Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1226/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli 42 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilmiş, Sumqayıt şəhərinin 49-cu məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinə dair, onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının(müqaviləsinin) 18 avqust 2005-ci il tarixdən bağlanmış hesab olunması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli 42 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün onun mülkiyyətinə verilmiş, Sumqayıt şəhərinin 49-cu məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinə dair, onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının(müqaviləsinin) 18 avqust 2005-ci il tarixdən bağlanmış hesab olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin əvvəllərində Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 49-cu məhəlləsi ərazisində faktiki istifadə etdiyi torpaq sahəsinin fədi ev tikintisi üçün həyətyanı sahə kimi mülkiyyətinə verilməsini xahiş etmişdir. iddiaçının müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən qeyd edilən həyətyanı torpaq sahəsinin alqı- satqı qaydasında mülkiyyətinə verilməsinə etiraz edilmədiyi bildirilmiş və torpağın mülkiyyətinə verilməsi məqsədəuyğun sayılmışdır. Bundan sonra iddiaçı tərəfindən torpağın alqı-satqı haqqı olaraq köhnə məzənnə ilə 1500 000 (bir milyon beş yüz min) manat məbləğində pul Sumqayıt şəhər Bələdiyyəsinin hesablaşma hesabına ödənilmiş və bu barədə bələdiyyə tərəfindən ona 26 iyul 2005-ci il tarixli DGM Seriyalı 076743 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Həmin ödəniş əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli (protokol №42) qərarı ilə yuxarıda qeyd olunan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən bələdiyyə qərarı əsasında sözügedən torpaq sahəsi bələdiyyənin Memarlıq və tikinti şöbəsi tərəfindən yerində ölçülərək müvafiq təhkim aktı əsasında iddiaçıya təhvil verilmişdir. Eyni zamanda qeyd edilən torpaq sahəsinin İnşaat Pasportu da Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 22 sentyabr 2003-cü il tarixdə hazırlanaraq 883 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Lakin Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən qeyd edilən dövrdə həmin qərardan irəli gələn hərkətlər iddiaçıya məlum olmayan səbəblərə görə yerinə yetirilməmişdir. Belə ki qanunvericiliyə görə adı çəkilən bələdiyyə qərarının 2ci bəndinin şərtlərinə əsasən bələdiyyə qərarından sonra mülkiyyətə verilmiş torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunmalı və həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyata alınmalı idi. Mən mülkiyyətimə verilmiş torpaq sahəsi üzərində hüquqlarımı dövlət qeydiyyatından keçirmək istəyərkən, məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpağın alqı- satqısı həyata keçirilməmişdir. Bu səbəbdən DƏRDX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində mənə bildirilmişdir ki, torpağın ayrılması barədə sənəd qanunvericiliyə uyğun olmadığından və iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında torpağın alqı-satqısı həyata keçirilmədiyindən torpaq sahəsi onun mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilə bilməz. Ancaq səhhətində yaranmış problemlər ucbatından iddiaçı torpağın sənədləşməsi işlərini başa çatdıra bilməmişdir. Hal-hazırda o, çıxılmaz vəziyyətdə qalmışdır. Hesab edir ki, bununla da onun hüquqları aşkar şəkildə pozulmaqdadır. İddiaçı bunu qanunsuz hesab etdiyindən və hüquqlarını başqa qaydada tanıtdıra bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı özündən asılı olmayan səbəblərə görə hüquq və qanuni mənafelərini həyata keçirə bilmir. O, torpağa görə ödəniş edərək torpağı bələdiyyədən almışdır. İddiaçıya torpaq sahəsi 2005-ci ildə ayrılmışdır. Onun 15 ildən çox istifafə etdiyi və üzərində fərdi yaşayış evini inşa etdirərək yaşadığı torpaq sahəsini bələdiyyədən təkrarən almalı olmağına dair mülahizələr məntiqsiz və əsassızdır. Həmçinin, iddiaçının əldə etdiyi torpaq sahəsi 2005-ci ildə ona ayrıldığından və bələdiyyə tərəfindən verilmiş qərarın bu gün də qüvvədə olduğunu və Sumqayıt şəhər Bələdiyyəsinin də onu mübahisələndirmədiyini nəzərə alaraq, hesab edir ki, yeni qanun normaları bu torpaq sahəsinə münasibətdə tətbiq oluna bilməz və torpaq sahəsi ikinci dəfə mənə satıla bilməz. Onu da qeyd etməyi lazını bilir ki,qeyd edilən torpaq sahəsini açıq hərrac,yaxud müsabiqə yolu ilə Sumqayıt şəhər Bələdiyyəsindən əldə edə biləcəyi barədə mülahizə tamamilə məntiqsizdir. Belə ki,sözügedən həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqmda» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşlann qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,fərdi,kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin müddəalarının təsiri altına düşür. Həmin qanun normalarına bu torpaq sahəsi üzərində 2005-ci ildən iddiaçının mülkiyyət hüququ yaranmışdır.Tələb olunan alqn satqı aktının bağlanmaması isə iddiaçının deyil, aidiyyəti icra hakimiyyəti orqanının və bələdiyyənin təqsiri üzündən baş vermişdir. İddiaçı hüquqi təhsilə malik deyil və qanun normalarında lazımi şəkildə bilmir. Bu səbəbdən hesab edir ki, ondan yeni qiymətlərlə ödənişin tələb edilməsi əsassızdır. Yeni qanun normaları iddiaçıya münasibətdə tətbiq oluna bilməz və yeni qiymətlərlə torpağın ödənişi həyata keçirilə bilməz. Belə ki, iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahəsinə dair hüquq münasibətləri halhazırda qüvvədə olan qanun normaları qəbul edilməmişdən xeyli əvvəl yaranmışdır.Bu səbəbdən iddiaçının yenidən hərrac, yaxud müsabiqə qiymətləri ilə qanuni istifadəsində olan torpağı almağı barədə mülahizələr əsassızdır.Həmçinin,2005-ci ildən inşa edilmiş tikiliyə görə nə Sumqayıt şəhər Bələdiyyəsi,nə də Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi bu günədək hər hansı iddia irəli sürməmiş,torpaq sahəsindən istifadəsinə qarşı hər hansı etirazını bildirməmişlər. Bu səbəbdən hesab edir ki, qeyd edilən torpaq sahəsi və üzərindəki tikiliyə də hüququ tanınmalıdır. Bütün bunları nəzərə alaraq iddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsi üzərində hüquqlarını qanun çərçivəsində qeydiyyatdan keçirə bilmədiyinə görə məhkəməyə müraciət etmək və onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında qeyd edilən həyətyanı torpaq sahəsinə görə alqı-satqı aktının bağlanmış hesab edilməsinin və torpaq sahəsinin mülkiyyətimdə olmasının müəyyən olunmasını xahiş etməyə məcbur olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi,kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlarin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncamverilməsi,həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyənin müstəsna hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət.toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliynin tərkib hissəsi olan «İnsan höquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipliəri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,eiəcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq münasibətinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayıhr. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavdənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razdığa gəldikdə müqavdə bağlanmış sayılır. Həmim Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavdə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavdə bağlanması haqqında təklif(oferta)o zaman verilmiş saydır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Həmin Məcəllənin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept saydır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayn qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə,oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərdən müqavilə şərtlərini yerinə yetirmək(malları yola salmaq,xidmətlər göstərmək,işlər görmək,müvafiq məbləği ödəmək və s.)üçün hərəkətlər etməsi aksept sayılır. Həmin Məcəllənin 409.7-ci maddəsinə əsasən əgər ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə,ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavdə bağlanmış saydır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil eddir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə’min tələblərinə görə göstərilən aidiyyəti icra hakimiyyəti orqanından müvafiq sənədlərin alınması məhz bələdiyyənin vəzifəsidir. Sumqayıt şəhər Bələdiyyəsinin Əsasnamənin tələblərini yerinə yetirməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. İddiaçı 2005-ci ildə qanuni əsaslarla torpaq sahəsini bələdiyyədən almışdır. İddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında adı çəkilən həyətyanı torpaq sahəsinə dair alq-satqı aktı isə 2005-ci ildə faktiki olaraq bağlanılmışdır. On altı (16 il) keçməsinə baxmayaraq yenidən Sumqayıt şəhər İcra Hakimiyyəti memarlıq və Şəhərsalma İdarəsinin 19.03.2020-ci il 09 №li rəyi, ayrılan torpaq sahəsinin kadastr göstərişləri, yerquruluşu planı 0107№li, ********** saylı 10.07.2020-ci il tarixli smeta sənədləri alınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddia tələbinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və alqı-satqı müqaviləsi ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müqavilə öhdəlikləri ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev
Məhkəmə qərarları › İş №2-1(118)-1226/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1226/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver