Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1232/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Bakı-Quba-Rusiya yolunun Xızı rayon ərazisindən keçən hissəsində yolun kənarında yerləşən 3.5 hektar torpaq sahəsində əkilmiş 1156 ədəd zeytun, 851 ədəd eldar şamı, 124 ədəd qara şam, 223 ədəd sərv, 136 ədəd tuya, 1097 ədəd akasiya, 866 ədəd göyrüş, 345 ədəd söyüd, 285 ədəd qovaq, 87 ədəd nar, 134 ədəd oleandr olmaqla cəmi 5864 ədəd ağac və kol bitkilərinin cavabdehin hesabına başqa ünvana köçürülməsi, mümkün olmadığı təqdirdə iddiaçıya aid torpaq sahəsinin digər alternativ torpaq sahəsi ilə və ya müvaffıq kompensasiya ilə əvəz olunmasını, ona dəymiş maddi ziyana görə 42000 manat məbləğində pulun tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində anadan olmuşdur. İddiaçı ailəsi ilə birlikdə Xızı rayonu Giləzi qəsəbəsində yaşayır. Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli qərarı ilə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində 3.50 ha ölçüdə kənd təsərüfatı təyinatlı torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən iddiaçıya verilmiş və həmin torpaq sahəsi paylı mülkiyyət olmaqla 26 fevral 1999-cu il tarixli İN 194, kod 30603015 olan Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan Dövlət aktı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququları tanınmışdır. Torpaq sahəsinin ölçüləri müəyyən olunmuş dövlət aktı və hər bir ailə üzvünə 0.5 ha olmaqla ümumilikdə 3.50 hektardan ibarət olmuşdur. Lakin neçə ildir ki, onlar həmin torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən də onların mülkiyyət hüquqları kobudca pozulmuşdur. Belə ki onların mülkiyyətlərində olan torpaq sahəsi Bakı- Quba - Rusiya yolunun Xızı rayon ərazisindən keçən hissəsində yolun kənarında yerləşir. Sözügedən torpaq sahəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Yaşıllaşdırma İdarəsi 1156 ədəd zeytun, 851 ədəd eldar şamı, 124 ədəd qara şanı, 223 ədəd sərv, 136 ədəd tuya, 1097 ədəd akasiya, 866 ədəd göyrüş, 345 ədəd söyüd, 285 ədəd qovaq, 87 ədəd nar, 134 ədəd oleandr olmaqla cəmi 5864 ədəd ağaclar əkmiş, meşəlik ərazi salmışdır. Bu barədə dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qrumlarına müraciət etmişdir. Lakin iddiaçıya həmin torpaq sahəsində 2010-cu il tarixdən 5864 ədəd ağac və kol bitkiləri becərildiyini və köçürülmələrinin qeyrimümkün olduğu bildirilmişdir. Həmin ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Xızı rayonu İcra Hakimiyyətinə, Xızı rayon X6 müraciət etmələri tövsiyə olunmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, yaşıllıqların salınması torpaq üzərində mülkiyyət hüquqlarını pozmur. İddiaçı torpaqdan istifadə edə bilmir, heç bir fayda, gəlir əldə edə bilmir. Bununla da kifayət qədər gəlir əldə etməkdən məhrum olunmuşdur. Ümumiyyətlə iddiaçı və ailəsinə verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Həmin ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Xızı rayonu İcra Hakimiyyətinə, Xızı rayon Giləzi bələdiyyəsinə müraciət etmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəz edilməsi qanunvericiliklə səlahiyyətləri xaricindədir. Mübahisənin həlli üçün ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, kompensasiyanın ödənilməsi onların səlahiyyətlərinə aid deyil. Boş qalmış sahələrdə yaşıllaşma aparılmışdır. Həmin ərazilərə onlar xidmət edirlər. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hər il zeytun ağaclarının məhsulu onlar tərəfindən yığılaraq satılır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçı özünün və ailə üzvlərinin mülkiyyətində olan Bakı-Quba-Rusiya yolunun Xızı rayon ərazisindən keçən hissəsində yolun kənarında yerləşən 3.5 hektar torpaq sahəsində əkilmiş 1156 ədəd zeytun, 851 ədəd eldar şamı, 124 ədəd qara şam, 223 ədəd sərv, 136 ədəd tuya, 1097 ədəd akasiya, 866 ədəd göyrüş, 345 ədəd söyüd, 285 ədəd qovaq, 87 ədəd nar, 134 ədəd oleandr olmaqla cəmi 5864 ədəd ağac və kol bitkilərinin cavabdehin hesabına başqa ünvana köçürülməsi, mümkün olmadığı təqdirdə iddiaçıya aid torpaq sahəsinin digər alternativ torpaq sahəsi ilə və ya müvafiq kompensasiya ilə əvəz olunmasını, ona dəymiş maddi ziyana görə 42000 manat məbləğində pulun tutulmasını istəyir. İş materiallarından görsənir ki, iddiaçının müxtəlif orqanlara müraciətləri olmuş və müvafiq olaraq cavablar verilmişdir. Cavabdehin 05 sentyabr 2022-ci il tarixli, 24/99-016 saylı məktubunda qeyd edilir ki, araşdırma zamanı təqdim edilmiş sənəddə göstərilən koordinatlar “GARMİN” markalı əl GPS aparatı vasitəsi ilə naturaya köçürülmüş və məlum olmuşdur ki, iddia edilmiş 3.5 hektar ərazisi Bakı-Quba magistral avtomobil yolunun 80-ci km-də sağ tərəfdə (Xəzər dənizinə tərəf) yerləşir və 5 saylı Yaşıllaşdırma idarəsinin xidməti ərazisinə aiddir. Yaşıllıqlar magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılmasına dair ölkə başçısının tapşırıqlarına əsasən Xızı RİH-nin 56 saylı 03 iyun 2002-ci il tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə salınmış və ərazidə hal-hazırda müxtəlif yaşda və ölçüdə 1156 ədəd zeytun, 851 ədəd eldar şamı, 124 ədəd qara şam, 223 ədəd sərv, 136 ədəd tuya, 1097 ədəd akasiya, 866 ədəd göyrüş, 345 ədəd söyüd, 285 ədəd qovaq, 87 ədəd nar, 134 ədəd oleandr olmaqla, cəmi 5864 ədəd ağac və kol bitkiləri becərilir. Ərazi damcılı suvarma sistemi ilə təchiz olunmuşdur. Yuxarıda göstərilənləri və eləcə də yaşıllıqların Prezident fərmanları və Dövlət Proqramları əsasında salındığını, onların əhəmiyyətini və daşıdıqları funksiyaları, köçürülmələrin qeyri mümkün olduğunu nəzərə alaraq iddia etdikləri yaşıllıq salınmış ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Xızı Rayon İcra Hakimiyyətinə və X6 müraciət etmələri tövsiyyə olunur. Eyni zamanda bildirirlər ki, yaşıllıqların salınması torpağın kənd təsərrüfatı təyinatını dəyişmədiyinə görə iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarını pozmur. Xızı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 468 saylı məktubunda qeyd edilmişdir ki, Aqrar islahat Xızı rayonunda 1996-1998-ci illərdə aparılmış və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Xızı Rayon İcra Hakimiyyətinin 03 iyun 2002-ci il tarixli 56 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ekoloji vəziyyətini nəzərə alaraq Bakı-Quba, Yaşma- Qasımkənd, Giləzi-Xəfənc yolunun sağ və sol tərəfində və Giləzi-Şurabad dəniz sahili qumluq ərazisindən 6 min hektar dövlət mülkiyyətinə aid olan torpaqlarda yeni meşə və yaşıllıqların salınması məqsədilə təsdiq edilmişdir. Torpaq məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvüfiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmələr baxır ki, iddiaçıya verilmiş bu hüquqdan istifadə edərək məsələnin həlli üçün mövcud qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunur. Xızı rayon Giləzi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 23 saylı məktubunda qeyd edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəz edilməsi qanunvericiliklə Giləzi bələdiyyəsinin səlahiyyətləri xaricindədir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbi müxtəlif olmaqla konkret deyildir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı torpaq sahəsindən istifadə imkanının yaradılmasını, bu mümkün olmadıqda iddiaçıya aid torpaq sahəsinin digər alternativ torpaq sahəsi ilə əvəz edilməsini və ya müvafiq kompensasiya ödənilməsini istədiyini bildirmiş və iddiaya baxılmasını istəmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan konkret tələb irəli sürülə bilər. Hazırkı işdə cavabdeh inzibati orqan deyil, eyni zamanda tələbdə konkret deyildir. İddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. İş materiallarından görsənir ki, mübahisə predmeti təkil edən torpaq sahəsi iddiaçının paylı mülkiyyətindədir və həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması halı mövcud deyil və eyni zamanda cavabdeh orqan inzibati orqan olmamaqla bərabər, ona torpaqların dövlət ehtiyacları üçün geri alınması səlahiyyətidə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Ona görədə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Bakı-Quba-Rusiya yolunun Xızı rayon ərazisindən keçən hissəsində yolun kənarında yerləşən 3.5 hektar torpaq sahəsində əkilmiş 1156 ədəd zeytun, 851 ədəd eldar şamı, 124 ədəd qara şam, 223 ədəd sərv, 136 ədəd tuya, 1097 ədəd akasiya, 866 ədəd göyrüş, 345 ədəd söyüd, 285 ədəd qovaq, 87 ədəd nar, 134 ədəd oleandr olmaqla cəmi 5864 ədəd ağac və kol bitkilərinin cavabdehin hesabına başqa ünvana köçürülməsi” tələbi mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Eyni zamanda məhkəmə iclasında iddiaçıya izah edilmişdir ki, bağ sahəsində yetişən məhsullardan istifadəsi edilməsi tələbləri, eyni zamanda mülki qanunvericilikdə nəzərdə tutulmuş zayanla bağlı tələbləri və mülki qanunvericilikdə nəzərdə tutulmuş digər tələbləri mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. Nəzərə alandakı hazırda mübahisə edilən ərazidə 5864 ədəd ağaclar əkilmiş, meşəlik ərazi salınmışdır və həmən ərazi iddiaçının mülkiyyətindədir, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə daha əlverişli hesab edilə bilər. Eyni zamanda məhkəmə onuda qeyd edir ki, iddiaçının iradəsi ona yönəlmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsindəki ağac və kol bitkilərinin cavabdehin hesabına başqa ünvana köçürülməsi mümkün olmadıqda, iddiaçıya aid torpaq sahəsinin digər alternativ torpaq sahəsi ilə əvəz edilsin və ya ona müvafiq kompensasiya ödənilsin. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin digər alternativ torpaq sahəsi ilə əvəz edilməsi cavabdehin səlahiyyətində olan məsələ deyil. Bu tələbin başqa səlahiyyətli orqanlara yönəlməsi üçün isə hüquqi əsas olmalıdır. Hazırda iddiaçının mülkiyyətində torpaq sahəsi olduğuna görə bu cür tələblər məhkəmə qaydasında yox inzibati orqanların diskression səlahiyyətlərindən istifadə edilərək məhkəmədənkənar qaydada həll edilə bilər. İnzibati məhkəmə icraatı qaydasında ziyana görə kompensasiya tələbi isə inzibati orqandan tələb edildiyi zaman, ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməlidir. Bu cür tələblərdə sübutetmə yükü iddiaçı tərəfdə olduğuna görə ziyanı vuran inzibati orqanın düzgün müəyyən edilməsi vacib əhəmiyyət daşıyır. Ziyan vuran orqan inzibati orqan deyilsə, ziyanla bağlı tələb mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə tələb edilə bilər. Hazırkı halda cavabdeh orqan inzibati orqan deyil, inzibati akt qəbul etmək, torpaq sahələrinin dövlət ehtiyacları üçün geri almaq səlahiyyəti verilməmişdir, eyni zamanda kompensasiya ilə bağlı müraciətdə edilməmişdir. Göründüyü kimi hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsini mümkün edən əsaslar mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun pozulması açıq-aydın görsənsədə, iddiaçı əlverişli hüquq müdafiə vasitələrindən istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, dövlət torpaqlarında meşə və yaşıllaşdırma zonalarının salınması ilə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin müxtəlif məqsədlərlə istifadəsi tamamilə fərqli məsələlərdir. İddiaçıya verilən cavablarda qeyd edilir ki, Xızı Rayon İcra Hakimiyyətinin 03 iyun 2002-ci il tarixli 56 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ekoloji vəziyyətini nəzərə alaraq Bakı-Quba, Yaşma- Qasımkənd, Giləzi-Xəfənc yolunun sağ və sol tərəfində və Giləzi-Şurabad dəniz sahili qumluq ərazisindən 6 min hektar dövlət mülkiyyətinə aid olan torpaqlarda yeni meşə və yaşıllıqların salınması məqsədilə təsdiq edilmişdir. Göründüyü kimi torpaqların dövlət ehtiyacları üçün geri alınması ilə bağlı bir qərarın olması müəyyən olunmur. Məhkəmə hesdab edir ki, dövlət etiyacları üçün torpaq sahələrinin geri alınması halı yoxdursa, mülki məhkəmə icraatı qaydasında olan tələblərin uğurluluq ehtimalı daha yüksək görsənir. Bu halda işə hansı məhkəmədə baxılmasından asılı olmayaraq kompensasiya formasında torpağın dəyəri yox, torpağa sahiblik imkanlarının məhdudlaşdırılması ilə bağlı yaranan və mülki qanunvericilikdə müəyyən edilmiş hüquqlardan meydana gələn tələblər irəli sürülə bilər. İndiyə qədər formalaşmış məhkəmə təcrübəsini nəzərə alanda, cavabdehin inzibati orqan olub-olmaması işə mülki məhkəmə icraatı qaydasında vəya inzibati məhkəmə icraatı qaydasında baxılmasını müəyyən etsədə, hər bir halda məhkəmə hesab edir ki, torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması halı yoxdursa, bu kateqoriya tələblər ancaq mülki qanunvericilikdən irəli gələn hüquqlar əsasında formalaşa bilər. Məhkəmə hesab edir ki, cavbdehin orqanın və müvafiq tələbin, eyni zamanda məhkəmə aidiyyətinin düzgün seçilməsi iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından vacib əhəmiyyət daşıyır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanlardan ziyana görə kompensasiya tələbi formasında hüquq müdafiə vasitəsinin seçilməsi halında, hazırkı iş üzrə torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması halı olmadığını və sübut etmə vəzifəsinin iddiaçıya aid olmasını nəzərə alanda, cavabdeh inzibati orqanın düzgün müəyyən edilməsi iddianın uğurluluq ehtimalı baxımından vacib əhəmiyyət daşıyır. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun pozulması açıqaydın görsənsədə, iddiaçı əlverişli hüquq müdafiə vasitələrindən istifadə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənlərə uyğun olaraq müxtəlif hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1232/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1232/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver