Məhkəmə qərarları › İş №2-1(118)-1239/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1239/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1239/2021 22.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndələri X2, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ “Vergi ödəyicisi kimi iddiaçının adına açılmış 21.12.2018-ci il tarixli, ********* nömrəli (VÖEN) şəhadətnamənin etibarsız hesab edilməsi, yaşa görə sosial müavinət hüququnun pozulmasının tanınması, Vergi orqanın qanunsuz qərarı nəticəsində vurulmuş ziyana görə 1559.03 manat kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınca Dövlət Vergi Xidmətnin Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, artıq ödənilmiş hesab edilən 1559,03 manat məbləğində vəsaitin hər ay aylıq pensiya məbləğindən hissə-hissə tutulmasının dayandırılması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ “Vergi ödəyicisi kimi iddiaçının adına açılmış 21.12.2018-ci il tarixli, ********* nömrəli (VÖEN) şəhadətnamənin etibarsız hesab edilməsi, yaşa görə sosial müavinət hüququnun pozulmasının tanınması, Vergi orqanın qanunsuz qərarı nəticəsində vurulmuş ziyana görə 1559.03 manat kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınca Dövlət Vergi Xidmətnin Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, artıq ödənilmiş hesab edilən 1559,03 manat məbləğində vəsaitin hər ay aylıq pensiya məbləğindən hissə-hissə tutulmasının dayandırılması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona, 22.04.2014-cü il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Sosial müavinət aldığı halda vergi orqanları, onu, müraciəti, habelə xəbəri olmadan,Torpaq Mülkiyyətçisi kimi 21.12.2018-ci il tarixdən, 29.01.2020-ci il tarixinə qədər vergi ödəyicisi qismində uçota almışdır. Bu səbəbə görə də sosial müavinəti 29.07.2020-ci il tarixdə dayandırılmış və bu müddət ərzində guya ona əsassz ödənilmiş 1559.03 manat məbləğində sosial müavinət məbləğ, “artıq ödəniş” hesab edilmiş və bu məbləğ, aylıq sosial müavinətindən, hazırda isə 01.01.2021-ci il tarixindən 233.20 manat məbləğində ailə başçısını itirməyə görə ona təyin olunmuş əmək pensiyadan hər ay 43 manat olmaqla hissə-hissə tutularaq geri qaytarılır. Başqa sözlə, yuxarıda qeyd olunduğu kimi yazlı ərizəsi və xəbəri olmadan onun, vergi orqanı tərəfindən vergi ödəyicisi kimi uçota alınmağı səbəbindən Siyəzəndə yerləşən Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 3-saylı Regional ərazi Filialı tərəfindən sosial müavinəti dayandırılmış, bundan sonra “guya fərdi sahibkar kimi əmək fəaliyyəti ilə məşqul olduğu barədə məlumat vermədiyi üçün ona artıq ödənilən 1559,03 manat hazırda mənə təyin olunmuş pensiya məbləğindən hər ay 43 manat olmaqla hissə-hissə tutularaq geri qaytarılır. Vergi orqanının yuxarıda qeyd edilən qanunsuz hərəkətləri barəsində şikayətiə Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona bildirilir ki, guya o, 21.12.2018-ci il tarixdə vergi orqanında ********* nömrəli şəhadətnamə ilə uçota durmuş və fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. Hansı ki, yalnız ona deyil, ailənin ümumi birgə mülkiyyətinə verilmiş bu torpaq sahəsi, o, vergi uçotuna alınmamışdan əvvəl, Dövlət ehtiyacları, yəni avtomobil yolunun tikitisi üçün məcburi alınmaya məruz qalmış və onun, o cümlədən ailənin sahibliyindən çıxmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ona verdiyi cavabı, aşağıda qeyd etdiklərinə əsasən tam yalan və uydurmadır. Əvvəla “Sosial sığorta haqqında” AR Qanunun 13.2-ci maddəsinə əsasən " "Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri ücün (hazırki iş üzrə iddiaçı) uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdivi orqana (quruma) müraciət edir Başqa sözlə, birincisi, 13.2-ci maddəsinin tələbinə görə o, uçota durmaq üçün Vergi orqanına ərizə ilə müraciət etməli idi. Lakin Vergi orqanına belə bir əriza ilə müraciət etməmişəm. Varsa qoy, cavabdeh ərizəni məhkəməyə təqdim etsinlər. İkincisi, 2 saylı Ərazi Vergilər departamenti, vergi ödəyicisi kimi uçota durmaq üçün mərhum əri Ədalət Mayılova gəlmiş 22.08.2019-cu il tarixli bildirirşi əsas tutursa, bu onun uçota durma tarixi ilə uyğun gəlmir, yəni bu müraciət 22.08.2019-cu il tarixinədir, lakin onu 21.12.2018-ci il tarixdə uçota allblar. Bu necə ola bilərdi ki, başqa sözlə onun müraciətdən 8 ay əvvəl necə uçota dura bilərdi. Üçüncüsü, cavabda göstərilir ki,guya mən, vergi orqanında ********* nömrəli şəhadətnamə əsasında uçota durmusam, bəs hardadır o, şəhadətnamə? vergi orqanları həmin şəhadətnaməni ,hazırda tələb etsə də, necə deyərlər nə ölüsünü, nə də dirisini ona niyə təqdim edə bilmir? Habelə Vergi orqanları, “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizənin surətini müraciətim əsasında mənə versələrdə, “Fiziki şəxsin uçota alınması haqqında” ərizəni mənə təqdim edə bilmirlər. Deyirəm ki.uçota durmaq üçün Sizə təqdim etdiyim ərizənin surətini verin mənə, vergi orqanı həmin ərizəni mənə təqdim edə bilmir. Ona görə ki, tərəfindən uçota durmaq üçün o, müvafiq vergi orqanına belə bir ərizə ilə müraciət etməmişdir. Vergi orqanı özbaşına onu vergi uçotuna qoymuşdur. Beləliklə yuxarıda qeyd edilənlərlə, o cümlədən, 2 saylı Ərazi Vergilər departamentinə uçota durmaq üçün hər hansı bir formada müraciət edilmədiyim, yalnız o, qanunsuz özbaşlarına uçota qoyulduğdan 8 ay sonra mərhum ərinə müraciət edilməsi, vergi orqanında uçota durmağım barədə ********* nömrəli şəhadətnamədən xəbərimin olmaması və “Fiziki şəxsin uçota alınması haqqında” ərizənin surətini mənə təqdim edə bilməmələri kimi faktlar sübut edir ki, 2 saylı Ərazi Vergilər departamenti qanunsuzluq edərək, özbaşına onu vergi uçotuna qoyduğlarına görə 22.04.2014-cü il tarixindn yaşa görə təyin edilmiş sosial müavinət, guya o fərdi sahibkar kimi əmək fəaliyyəti ilə məşqul olduğuna və bu barədə aidiyyəti üzrə məlumat vermədiyinə görə ona 1559,03 manat müavinət artıq ödənilmişdir. Habelə bundan əlavə onun könüllü vergi uçotuna durmadığının daha bir möhtəbər sübutu ondan ibarətdir ki, o yaşa görə sosial müavinət aldığı, yaşlı olduğu və yataq xəstəsi olan ərinə baxdığı bir halda hansı marağa görə torpaqla əlləşərək, sahibakarlıqla məşqul olmağı ağıla batmır. Ona görə ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilən arayışdan məlum olur ki, onun uçota durduğu 15.12.2018-ci il tarixdən, 29.01.2020-ci il tarixinə qədər heç bir fəaliyyəti olmamışdır. Buradan görünür ki, onun vergi uçotunda durmağının, yalnız 2 saylı Ərazi Vergilər Baş İdarəsinə xeyri varımış, marağında imiş. Ona görə ki, vergi ödəyicisi kimi uçotda durduğu müddətdə heç bir fəaliyyəti, o cümlədən gəliri olmamışdır. Bəs onda sual olunur? o, nəyə görə yatağda xəstə yatan ərinin müalicə xərcini ödəyə bilmədiyi, habelə sahibkarlıqdan da gəlir əldə edə bilmədiyi bir halda, hər ay ona ödənilən 130 manat müavinətdən imtina etməli idi. Qoy, bu suala 2 saylı Ərazi Vergilər Baş İdarəsinin baş bilənləri vicdanla cavab versinlər və qanunsuz hərəkətləri nəticəsində mənə vurulan ziyan kimi hazırda ondan hissə-hissə tutulan, artıq ödənilmiş hesab edilən 1559,03 manat sosial müavinət məbləğini ona qaytarsınlar. İddiaçı torpaq mülkiyyətçisi olsa belə, müraciəti olmadan o vergi uçotuna alınmamalı idi və bununla da onun sosial müavinətin dayandırılmamalı idi. Beləliklə yuxarıda qeyd edilənlərlə, o cümlədən 2 saylı Ərazi Vergilər departamentinə uçota durmaq üçün heç bir müraciət edilmədiyini, yalnız o qanunsuz özbaşlarına uçota qoyulduğdan 8 ay sonra mərhum ərinə müraciət edilməsi, vergi orqanında uçota durmağı barədə ********* nömrəli şəhadətnamədən xəbərimin olmaması və “Fiziki şəxsin uçota alınması haqqında” ərizənin surətini ona təqdim edə bilməmələri kimi faktlar sübut edir ki, 2 saylı Ərazi Vergilər departamenti qanunsuzluq edərək, özbaşına məni verği uçotuna qoyduğlarına görə 22.04.2014-cü il tarixindn yaşa görə təyin edilmiş sosial müavinət, guya o fərdi sahibkar kimi əmək fəaliyyəti ilə məşğul olduğuna və bu barədə aidiyyəti üzrə məlumat vermədiyinə görə ona 1559,03 manat müavinət artıq ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbinin dəlillərini əsassız hesab edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş dəyişikliklər ilə əlaqədar sosial sığorta üzrə yığım funksiyası Dövlət Vergi Xidmətinə keçmişdir. Dəyişikliklərə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçota alınması zərurətinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2018-ci il ərzində məcburi dövlət sosial sığorta haqqını ödəmiş torpaq mülkiyyətçilərinin siyahısı əldə edilmişdir. Həmin məlumatlar əsasında İddiaçı məcburi dövlət sosial sığortasının məqsədləri üçün torpaq mülkiyyətçisi qismində 15.12.2018-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Həmçinin, 04.12.2019-cu il tarixdə iddiaçının təqdim etdiyi “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizəyə əsasən 29.01.2020-ci il tarixdə uçotu ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda,vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır. Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyriqanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Eyni zamanda iddiaçı tərəfindən cavabdeh vergi orqanına Vergi ödəyicisi kimi iddiaçının adına açılmış 21.12.2018-ci il tarixli, ********** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, yaşa görə sosial müavinət hüququnun pozulmasının tanınması, Vergi orqanının qanunsuz qərarı nəticəsində vurulmuş ziyana görə 1559,03 manat konpensasiyanın ödənilməsi öhdəlinə dair müraciət edilməmişdir. Bu hal hazırkı iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayısı ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X6 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı sosial müavinət aldığı illərdə vergi orqanında uçota alındığı üçün sistem vasitəsilə avtomatik olaraq onun sosial müavinəti dayandırılmışdır. Çünki, qanunun tələbinə görə şəxsə o halda yaşa sosial müavinət ala bilər ki, onun hər hansı bir sahibkarlıq fəaliyyəti və bu kimi iş yeri olmamalıdır. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə tərəfindən iddiaçıya mövcud mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun 2 saylı regional ərazi filialı tərəfindən qəbiul edilmiş və iddiaçıya artıq ödənilmiş vəsaitin geri qaytarılması haqqında müvafiq qərarın mübahisələndirilməsi təklif edilmiş, lakin iddiaçı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçı tərəfindən verilmiş iddia tələbi çərçivəsində mübahisəyə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, iddia tələbi bir-biri ilə əlaqəsi olmayan inzibati orqanlara qarşı müxtəlif tələblərdən ibarət olmuşdur. Vergi Xidmətinə qarşı verilmiş iddia tələbinə gəlincə məhkəmə qeyd edir ki, müvafiq kompensasiyanının vegi orqanından tələb edilməsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydalarına riayət etməklə vergi xidmətinə kompensasiya tələbi ilə bağlı müraciət olunmalı idi. Həmçinin o da nəzərə alınmalıdır ki, iddia tələbinin yaşa görə sosial müavinat hüququnun pozulmasının tanınması haqqında hissəsi üzrə Vergi Xidməti cavab verməli orqan deyil. İddia tələbinin ikinci inzibati orqan olan DSMF-yə qarşı verilmiş tələb ilə əlaqədar məhkəmə qeyd edir ki, 1559,03 manat vəsaitin hər ay aylıq pensiya məbləğindən hissə-hissə tutulmasına səbəb DSMF-nin 2 saylı ərazi filialının iddiaçıdan artıq ödənilmiş 1559,03 manat pulun geri alınması ilə bağlı verilmiş qərar olmuşdur və həmin qərarın qüvvədə olması səbəbindən hazırkı iddia tələbinə baxıılmasını mümkünsüz edir. Belə olan halda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ “Vergi ödəyicisi kimi iddiaçının adına açılmış 21.12.2018-ci il tarixli, ********* nömrəli (VÖEN) şəhadətnamənin etibarsız hesab edilməsi, yaşa görə sosial müavinət hüququnun pozulmasının tanınması, Vergi orqanın qanunsuz qərarı nəticəsində vurulmuş ziyana görə 1559.03 manat kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınca Dövlət Vergi Xidmətnin Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, artıq ödənilmiş hesab edilən 1559,03 manat məbləğində vəsaitin hər ay aylıq pensiya məbləğindən hissə-hissə tutulmasının dayandırılması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar