Məhkəmə qərarları › İş №2-1(118)-1223/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1223/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1223/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı «X6 LTD» məhdud məsuliyyətli cəmiyyətinin direktoru X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X6 LTD» məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya 2014, 2015, 2016-cı ilin yanvar ayı üzrə hesablanmış və tutulmamış 871.253,08 manat əsas vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası, cəmi 1.306.879,64 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edərək iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X6 LTD» məhdud məsuliyyətli cəmiyyəti cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya 2014, 2015, 2016-cı ilin yanvar ayı üzrə hesablanmış və tutulmamış 871.253,08 manat əsas vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası, cəmi 1.306.879,64 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edərək iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı müəssisənin direktoru Əli Əliyev ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı «X6 LTD» məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya 2014, 2015, 2016-cı ilin yanvar ayı üzrə hesablanmış və tutulmamış 871.253,08 manat əsas vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası, cəmi 1.306.879,64 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edərək iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar