Məhkəmə qərarları › İş №2-1(118)-1224/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1224/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1224/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona, oğlu Həsənzadə Məhəmmədəlinin, qızları Həsənzadə Abuzəndənin və Həsənzadə Mehribanın məcburi köçkünlüyə görə aylıq müqavinətinin bərpası və 01 yanvar 2018-ci ildən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ona və həyat yoldaşı X3, oğlu Həsənzadə Məhəmmədəlinin, qızları Həsənzadə Abuzəndənin və Həsənzadə Mehribanın məcburi köçkünlüyə görə aylıq müqavinətin bərpası və 01 yanvar 2018-ci ildən hal-hazıradək ödənilməyən aylıq müqavinətin ödənilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək yalnız Cavabdeh olaraq nəzərə alınmasını, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həyat yoldaşı X3 məcburi köçkünlüyə görə aylıq müqavinətinin bərpası və 01 yanvar 2018-ci ildən halhazıradək ödənilməyən aylıq müavinətin ödənilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, həyat yoldaşı və üç övladı məcburi köçkün olduqları üçün qanunvericiliyə müvafiq olaraq “məcburi köçkünlük statusu” daşıyırlar. İddiaçı həyat yoldaşı X8 ilə xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikah haqqında şəhadətnaməni həmin tarixdən dərhal sonra Azərbaycan Respublikası Suşa rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Buna baxmayaraq, yəni uzun müddət müstəqil ailə təsərrüfatını həyata keçirtdiyi halda Cavabdeh müvafiq bölməsi səhlankarlıq edərək 17 aprel 2019-cu il tarixdən onu ailəsi ilə birlikdə ayrı təsərrüfat qeydiyyatına almışdır. Ona və ailə üzvlərinə hər ay ödənilən məcburi köçkünlüyə görə aylıq müavinətin ödənişini Azərbaycan Respublikası Cavabdeh qanunsuz olaraq 24 yanvar 2017-ci il tarixli 11 saylı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən 01 yanvar 2018-ci il tarixdən dayandırmışdır. Həmin məcburi köçkünlüyə görə aylıq müavinətlərinin ödənişinin dayandırılması ilə bağlı Cavabdeh qərarını Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi də dəstəkləmiş və təsdiqləmişdir. Məcburi köçkünlüyə görə aylıq müavinətlərinin ödənişinin dayandırılmasına səbəb Azərbaycan Respublikası Cavabdehnə müraciətlərinə vermiş olduğu imtina cavabında öz əksini tapan əsaslar olmuşdur. xx.xx.2012-ci il tarixdən ailə qurduğu gündən müxtəlif yerlərdə kirayədə yaşamış və yaşayır. Bakı şəhəri N.Nərimanov rayonu, Qurban Primov küçəsi, bina 5, mənzil 13-ün mülkiyyətçisi anası X6 olsa da əslində həmin evi böyük qardaşı X7 almış və anasının adına rəsmiləşdirmişdir. Onun və ailə üzvülərinin həmin ünvan üzrə rəsmi pasport qeyydiyyatı yoxdur. Yalnız Məcburi köçkün kimi müvəqqəti qeydiyyatı Bakı şəhəri, N.ünvan 1 ünvan üzrə Məcburi köçkün qeydiyyatının olmasına və həmi qeydiyyatının qalmasına səbəb heç bir Azərbaycan Respublikasının vətəndaşının heç olmazsa öz ünvanlarına formal olaraq yalnız məcburi köçkün kimi müvvəqəti qeydiyyata düşməyinə razılaşmamaları olmuşdur. Bu hallar isə məcburi köçkünlüyə görə aylıq müavinətlərinin ödənişinin dayandırılmasına səbəb ola bilməz. Onun və ailə üzvlərinin ünvan ünvan 2kün kimi qeydiyyatı formal xarakter daşıyır. Onun və ailə üzvülərinin adına indiyədək heç bir daşınmaz əmlak olmayıb və yoxdur da. Bu halı rəsmi sənədlər də təsdiq edir. Məcburi köçkün olduğu üçün dövlət rüsumundan azaddır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlərt büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı ailə üzvü X4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 122, 1, 29 və ünvan 3 ünvanlarında yerləşən mənzillərə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı qardaşı X10 ilə təsərrüfatını ayırmadan öncə, O.T.Həsənov mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir. Bildiririk ki, O.T.Həsənovun sözügedən yaşayış sahələrini sonradan başqa şəxslərə satması və ya bağışlaması halı belə iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1-ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlaması halını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Odur ki, İddiaçı “onun və ailə üzvlərinin aylıq müavinətinin bərpası və 1 yanvar 2018-ci il tarixdən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsi”nə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Şuşa şəhərində anadan olmuşdur. - Cavabdeh iddiaçıya ünvanladığı 4/461 saylı, 23 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Cavabdeh 17 fevral 2022-ci il tarixli, 22/106 saylı arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında daimi qeydiyyatdadırlar. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, İddiaçı və ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir. - Cavabdeh başçısı yanında Şura iclasının 17 aprel 2019-cu il tarixli 06 protokolundan çıxarışdan görünür ki, ünvan 6 ünvanında məskunlaşmış İddiaçı ərizəsi nəzərə alınaraq ayrı təsərrüfat kimi qeydiyyata alınması (ailəsi ilə birlikdə) qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun həll edilir. 01 yanvar 2017-ci ildən qüvvədə olan adı çəkilən Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1.ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. İş materiallarına əlavə edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin etirazından görünür ki, iddiaçının ailə üzvü (qardaşı) X4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 122, 1, 29 və ünvan 3 ünvanlarında yerləşən mənzillərə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı qardaşı X10 ilə təsərrüfatını ayırmadan öncə, O.T.Həsənov ayrıca yaşayış sahəsi əldə etmişdir. İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən Qaydanın 2.1-ci hissəsində məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlər və onlarla birlikdə yaşayan ailə üzvlərindən bəhs olunur. Yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən şəxslərə aylıq müavinət şamil olunmur. Hazırki işdə də iddiaçının ailə üzvünün adına əmlak olduğundan ona aylıq müavinətin təyin edilməməsi qanunvericiliyin tələbindən irəli gəlir. Qaydanın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinin başçıları cavabdehlik daşıyırlar. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ona, oğlu Həsənzadə Məhəmmədəlinin, qızları Həsənzadə Abuzəndənin və Həsənzadə Mehribanın məcburi köçkünlüyə görə aylıq müqavinətinin bərpası və 01 yanvar 2018-ci ildən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsi” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “ona, oğlu Həsənzadə Məhəmmədəlinin, qızları Həsənzadə Abuzəndənin və Həsənzadə Mehribanın məcburi köçkünlüyə görə aylıq müqavinətinin bərpası və 01 yanvar 2018-ci ildən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar