Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1232/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Xaçmaz rayonu Qalagani kəndində yaşayan) Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası DİN X7 İdarəsində baş inspektor işləyən, Bakı şəhəri, Ş.Mehdiyev küçəsi 1054, mənzil 192-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1990- 1992-ci illərdə daxili işlər orqanlarında xidmət etmiş, Xaçmaz rayon Mühafizə bölməsində polis nəfəri işləmişdir. Xidmət dövründə 1992-ci ilin mart ayında döyüşlərdə iştirak etmək üçün 13-15 nəfər polis əməkdaşları Şuşaya ezam edilmişlər. 15 ya 18 gün döyüşlərdə iştirak etdikdən sonra yenidən Xaçmaz rayonuna xidmətə qaytarılmışlar. O, «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün X4 müraciət etmişdir. Bu zaman Xaçmaz rayon Mühafizə bölməsi tərəfindən ona verilmiş 28.06.2006-cı il tarixli arayışı da əlavə etmişdir. Lakin nazirliyin X7 İdarəsinin 12.02.2021-ci il tarixli məktubu ilə ona cavab verilmişdir ki, adı çəkilən 26 mart 1992-ci il tarixli 37 saylı əmrdə onun adı qeyd edilmədiyi üçün ona veteran adı və vəsiqəsi verilə bilməz. Bununla bağlı iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izah etdi ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 28.06.2021-ci il tarixli 012-17938-1219 nömrəli arxiv arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı qeydə alınmamışdır. Bununla yanaşı DİN-ə daxil olmuş müraciətlərində döyüş əməliyyatları gedən bölgəyə ezam olunmasının əsası kimi qeyd etdiyi Xaçmaz Rayon Polis Şöbəsinin 26.03.1992-cil tarixli 37 nömrəli əmrində vətəndaş İddiaçı adının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən sabiq polis əməkdaşı İddiaçı“Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan : -Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Xaçmaz rayon Mühafizə Şöbəsinin 25 saylı 17.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Xaçmaz rayon Mühafizə Bölməsində 25.04.1990-cı ildən 21.11.1992-ci ilə qədər polis nəfəri vəzifəsində işləmişdir. - DİN Baş Mühafizə İdarəsi Xaçmaz rayon Mühafizə Bölməsinin 28.06.2006-cı il tarixli 25 saylı arayışdan görünür ki, İddiaçı Xaçmaz rayon Mühafizə Bölməsində 25.04.1990-cı ildən 21.11.1992-ci ilə qədər polis nəfəri vəzifəsində işləmişdir. 26 mart 1992ci il tarixdə (Xaçmaz RPŞ-nin 37 saylı əmrinə əsasən) Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. - Məhkəmənin sorğusuna əsasən X7 İdarəsi 024-1803-1221 saylı 30.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Xaçmaz rayon Mühafizə Bölməsində 25.04.1990-cı ildən 21.11.1992-ci ilə qədər polis nəfəri vəzifəsində işləmişdir. Lakin İddiaçı Qarabağ müharibəsində iştirakı barədə Xaçmza rayon Mühafizə Şöbəsində heç bir məlumat yoxdur. - Məhkəmənin sorğusuna əsasən AR DİN Baş Mühafizə İdarəsi tərəfindən verilmiş 26.08.2021-ci il tarixli 038-18638-1221 nömrəli cavab məktubundan görünür ki, aparılmış araşdırma (AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilmiş sorğu) nəticəsində İddiaçı 1992-ci ilin mart ayında Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etmək üçün Şuşaya ezamiyyət göndərilməsi barədə məlumat və müvafiq əmrlər aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübut kimi Xaçmaz rayon Mühafizə Bölməsinin 28 iyun 2006-cı il tarixli 28 saylı arayışın kserosurətini təqdim edtmişdir. Bundan sonra iddiaçının özü tərəfindən və məhkəmə tərəfindən edilən sorğular müsbət cavab verməmişdir. Məhkəmə hesab edir i, iddiaçının təqdim etdiyi həmin kserosurət olan arayış ona müharibə vetertanı adı və vəsiqəsinin verilməsi üçün əsas deyildir və mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzinbati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1232/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1232/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver