Məhkəmə qərarları › İş №2-1(118)-1225/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1225/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1225/2022 24.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı “X2 doğum aktı qeydi bərpa edilməsini və yeni şəhadətnamədə X2 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı “X2 doğum aktı qeydi bərpa edilməsini və yeni şəhadətnamədə X2 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il təvəllüdlü Mahmudova (Camcı) Oksana Asif qızı Bakı şəhərində anadan olmuş, Atası - X5, anası isə X1r. Belə ki, hazırda türk vətəndaşı Engin Camcı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, bu barədə onlara Abşeron Rayon qeydiyyat şöbəsi tərəfindən 09 sentyabr 2016ci il tarixli, 251 saylı Nikah haqqında şəhadətnamə verilmişdir. Engin Camcı onun ikinci ailə həyat yoldaşıdır. Bu nikahdan onun bir qız övladı dünyaya gəlmişdir. Hal-hazırda ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır. Ona məxsus X>K - >Kr N-441269 doğum haqqında şəhadətnamə qeydiyyata alınmadığı üçun iddiaçı hazırda çətinliklərlə üzləşir. Ona məxsus doğum haqqında şəhadətnamə dövlət qeydiyyatına alınmadığı üçün sistemdə görünmür. İddiaçı bununla bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon Qeydiyyat Şöbəsinin 07.01.2022-ci ıl tarixli məktubu ilə imtina cavabı verilmiş doğum haqqında şəhadətnamənin verilməsi uçun məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edilən məsələ ilə bağlı iddiaçı ilk əvvəl Abşeron Rayon məhkəməsinə müraciət etmiş, müvafiq məhkəmə onun ərizəsini icraata götürmədən geri qaytarmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçının covid-19 vaksinasiya sertifikatı olmadığına görə məhkəmə prosesinə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi məlumatın verilməsinə baxmayaraq, cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı doğum aktı qeydi bərpa edilməsini və yeni şəhadətnamədə X2 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyəti “Azərbaycanlı” kimi qeyd etmək niyyətindədir.Doğum haqqında şəhadətnamədə düzəlişin edilməsini məhkəmədən tələb etməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (Qeyd:“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı “ 24 ” dekabr 2021-ci il tarixli Qərarı nəzərə alınmaqla son redaksiyası) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə “şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə” dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalanan maddi hüquq normalarından məlum olur ki, VVAQ orqanlarına qarşı verilən iddia tələbinə o halda inzibati məhkəmələr tərəfindən baxılır ki, şəxsin doğumu faktı barədə VVAQ idarəsində məlumat olsun və həmin məlumatın əsasında müvafiq qeydin arparılmasından imtina edilmiş olsun. İddia tələbinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, iddiaçının adına 24 yanvar 1984-cü ildə Bakı şəhəri, Lenin rayonu VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə doğum haqqında akt qeydləri kitabında 114 nömrəsi ilə qeydə alınmışdır. Abşeron rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı 07 yanvar 2022-ci il tarixli 05/Q-20/15 saylı məktubundan məlum olmuşdur ki, VVA reyesterində iddiaçının doğumunun qeydiyyatı barədə məlumat mövcud deyil. Ona görə də iddiaçının doğumu barədə qeydinin bərpa edilməsi üçün onun doğum qeydi faktı müəyyən edilməlidir. Hesab olunur ki, İddiaçı cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi əsasında baxılmalı olan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair iddia ilə ümumi şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı “X2 doğum aktı qeydi bərpa edilməsini və yeni şəhadətnamədə X2 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar