Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-124/2020 28.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayı şəhər Polis İdarəsinə qarşı “X7, X10, X15, X11, X8, X22, X12, X1, X2 və X16 Hacı Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, mənzil 4 -dən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X7, X10, X15, X11, X8, X22, X12, X1, X2 və X16 Hacı Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, mənzil 4-dən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixli, 123-21638G-3219 saylı məktubla inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması aşağıdakı hallarda mümkündür:
1. yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə miivafıq
2. icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
3. başqa ölkədə yaşayış yeri seçdikdə-miivafıq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
4. azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
5. öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-öliim aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
6. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Odur ki, X3, X9 X22, X15, X12, X10, X11 və X4 qeydiyyatdan çıxarılmasına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Hacı Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, mənzil 4-də yerləşən mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Lakin mənzildə iddia ərizəsində adları qeyd edilən şəxslər X17, X23, X26, X24, X18, X28, X25, X5, X6 və X27 halhazıradək mənzildə qeydiyyatdadırlar, harada yaşadıqları ünvan isə iddiaçıya məlum deyildir. Mənzili aldığı vaxtdan həmin ünvanda iddiaçı, həyat yoldaşı və uşaqları yaşayır. Şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə X7 və onun digər ailə üzvlərinin qeydiyyatda olmaları iddiaçının mülkiyyət, mənzil və sair hüquqlarının pozulmasına səbəb olur, buna görə də iddiaçı X7 və onun digər ailə üzvlərinin mənzildən qeydiyyatından çıxarılması barədə ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu xahişini təmin etməmiş və xx.xx.2019-cu il tarixli, 123-216386-3219 saylı məktubu ilə ərizəyə imtina etmiş və məhkəməyə müraciət hüququ izah edilmişdir. Cavabdeh orqanın imtinasını iddiaçı qanunsuz hesab edir. Hacı Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, mənzil 4-də yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin mənzildə o ailə üzvləri ilə yaşayır. Mənzil iddiaçının şəxsi mülkiyyəti hesab edilir. Mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur. Azərbaycan Respublikası Mülkil Məcəlləsinin 152.1 maddəsinə məzmununa görə mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüqüqünü itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüququ və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstiusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqularını və azadlıqldarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanlara əsasən iddianın təmun edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiya yazılı münasibətində iddiya etirazı olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. X23, X26, X24, X18, X28, X25, X5, X6 və X27 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər.
Əsaslandırma hissəsi:
Məhkəmə ilk növbədə iddianın mümüknlüyü ilə bağlı qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə əsaslı deyil. Məhkəmə hesab edir ki, cavabdehin inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın mümkün olduğu hallar göstərilmişdir: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şərtlərini konkret olaraq müəyyən etmişdir. İddiaçı isə bu şərtlərdən hər hansı birinin mövcud olması ilə bağlı inzibati orqana hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarından görsənir ki, Hacı Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, mənzil 4-də yerləşən iddiaçıya məxsus mənzil satılarkən üçüncü şəxslərin razılığı olsada, onların istifadə hüququn saxlanıb-saxlanılmamsı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin istifadə hüququnun olub-olmaması müvafiq ümumi məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmadığına görə iddia rədd edilməlidir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının ümumi məhkəmədə hüquq müdafiyə vasitələrindən istifadə etmək imkanı mövcuddur. İddiaçıya izah olunsun ki, üçüncü şəxslərin mənzilə istifadə hüququnun olmaması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Həmin şəxsin Hacı Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11, mənzil 4 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması müəyyən olunarsa və ya istifadə hüquqna xitam verilərsə, həmin qərar əsasında yenidən inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev