında bağlanılmış torpaq icarəsi müqaviləsi bağlandığı andan etibarsızdır. Ona görə ki, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçməmiş, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır. Həmin vaxt qüvvədə olmuş Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Təkcə bu əsas elə iddiaçının iddia tələbinin mümkün sayılmaması üçün kifayət edir. Hazırda qüvvədə olan “Torpaq icarəsi” haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır. 21 aprel 2006-cı il tarixə kimi qüvvədə olmuş Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. İddiaçının iddia etdiyi torpaq sahəsinin icarəyə verilinəsi haqqında müqavilədə icarəyə verilmiş torpaq sahəsi göstərilməmişdir. Torpaq sahəsinin ölçü və planı qeyd edilməmişdir. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsinə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçının mübahisəli torpaq sahəsinin ona icarəyə verilməsinə dair heç sübutu yoxdur. İddiaçıya hansı ərazinin icarəyə verilməsi ilə bağlı heç bir xəritə yoxdur. İddiaçı atası X13 Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsinin satılmasına əsas olmuş 02 avqust 2004-cü il tarixli qərarı və aktı etibarsızlığını edir. Hazırkı iddia ilə bağlı nəinki daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti, hətta ümumi iddia müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı iddia ərizəsinə 15 sentyabr 2002-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin onun istifadəsində olduğunu qeyd etmişdir. Lakin həmin torpaq sahəsinin harada yerləşməsi və həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənədə əsasən istifadə etməsi, istifadə etdiyi torpaq sahəsini vərəsəlik hüququ ilə mənə məxsus torpaq sahəsilə hansı bağlılığını olmasını qeyd etməmişdir. İddiaçı guya icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinə görə vergiləri ödəməsini qeyd etsə də, vergi ödənişləri barədə qəbzlərdə bu ödənişlərin hansı torpaq sahəsinə aid olması müəyyən olunmur. Ödənişlər isə 2004-cü ildən sonra 2016-ci ilə aid olmaqla ödənişlər arasında 12 il müddət ötmüşdür. İddiaçı torpaq sahəsinin ona icarəyə verilməsi barədə bələdiyyəyə təklif etdiyini, bələdiyyənin ona hərrac vasitəsilə torpaq sahəsinin almasını təklif etdiyini desə də, barədə mötəbər sübutu iddiaya əlavə etməmişdir. İddiaçı hələ bundan əvvəl 2019-cu ildə eyni tələblə inzibati məhkəməyə müraciət etdiyini etiraf edir və bu zaman bələdiyyənin məhkəməyə ünvanlanmış 05 dekabr 2018-ci il tarixli 49 nömrəli məktubuna istinad edərək Qəçrəş bələdiyyəsinin torpaq sahəsinin ona satmağa etiraz etmədiyini bildirir.Halbuki iddiaçı bələdiyyənin məktubunu təhrif edir. Bələdiyyə məhkəməyə ünvanladığı həmin məktubda ümumiyyətlə iddiaçının iddiası ilə bağlı məsələlərə baxılması üçün 2019-cu ildə Quba rayon ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsi ilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinantlarımn müəyyənləşdiriləcəyi, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra sərəncama qanuna müvafiq olaraq cavab verilməsi mümkün olacağı bildirilmişdir. İddiaçının iddiasının əksinə olaraq iddiaçı ilə bələdiyyə arasında torpaq icarəsi müqaviləsi qanuna müvafiq olaraq bağlanmamış, torpaq icarəsi müqaviləsi müvafiq qaydada dövlət qeydiyyatına alınmamış, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə edilməmiş, torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir.Bundan əlavə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi Quba rayonu Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 07 nömrəli qərarı ilə atası X5 qərar alınmış, bu barədə 15 avqust 2004- cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib tərtib edilmiş, bələdiyyənin hesabına pul ödənilmiş,torpaq sahəsinin satılmasına dair DT- XK-nin Quba rayon şöbəsinin müdiri rəy vermiş, satılmış torpaq sahəsinin yerquruluşu planından 1:10000 və 1:2000 xəritə çıxarışlar verilmiş, həmin xəritələr Quba rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş, bu barədə Quba rayon İcra hakimiyyəti tərəfindən miivafıq rəy verilmiş, atasına satılmış torpaq sahəsinin həyətyanı torpaq sahəsi olması barədə DT və XK-nin Quba rayon şöbəsinin müdiri tərəfindən arayış verilmiş, həmin alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Quba rayonu Qəçrəş bələdiyyəsi tərəfindən arayış verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)- 568/2022 saylı qərardadı ilə mümkün sayılmamışdır. Sumqaıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərardadın ləğv edilməsi və işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi öz qərardadında onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən qərarla üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyni və ya fərqli olması ilə bağlı mütəxəssis rəyi alınmamışdır. Bununla bağlı məhkəmə mütəxəssis rəyinin alınması üçün daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən mütəxəssis rəyindən görünür ki, Quba rayonu Qımılqazma (Qəçrəş) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə X6 torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırki iddianı qaldırmaq üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mübahisələndirilən qərar barəsində ən azı 2019-cu ildə cavabdeh bələdiyyənin iddia ərizəsinə etirazından xəbərdar olmuşdur. İddiaçı həmin məktuba istinad edərək qeyd edir ki, bələdiyyə sədri mübahisəli torpaq sahəsinin bələdiyyənin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı ilə X4 bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mehrəli oğlunun cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X10 ayrılmasına dair Quba rayonu Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarını ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-122/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-122/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver