Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1226/2020 04.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X5 iştrakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Şamaxı rayon Şöbəsinə qarşı “maddi zərərə görə təzminatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: X2 yuxarıda qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi məhkəmə tərəfindən araşdırılmış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, yəni iddia tələbinin düzgün formada yazılmaması və bu nöqsanın aradan qaldırılması üçün vaxt təyin edilərək növbəti məhkəmə iclası xx.xx.2020-ci ilə təyin edilmişdir. Lakin göstərilən tarixə iddiaçı məhkəmədə iştrak etməmiş və onun tərəfindən iddia tələbinə dəqiqləşdirilmə verilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd edilən normanın tələbinə görə müəyyən olunur ki, inzibati orqanlara qarşı qaldırılmış maddi zərər tələbinə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid deyil. Hesab olunur ki, qeyd olunan iddia tələbi ilə bağlı iddiaçının mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə iddia tələbini qaldırmaq hüququ var. Məhkəmədə iştrak edən cavabdeh təşkilatın nümayəndəsi və vəkili iddia tələbinin qeyri mümkün hesab edlilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, qeyd olunan iddia tələbi ilə bağlı cavabdeh təşkilatın rəsmi qeydiyyatda olduğu rayonun ümumi məhkəməsində iddia qaldırmaq hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1226/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1226/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver