Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1226/2022 25.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə qarşı “onun xüsusi mülkiyyətində olan Xızı rayon, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Xızı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinə verilməsi barədə qərarın ləğv edilməsini, mülkiyyətində olan torpaq sahəsinin Xızı rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq yaşıllıq aparıldığı üçün və mülkiyyətindən məhrum edildiyi üçün 800.000 manat kompensasiya tutularaq ona ödənilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “onun xüsusi mülkiyyətində olan Xızı rayon, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Xızı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinə verilməsi barədə qərarın ləğv edilməsini, mülkiyyətində olan torpaq sahəsinin Xızı rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq yaşıllıq aparıldığı üçün və mülkiyyətindən məhrum edildiyi üçün 800.000 manat kompensasiya tutularaq ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xızı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya istifadə hüququ ilə 5.00 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Xızı rayon Giləzi kəndi ərazisində yerləşir və həmin torpaq sahəsi iddiaçı tərəfindən özəlləşdirlərək müvafiq çıxarış alınmışdır. 2012-ci ildə mülkiyyətində olan torpaq sahəsini Xızı İcra hakimiyyətinin Yaşıllaşdırma idarəsi tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində yaşıllaşdırma adı altında zəbt edilərək ağac əkilmişdir. Rəsmi olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini yəni 5 hektarın hamısını cavabdeh tərəfindən zəbt edilərək ağac əkilmişdir və faktiki olaraq onun həmin torpaq sahəsindən istifadəsi məhdudlaşdılmışdır və onun dövlət orqanlarına müraciətinə baxmayaraq mülkiyyət hüququ kobudcasına pozulmaqda davam edilmişdir. Azərbaycan Respublikasında elə bir dövlət qurumu qalmamışdır ki, iddiaçı Xızı rayon İcra hakimiyyətinin qanunsuz hərəkətindən şikayət eləməmiş olsun, ancaq Xızı İcra hakimiyyətinə heçnə deyilməmişdir. O, müxtəlif vaxtlarda Xızı icra hakimiyyətinə və Yaşıllıq idarəsinə qanunsuz hərəkətinin dayandılmasını tələb etməyinə baxmayaraq cavabdeh öz işini davam etmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətindən durmadan dövlət qurumlarına şikayətlər etmişdir, ancaq hüquqları pozulmaqda davam olunmuşdur. Onun mülkiyyətçi olaraq bu günkü günə kimi gözləsinə səbəb Xızı İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən ona başqa ərazidən həmin ölçüdə torpaq sahəsinin ayrılmasına söz vermələri olmuşdur. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alman torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Maddə 247. Dövlət ehtiyacları üçün satın alınan torpaq sahəsinin satınalma qiyməti Dövlət ehtiyacları üçün alman torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. Satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir. Mülkiyyətçi ilə razılaşmaya əsasən ona dövlət ehtiyacları üçün alınan sahənin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər. Maddə 248. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddianın verilməsi 248.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarı ilə və ya satınalma qiyməti ilə razı olmadıqda bu barədə məhkəməyə müraciət edə bilər. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarından məhkəməyə şikayət verildikdə, bu Məcəllənin 246.4-cü maddəsində nəzərdə tutulan müddətlərin axımı dayandırılır. 248.2. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3-cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən bir il ərzində verilə bilər. Maddə 249. Dövlət ehtiyacları üçün alınmalı torpaq sahəsi mülkiyyətçisinin hüquqları 249.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi sahənin alınması haqqında bu Məcəllənin 246.1-ci maddəsinə müvafiq qərar qəbul edildiyi andan bu Məcəllənin 246.4-cü maddəsinə əsasən sahəni azad edənə qədər sahəyə sahibliyi və ondan təyinatına uyğun istifadəni həyata keçirə bilər. 249.2. Torpaq sahəsinin satınalma qiymətinin müəyyənləşdirildiyi dövrdə sahədə yeni binaların və qurğuların tikintisi, köhnələrinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı məsrəflərin və zərərin mülkiyyətçiyə aid edilməsi riski onun üzərinə düşür. İddiaçı bildirir ki, ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Xızı rayon, Giləzi kəndə ərazisində ayrılmış 5 hektar torpaq sahəsinə mülkiyyət hüququ Xızı rayon İcra hakimiyyəti tərəfindən pozulmuşdur və həmin torpaq sahəsinin qanunsuz olaraq vəzifəli şəxs tərəfindən zəbt edildiyi üçün o, həmin torpaq sahəsindən isdifadə edə bilmir və nəticədə əldən çıxmış fayda tələb etmək hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 hüquqi yardım edilmiş hüquq müdafiə vasitələri izah edilmiş, iddiaçının nümayəndəsi müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, ərizədə cavabdeh şəxs düzgün göstərilmədiyindən iddia rədd edilməlidir. Belə ki, Xızı rayonunun Yaşma-Sitalçay-Giləzi yaşayış məntəqələri istiqamətində Bakı-Quba magistral avtomobil yolu boyunca yaşıllıq zolaqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu’ Açıq Səhmdar Cəmiyyəti tərəfindən salınmışdır. Yaşıllıqlar salınarkən rayon İcra Hakimyyətinə bununla bağlı hər hansı müraciət daxil olmamış, rayon İcra Hakimiyyətinin heç bir təklifi, rəyi alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il tarixli 2471 saylı Sərəncamının giriş hissəsində də açıq-aydın yolların istismarında onların mühafizə zolaqlarının yaşıllaşdırılmasmın xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmişdir. Burada diqqət yetirilməli olan əsas məsələ məhz yolların mühafizə zolaqlarının yaşıllaşdınlmasıdır. Yəni yaşıllaşdırma aparılan ərazi mühafizə zolaqlarından kənara çıxmamalıdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşıllaşdırma aparılan ərazilərin mövcud vəziyyəti araşdırılmadan yaşıllaşdırma işləri aparılmış, bununla da qanunvericiliyin tələblərini və vətəndaşların mülkiyyət hüquqlarını pozaraq onlara maddi və mənəvi ziyan vurmuşdur. Bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına səbəb olmuşdur. Hələ 2013-cü ildə yerlərdə keçirilən səyyar görüş-qəbullar zamanı sakinlər problemin həlli ilə bağlı konkret tədbirlər görülməsini tələb etmiş, bununla bağlı araşdırma aparılan zaman sakinlərə məxsus pay torpaqlarında yaşıllıqların salınması faktı təsdiqini tapdığından, Xızı Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 22 iyul 2013-cü il tarixli 425 saylı məktubla müraciət edilərək vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə bağlı konkret tədbirlər görülməsi xahiş edilsə də bu günədək məsələnin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməriin 3.1.3-cü bəndinə əsasən müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin və həyata keçirilməsinin, mülkiyyətin və ictimai asayişin qorunmasının təmin edilməsi yerli icra hakimiyyətləri başçılarının vəzifələrinə aid olduğundan müəssisənin tabe olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xızı Rayon İcra Hakimiyyətinin 17 noyabr 2014-cü il tarixli 869 saylı məktubu ilə təkrar müraciət edilərək Azərbaycan Yaşıllaşdırma və X6 Səhmdar Cəmiyyətinin qanunsuz hərəkətlərinə son qoyulması, vətəndaşların mülkiyyət hüquqlarının bərpası istiqamətində təsirli tədbirlər görülməsi bir daha xahiş edilmişdir. Eyni zamanda Xızı Rayon İcra Hakimiyyətinin 20 noyabr 2014-cü il tarixli 885 saylı məktubu ilə ‘Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu’ Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir, lakin hələ də problemin müsbət həlli istiqamətində heç bir əməli tədbir görülməmişdir. Xızı Rayon İcra Hakimiyyətinin 2013-2014-cü illər üçün göndərilən sənədlərinin Xızı rayonu Dövlət Arxivi tərəfindən utilizasiyası aparıldığından yuxarıda qeyd olunan 425, 869 və 885 saylı məktublann etiraza əlavə edilməsi mümkün olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya Nazirliyi tərəfindən 4/322-01-24 saylı, 04 fevral 2022-d ii tarixli məktubla Xızı rayon İcra Hakimiyyətinə müraciət edilərək Xızı rayonunun inzibati ərazisində (Bakı-Quba magistral avtomobil yolu boyunca) ‘Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu’ Açıq Səhmdar Cəmiyyəti tərəfindən 303 ha sahədə salınmış yaşıllıqların xidməti heyəti və saxlanma xərcləri ilə birlikdə rayon İcra Hakimiyyətinin müvafiq qurumuna təhvil verilməsinə münasibət bildirilməsi xahiş edilmiş, lakin Rayon İcra Hakimiyyətinin 01 mart 2022-ci il tarixli, 107 saylı cavab məktubunda həmin yaşıllıqların əhalinin pay torpaq sahələrinin bir hissəsi zəbt edilməklə salındığı və bu səbəbdən gələcəkdə vətəndaşlarla yarana biləcək torpaq mübahisələrini və digər məsələləri nəzərə alaraq 303 ha sahədə salınmış yaşıllıqların rayon İcra Hakimiyyətinin müvafiq qurumuna təhvil verilməsi məqsədə uyğun hesab edilməmişdir (məktubların surəti əlavə olunur). Yuxarıda qeyd olunanlar Xızı rayonunun Yaşma-Sitalçay-Giləzi yaşayış məntəqələri istiqamətində Bakı-Quba magistral avtomobil yolu boyunca yaşıllıq zolaqlannın Xızı Rayon İcra Hakimiyyəti tərəfindən salınmadığını bir daha sübut edir, ümumiyyətə rayon İcra Hakimiyyətinin tərkibində ərizədə qeyd olunan Yaşıllaşdırma İdarəsi adında müəssisə mövcud deyil. Buna baxmayaraq rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının qorunması istiqamətində müəyyən addımalar atılaraq dəfələrlə bir başa cavabdeh olan aidiyyəti qurumlara müraciətlər olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Lakin iddia ərizəsində nəinki belə faktlar, ümumiyyətlə cavabdeh şəxsin Xızı Rayon İcra Hakimiyyəti olmasını təsdiq edən sübutlar belə mövcud deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia tələbi ilə iddiaçı onun xüsusi mülkiyyətində olan Xızı rayon, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Xızı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinə verilməsi barədə qərarın ləğv edilməsini, mülkiyyətində olan torpaq sahəsinin Xızı rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq yaşıllıq aparıldığı üçün və mülkiyyətindən məhrum edildiyi üçün 800.000 manat kompensasiya tutularaq ona ödənilməsini istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının eyni tələblə ilkin olaraq inzibati orqana müraciəti iş materialları ilə müəyyən olunmamışdır. Cavabdehin 23 may 2019-cu il tarixli 322 saylı imtina məktubundan görsənir ki, müraciət mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı olmuş, ziyana görə kompensasiya tələbi ilə bağlı olmamışdır. İddiaçı eyni zamanda onun xüsusi mülkiyyətində olan Xızı rayon, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Xızı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinə verilməsi barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Lakin bu cür bir qərarın mövcudluğu ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddia ərizəsindən görsənir ki, iddiaçı torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması ilə bağlı müvafiq normalara istinad etmişdir. Lakin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması ilə bağlı inzibati aktın qəbul edilməsi isə müəyyən edilmir. Bu halda isə mübahisə predmeti olan torpaq sahəsi hazırdada iddiaçının mülkiyyəti kimi qəbul edilir və bu halda mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə ediməsi istisna edilmir. Eyni zamanda cavabdeh inzibati orqanın etirazından və iddiaçının inzibati orqanlara müraciətlərinin cavablarından görsənir ki, torpaq sahəsində yaşıllaşdırma işlərinin kimlər tərəfindən aparılmasıda mübahisəlidir. Bu halda iddiaçı torpaq sahəsindən istifadə imkanlarını nəzərə alaraq müxtəlif tələblərlə mülki məhkəmə icraatı qaydasında olan hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Torpaq sahəsinin onun mülkiyyətində qaldığı, dövlət ehtiyacları üçün geri alınma olmadığı halda isə iddianın uğurluluq ehtiamalını nəzərə alaraq, ilikn olaraq cavabdeh olmalı inzibati orqanı müəyyən etməli və istədiyi ziyanla bağlı kompensasiya tələbini həmin orqana yönətməli, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, inzibati məhkəməyə müraciət etməlidir. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1226/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1226/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver