Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1233/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (Kredo Vəkil Bürosunda fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında yaşayan), İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı üçüncü şəxs X4 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X4 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1-də yerləşən 71 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzil 25 yanvar 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. X2 09 avqust 2018-ci il tarixdə onun mənzilində pasport qeydiyyatına alınmışdır. Lakin həmin şəxs heç vaxt sözügedən mənzildə yaşamamış və qeydiyyatı formal xarakter daşımışdır. İddiaçı X5 qarşı yaşayış mənzilində istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X4 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzildə istifadə hüququn olmaması, eyni zamanda müvafiq icra orqanlarına müraciət etməyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, X4 ona məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə onun müraciətinə cavab verməmişdir. X4 onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun həmin mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 25.01.2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzildə qeydiyyatdadır. -Abşeron rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(012)-1862/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzilində istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddiası rədd edilmişdir. Qətnamənin əsaslanıdrma hissəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən X4 iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. mövcud olmayan hüququn məhkəmə qaydasnda mövcud olmayan hesab edilməi üçün maddi hüquq normalarına uyğun qiymətləndirilməsi mümkün olmalıdır. -iddiaçının cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciətindən görünür ki, o, Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehə müraciət edərək X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə idiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Lakin üçüncü şəxsin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzilə hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X4 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, ev 1, 71 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1233/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1233/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver