Məhkəmə qərarları › İş №2-1(118)-1225/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1225/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1225/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmasına və Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin Vərəsəlik Şəhadətnəməsi əsasında, Milli Arxiv İdarəsinin rəsmi Arayışına əsasən dövlət qeydiyyatına alınmasına və buna dair dövlət reyestrindən ona Çıxarış verilməsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmasına və Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin Vərəsəlik Şəhadətnəməsi əsasında, Milli Arxiv İdarəsinin rəsmi Arayışına əsasən dövlət qeydiyyatına alınmasına və buna dair dövlət reyestrindən ona Çıxarış verilməsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 22 mart 2008-ci ildə mərhumə, dayısının həyat yoldaşı - X5 özünə məxsus və 1964-cü ildə tikilmiş Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və digər bütün əmlakını Vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Həmin Vəsiyyətnamə dövlət reyestrində 04-05 №-si ilə qeyd edilmişdir. X5 2010-cu ildə vəfat etmişdir və digər vərəsəsi yoxdur. Qeyd edir ki, həmin torpaq sahəsinin ölçüsü 0,11 ha-dır və üzərində 1964- cü ildə fərdi ev inşa edilmişdir. 29 dekabr 2018-ci il tarixində Vəsiyyətnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi evə Reyestrdən Çıxarış almaq məqsədilə sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim etmişdir. Həmin qurumdan daxil olmuş 9 yanvar 2020-ci il tarixli **********23 nömrəli cavab məktubunda qeyd olunur ki, “təqdim edilmiş sənədlər mütəxəssilər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Milli Arxiv İdarəsi X11 Filialı tərəfindən verilmiş 03.12.2019-си il tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cıı illər üzrə qaytanlanmış kitabda X1 şəxsi hesabında 0,11 ha torpaq sahəsinin olması qeyd olunsa da respublikamızda aparılan Aqrar İslahatlar zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə onun mülkiyyətinə 0,05ha torpaq sahəsi verilmiş, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən həmin 0,05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Ona görə də, 0,11 ha torpaq sahəsinə mərhumə Dəryabəyim Əbil qızının adına çıxarışın verilməsi mümkün olmamışdır. ” Milli Arxiv İdarəsinin rəsmi Arayışından məlum olur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə hüquqi varisi olduğu mərhumə X1 mülkiyyətinə səhvən 0,05ha torpaq sahəsi verilmişdir. Həmçinin, həmin səhv qərar əsasında DTXK-nin Şamaxı rayon şöbəsi də öz növbəsində yenə də səhvən 0,05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamışdır. Bununla da hüquqi varisi olduğu mərhumə X1 özünün xəbəri olmadan bütün bu proses həyata keçirilmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-cı maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxıhr. Həmin Məcəllənin 2.2.2-cı maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Həmin Məcəllənin 2.2.3-cı maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hüquqi varisi olduğum mərhumə X6ma məxsus torpaq sahəsinə dair Şamaxı rayon Aqrar İslahat komissiaysmın tərtib etdiyi 05.05.2001-ci il tarxili səhv Qərarın ləğv olunması, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən Çıxarış verilməsi tələblərinə dair işə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Həmçinin iddiaçı onu da qeyd edir ki, respublikada aparılmış aqrar islahatlar nəticəsində rayon X8 işini bitirərək ləğv olunduğundan Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən 05.05.2001-ci il tarixində yol verilmiş yanlışlığı aradan qaldırmaq mümkün deyildir, çünki həmin komissiya artıq mövcud deyildir, mərhumə X1 mülkiyyətində olmuş 0.11 ha torpaq sahəsi hal-hazırda onun hüquqi varisi olaraq iddiaçının istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin qanunun 2.1-cü maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 8.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin torpağa dair Ədliyyə Nazirliyi, Bakı şəhəri, 14 saylı notariat Kontorunun verdiyi 23.10.2020-ci il tarixli, Vəziyyətnamə üzrə Vərəslik hüququ haqqında Şəhadətnamə mövcuddur. Göründüyü kimi, mərhumə X3 məxsus olmuş və Vərəsəlik hüququ ilə iddiaçıya keçmiş Şamaxı rayonu, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmalıdır və buna dair dövlət reyestrindən iddiaçıya Çıxarış verilməlidir. Həmçinin, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhumə X1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki sənədlərin verilməsindən ibarət olmuşdur. Qeydiyyat üçün təqdim olunmuş sənədlər tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, Milli Arxiv İdarəsi X11 Filialı tərəfindən verilmiş 03.12.2019-cu il tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cu illər üzrə qaytanlanmış kitabda X1 şəxsi hesabında 0.11 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunsa da, Respublikamızda aparılan Aqrar İslahatlar zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə onun mülkiyyətinə yalnız 0.05 ha torpaq sahəsi verilmiş, DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin 0.05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İslahat Komissiyası tərəfindən mülkiyyətə yalnız 0.05 ha həyətyanı torpaq sahəsi verildiyinə görə, 0.11 ha torpaq sahəsinə mərhumə X1 adına reyestrdən çıxarışın verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmasına və Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin Vərəsəlik Şəhadətnəməsi əsasında, Milli Arxiv İdarəsinin rəsmi Arayışına əsasən dövlət qeydiyyatına alınmasına və buna dair dövlət reyestrindən ona Çıxarış verilməsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasını istəyir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X8 aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X8nın çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi Aqrar islahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə mərhumə D.Rüstəmovanın aqrar islahat komissiyasının qərarından şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Belə ki, hazırki işdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin ləğv edilmiş Şamaxı rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı, Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin öz adına qeydiyyata alınmasını tələb edir. İş materialları ilə müəyyən olunur ki, mərhum D.Rüstəmovanın adına 0.11 ha deyil, 0.05 ha torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Hazırkı iş üzrə iddiaçı ölmüş şəxsin hüquqları ilə bağlı arayış verilməsini tələb etmədən torpaq sahəsinə birbaşa öz adına çıxarışın verilməsini istəyir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununla cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. Həmçinin Məhkəmə araşdırması zamanı müvafiq sorğular edilmiş, vavabdeh qeyd etmişdir ki, Milli Arxiv İdarəsi X11 Filialı tərəfindən verilmiş 03.12.2019-cu il tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cu illər üzrə qaytanlanmış kitabda X1 şəxsi hesabında 0.11 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunsa da Respublikada aparılan Aqrar İslahatlar zamanı Şamaxı rayon Aqrar İslaha Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə onun mülkiyyətinə yalnız 0.05 ha torpaq sahəsi verilmiş, DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin 0.05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İslahat Komissiyası tərəfindən mülkiyyətə yalnız 0.05 ha həyətyanı torpaq sahəsi verildiyinə görə , 0.11 ha torpaq sahəsinə mərhumə X1 adına reyestrdən çıxarışın verilməsi mümkün olmamışdır. Sorğuda qeyd olunan məqamların araşdırılması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. X3 məxsus həyətyanı torpaq sahəsi X4 məxsus 473 kv.metr olan həyətyanı torpaq sahəsinə bitişikdir. Hər iki torpaq sahəsi ümumi çəpərlənmiş ərazidə yerləşir, aralarında fiziki sərhədlər yoxdur. Çəpər daxilində yerləşən torpaq sahəsi ümumilikdə 0.1427 ha təşkil edir. Ondan 0.05 ha X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 473 kv.metr torpaq sahəsinə isə ləğv edilmiş DTXK tərəfindən A N-265625 nömrəli plan və ölçü sənədi X2 adına işlənmişdir. Ümumi ərazidə sənəd üzrədən artıq olan 454 kv.metr torpaq sahəsi baza xəritəsində boş ərazi kimi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.05.2001-ci il tarixli 05 saylı iclasının qərarı ilə mərhumə D.Rüstəmovanın mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilməsinə dair Qərar səhv olduğundan məhkəmə tərəfindən ləğv olunmasına və Şamaxı rayon, Qəleybuğurd kəndində yerləşən 0.11 ha torpaq sahəsinin Vərəsəlik Şəhadətnəməsi əsasında, Milli Arxiv İdarəsinin rəsmi Arayışına əsasən dövlət qeydiyyatına alınmasına və buna dair dövlət reyestrindən ona Çıxarış verilməsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar