Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1234/2021 04.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 oğlunun katibliyi ilə İddiaçı X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdehnə qarşı “Cavabdeh imtinasının qanunsuz hesab edilərək, 1994-cü ildən faktiki sahiblik və istifadəsində olan Türkan qəsəbəsində yerləşən 5.4 ha torpaq sahəsinin onun icarəsinə verilməsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Cavabdeh imtinasının qanunsuz hesab edilərək, 1994-cü ildən faktiki sahiblik və istifadəsində olan Türkan qəsəbəsində yerləşən 5.4 ha torpaq sahəsinin onun icarəsinə verilməsinin cavabdehin üzərinə qoyulmasını” məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur və 1990cı ildən Bakı şəhəri, Türkan qəsəbəsində yaşayır. Türkan qəsəbəsində yerləşən 5,4 ha torpaq sahəsini 1994-cü ildə daşlardan və kollardan təmizləyərək, lazımi yerlərinə münbit torpaq və peyin tökərək əkinə tam yararlı hala gətirmişdir. Bunun üçün külli miqdarda pul xərcləmişdir. Həmin vaxtdan mübahisəsiz qaydada həmin əkinçilik təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə və sahiblik edir . O, əkinə yararlı vəziyyətə gətirdiyi, faktiki istifadə və sahibliyində olan 5,4 ha torpaq sahəsinin rəsmi icarəsinə verilməsi barədə Cavabdehnə dəfələrlə rəsmi və qeyri rəsmi şəkildə müraciət etmişdir, lakin faktiki istifadə və sahibliyində olan torpaq sahəsini rəsmi icarəsinə verilməsini rəsmiləşdirməkdən müxtəlif bəhanələr göstərilərək yayınırlar. Sonuncu dəfə rəsmi müraciətinə Abşeron rayon İHB-nın müavini İ.Quliyevin 08.04.2021-ci il tarixli 659 saylı cavab məktubu ilə iddiaçıya həmin torpaq sahəsinin icarəyə verilməsindən imtina edilmişdir. Abşeron rayon İHB-nın müavini İ.Quliyevin 08.04.2021-ci il tarixli 659 saylı cavab məktubunda göstərilir ki, ərizədə qeyd edilən torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonunun idarəçiliyində olan torpaqların hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin Bakı şəhər İcra hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar məsələ qaldırıldığı və aidiyyatlı dövlət orqanları tərəfindən müvafiq yerquruşu işləri aparıldığı üçün həmin ərazidəki torpaq sahəsinin icarəyə verilməsi barədə müraciətlərin təmin olunması müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə dövlət torpaq sahələsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edə bilər.Axırıncı halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir. Beləliklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadəsiz saxlanılmamalıdır və 1994-cü ildən faktiki sahiblik və istifadəsində olan 5,4 ha torpaq sahəsinin icarəsinə verilməsinin rəsmiləşdirilməsi barədə müraciətinə cavabdeh Abşeron Rayon İcra Hakimiyyətə tərəfindən imtina edilməsi qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasındsa iddiçı X1 nümayəndəsi və vəkili X3 iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən Cavabdeh sərəncamında olan keçmiş sovxozların istifadəsində olmuş torpaq sahəslərinin bir qismi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Qalan ərazilərin də Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar Cavabdeh tərəfindən məsələ qaldırılmışdır və Nazirlər Kabineti tərəfindən məsələ ilə əlaqədar 2020-ci ildə xüsusi komissiya yaradılmışdır. Hazırda həmin komissiya tərəfindən inventarizasiya işləri həyata keçirilir və həmin işlər başa çatdıqdan sonra qərar qəbul olunacaqdır. Yuxarıda qeyd olunan səbəbdən Bakı şəhərinin inzibati ərazisində yerləşən Abşeron rayonunun keçmiş sovxozlarının ərazilərində yerləşən torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müraciətlərə baxılması müvəqqəti dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarınıb araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən əsaslıdır. Beləki, iddiaçı 1994-cü ildən faktiki sahiblik və istifadəsində olan Türkan qəsəbəsində yerləşən Cavabdeh idarəçiliyində olan 5.4 ha torpaq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı qərar qəbul edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən Cavabdeh sərəncamında olan keçmiş sovxozların istifadəsində olmuş torpaq sahələrinin bir qismi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Qalan ərazilərin də Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar Cavabdeh tərəfindən məsələ qaldırılmışdır və Nazirlər Kabineti tərəfindən məsələ ilə əlaqədar 2020-ci ildə xüsusi komissiya yaradılmışdır. Hazırda həmin komissiya tərəfindən inventarizasiya işləri həyata keçirilir və həmin işlər başa çatdıqdan sonra qərar qəbul olunacaqdır. Yuxarıda qeyd olunan səbəbdən Bakı şəhərinin inzibati ərazisində yerləşən Abşeron rayonunun keçmiş sovxozlarının ərazilərində yerləşən torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müraciətlərə baxılması müvəqqəti dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçı qeyd edir ki, 1994-cü ildən faktiki sahiblik və istifadəsində olan Türkan qəsəbəsində yerləşən 5.4 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. O, özü də etiraf edir ki, bu günə qədər nə torpaq vergisi, nə də icarə haqqı ödəməmişdir. İddiaçı hazırda həmin torpaq sahəsinin onun icarəsinə verilməsinə istəyir. Cavabdeh inzibati orqan isə səlahiyyətlərinə aid edilməsinə baxmayaraq bu vaxta qədər həmin torpaq sahəsinin istifadəsi ilə maraqlanması, müraciətlə bağlı müvafiq araşdırma aparması ilə bağlı məhkəməyə hər hansı bir məlumat və sübut təqdim etməmişdir. Halbuki İnzibati icraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə əsasən, İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 24.3-cü maddəsinə əsasən, İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunun 24.4-cü maddəsinə əsasənTəqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsaasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Göründüyü kimi mövcud qanunvericilik inzibati orqana diskresion səlahiyyətlər əsasında hərəkət etməyə icazə vermişdir. İnzibati İcraat haqqında Qanunun 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Qanunun 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın diskression səlahiyyətlərinin məqsədi torpaqlardan səmərəli istifadəyə nail olmaqdan ibarət olmalıdır. Cavabdeh qeyd edir ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən Cavabdeh sərəncamında olan keçmiş sovxozların istifadəsində olmuş torpaq sahəslərinin bir qismi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Qalan ərazilərin də Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar Cavabdeh tərəfindən məsələ qaldırılmışdır və Nazirlər Kabineti tərəfindən məsələ ilə əlaqədar 2020-ci ildə xüsusi komissiya yaradılmışdır. Hazırda həmin komissiya tərəfindən inventarizasiya işləri həyata keçirilir və həmin işlər başa çatdıqdan sonra qərar qəbul olunacaqdır. Məhkəmə hesab edir ki, torpaq sahələrinin hansı idarə vahidinin istifadəsində olmasından asılı olmayaraq, müvafiq qurumlar tərəfindən səlahiyyətləri çərçivisində torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməlidir. Lakin cavabdeh inzibati orqan iddiaçının ərizəsində qeyd etdiyi halları araşdırmadan iddiçının müraciətini cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının və cavabdehin qeyd etdiklərini nəzərə alanda konkret qərar qəbul edilməsi mümkün olmadığına görə, məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun olaraq iddiaçının müraciətnə yenidən baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Türkan qəsəbəsində yerləşən 5.4 ha torpaq sahəsinin X1 icarəsinə verilməsinə dair müraciətlə bağlı müvafiq araşdırma aparılmaqla və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən cavab verilməsi öhdəliyi cavabdehin Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Türkan qəsəbəsində yerləşən 5.4 ha torpaq sahəsinin X1 icarəsinə verilməsinə dair müraciətlə bağlı müvafiq araşdırma aparılmaqla və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən cavab verilməsi öhdəliyi cavabdehin Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1234/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1234/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver