Məhkəmə qərarları › İş №2-1(118)-1220/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1220/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1220/2020 28.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında departament müdiri işləyən, Bakı şəhəri, Yasamal rayonu,Ə.Cavad küçəsi,ev 71-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı onun xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik ödənilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona xx.xx.2017-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. Həmin vaxtdan ona müharibə veteranları üçün müəyyən edilmiş sosial müavinətin verilməsinə başlanılmışdır. O, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Fondunun 1 saylı Regional ərazi filialına ərizə ilə müraciət edərək xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. Bununla bağlı o, hazırki iddianı qaldırmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun i.tirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı cavabdeh orqana müraciət edərək ona müharibə veteranı adı verildiyi tarixədək üç illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin edilmiş, əvvəlki illər üçün müavinət ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11,07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq edilməsi əsassızdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf’nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o, statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Məhz “Sosial müavinətlər haqqında” AR Qanununun 9.1-ci bəndi “Ən çoxu müraciət edilməzdən əvvəlkiüç il üçün ödənilməklə” təsbit edilmişdir. Belə ki, iddiaçı 2020-ci ilin avqust ayında müavinətin geri 3 il ödənilməsi ilə bağlı müraciət etmişdir. Bu da ona əsas verir ki, iddiaçı müraciət etməzdən əvvəlki 3 il müddətinə müavinət almış və bu səbəbdən ona yenidən müavinət təyin edilməsi absurddur. Digər bir nüans “Sosial müavinətlər haqqında” AR Qanununun 4-cü maddəsinin tələblərinə görə sözügedən müavinət “Aylıq müavinətlər“ qurupuna daxildir. Bu səbəbdən də iddiaçının birdəfəlik ödəmənin ödənilməsini tələb etməsi də əsassızdır. Bununla bağlı cavabdehin nümayəndəsi İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli N 058617 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1742/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək Gədəbəy ərazisində gedən döyüşlərdə iştirak etməsi öz tədiqini tapdığından onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinini verilməsi vəzifəsinini cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********7 saylı məktubundan görünür ki, İddiaçı müharibə veteranı vəsiqəsi aldığı gündən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi barədə ərizəsinini təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiatəmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsilik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı müharibə veteranı adı 1993-cü ildə döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi 2017-ci ilin fevral ayında rəsmiləşdirilmişdir və bu hal iddiaçının deyil, müvafiq dövlət qurumlarının səhvi üzündən baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya müraciət etməzdən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə cavabdehin müavinətin birdəfəlik ödənilməsi ilə bağlı etirazına münasibətdə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.2-ci maddəsində birdəfəlik müavinətlər kimi radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət (4.0.2.1); uşağın anadan olmasına görə müavinət (4.0.2.2) və dəfn üçün müavinət (4.0.2.3) nəzərdə tutulmuşdur. Veteranlar üçün nəzərdə tutulmuş müavinət aylıq müavinətlərə aiddir. Lakin bu halda 3 illik dövr üçün ödənilməyən müavinətin birdəfəlik ödənilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçınını hüququnun məhdudlaşmaması üçün həmin məbləğin hesablanaraq birdəfəlik ödənilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixədək olan dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabliyində Dövlət X5 1 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixədək olan dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabliyində Dövlət X5 1 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar