Məhkəmə qərarları › İş №2-1(118)-124/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-124/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-124/2021 01.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vegilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418 saylı qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyasının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vegilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418 saylı qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyasının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbininə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarına əsasən qanunsuz hesablanmış 74089,75 manat ƏDV və 50% məbləğində hesablanmış 37044,88 manat maliyyə sanksiyasının tətbiqinə dair tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarın ləğv edilməsini, cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılmasını və Səyyar vergi yoxlaması Aktında Vergi Məcəlləsinin ləğv edilmiş maddəsinə (maddə 159.9.) əsasən vergi hesablanmasını və həmin Məcəllənin (218 və 219-cu maddələri) digər maddələrinin tələblərinin əksinə olaraq aktda qanunsuz vergi məbləğinin hesablanmasına dair aktı tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Səyyar vergi yoxlaması” AKTİ N-**********084614 xx.xx.2019-cu il tarixli Akt və akta əsasən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar N-**********197418” qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyası tamamilə qanunsuzdur və həmin “Akt” və “Qərar” Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən adı çəkilən “Akt” və “Qərar” ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən 1 kv. metr sahənin satış qiymətinin 650 manat müəyyən edilməsi barədə ekspert rəyi tamamilə əsassız və səhvdir, Vergi Məcəlləsinin 14.1 maddəsinə əsasən bazar qiyməti malın (iş, xidmətlərin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Məcəllənin 14.2. maddəsində deyilir: ”bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir. Əks halda sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir.” Cavabdeh iddiaçının tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə daşınmaz əmlakın təqdim olunmasını sübuta yetirən faktı tapmamış və səyyar vergi yoxlaması aktında belə faktların olması öz əksini tapmır. Deməli bazar qiyməti adı altında tətbiq edilmiş qiymət qeyri-qanunidir və bu qiymətə əsasən aparılmış bütün hesablamalar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.3-cü maddəsi səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuşdur, həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin məcəllənin 220.8-ci maddəsinə əsasən bina tikintisi ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsinə əsasən vergitutma obyektinin hər 1 kv.metri üçün 45 manat müəyyən edilmiş məbləğə Məcəllənin 220.8.1 maddəsinə əsasən Bakı şəhəri onun qəsəbə və kəndlərində yerləşdikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olumuş zonalardan asılı olaraq əmsalların tətbiq edilməsi ilə, Məcəllənin 220.8.2 maddəsində isə Gəncə, Sumqayıt və Xırdalan şəhərində yerləşdikdə, bu maddədə müəyyən edilmiş sadələşdirilmiş vergi məbləğinə 1,5 əmsalı tətbiq eeilməklə hesablama aprılır. Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən iddiaçı, bina tikintisinə görə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüquqna malik olmuşdur. Həmin məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. Səyyar vergi yoxlaması aktında ƏDV-nin hesablanması ümumiyyətlə qanunsuz olmaqla yanaşı, yoxlayıcılar tərəfindən Vergi Məcəlləsindən xəbərsiz olmalarını sübut edir, səyyar vergi yoxlaması ilə əhatə edilən dövrdə Vergi Məcəlləsinin 159.9-cu maddəsi artıq qüvvədən düşmüş idi, Vergi Məcəlləsinin 159.9-cu maddəsi: “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövrüyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.” bu maddə qüvvədən düşmüşdür, belə olan halda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən hər hansı bir əlavə vergi məbləği hesablanmamalıdır, yəni hesablanmış vergi məbləği əsassız və qeyri qanunudur. İddiaçı səyyar vergi yoxlmasmm əhatə etdiyi 01.05.201 -cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə ƏDV ödəyicisi olmamış, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 218 və 219-cu maddələrinin tələblərinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olub, qeyd edilənlərə əsasən cavabdehin İddiaçı MMC-yə hər hansı bir əlavə vergi məbləği hesablanmamalıdır və hesablanmış vergi məbləği qeyri qanunu olmaqla yanaşı Vergi Məcəlləsinin müvafiq maddələrinə tamamilə ziddir. İddiaçı səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən cu il tarixədək olan fəaliyyət dövrü üzrə 747,23 kv.metr sahəni faktiki olaraq satmış, həmin sahənin satışına dair vergilər idarəsinə hesabat təqdim etmiş, Vergi Məcəlləsinə əsasən isə satışa görə ödənilməli olan 50438,03 manat vergi məbləğindən 64522,97 manat artıq vergi ödəmişdir, (747,23 kv.m x 45 manat x 1,5 əmsal=50438,03 manat) iddiaçı tərəfindən 2 saylı ərazi vergi idarəsinə xx.xx.2019-cu il tarixdə 73710 manat və xx.xx.2019-cu il tarixdə isə 41251 manat, cəmi 114 961 manat vergi ödənilmiş, yəni 50438,03 manat vergi öhdəliyinə qarşı 64522,97 manat artıq vergi ödənilmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əlamətləri mövcuddur. Azərbaycan Respublikası MPMin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 1**********84614 Nömrəli səyyar vergi yoxlaması Aktı və həmin aktın nəticəsinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərar Vergi Məcəlləsinin maddələrinin kobud surətdə pozulması ilə tərtib edilməklə qanunsuz tərtib edilmiş, nəticədə hesablanmış 74089,75 manat ƏDV və 50% məbləğində hesablanmış 37044,88 manat maliyyə sanksiyasının, cəmi 111134,63 manatın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsassən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsassən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd edilənləri nəzərə alaraq, dəyişdirilmiş bu ərizəni iddia tələbi kimi əsas götürərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli, **********539400 saylı etiraz ərizəsi ilə iddia tələbinə münasibət bildirmiş, lakin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsindən sonra xx.xx.2021-ci il tarixli, **********191700 saylı ərizəsi ilə iddia tələbinə etiraz etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlərlə əlaqədar olaraq müvafiq araşdırma aparılmış və iddianın dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-ci il tarixli **********184486 nömrəli qərarı ilə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü məsələləri üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli 1**********84614 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinə Abşeron rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistralının 12-ci km qərbi ünvanında 3 ədəd 7 bloklu 6-7 mərtəbəli + mansard 90 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bundan əvvəlki yoxlama ilə 3500 kvm sahəsi yoxlama ilə əhatə olunmuşdur. Eyni zamanda, MTFSV üzrə bəyannamələr əvvəlki yoxlama ilə tam olaraq əhatə edilmişdir. Yoxlamaya heç bir alqı-satqı müqaviləsi təqdim olunmamışdır. Buna baxmayaraq, təbii qaz və su sərfiyyatı barədə məlumatların təqdim edilməsi və İddiaçı MMC ilə abonentlər arasında alqı-satqı müqavilələrinin surətlərinin təqdim edilməsi məqsədilə xx.xx.2019-cu il tarixində “Azərqaz İB”-ə və “xxxx” ASC-yə məktublar göndərilmişdir. Məktuba cavab olaraq xx.xx.2019-cu il tarixində “xxxx” ASC tərəfindən təqdim olunan siyahıya əsasən 51 mənzilin, o cümlədən 4247.23 kvm mənzil sahəsinin sayğaclaşdırdığı məlum olmuşdur. Əvvəlki SVY yoxlaması zamanı İddiaçı MMc tərəfindən müqaviləsi olan mənzillərin siyahısına əsasən isə 3604.10 kvm təşkil edir. SVY ilə əhatə olunan sahənin 3500.00 kvm olduğunu nəzərə alaraq, “xxxx” ASC tərəfindən təqdim olunmuş məktuba əsasən kənarlaşmanın 747.23 kv.m müəyyən edilmişdir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsində qeyd olunub ki, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində Vergilər Nazirliyinə öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində vergi ödəyicisinin öz seçimi barədə “xx.xx.2016-ci il tarixədək tikinti obyektinin tikintiquraşdırma işlərinə başlanması barədə” Məlumat formasının təqdim edilməsi məqsədilə xx.xx.2016-cı il tarixdə **********425600 nömrəli məktubla vergi ödəyicisinə müraciət olunmuşdur. Vergi ödəyicisi xx.xx.2016-cı il tarixli **********979600 nömrəli məktubla müraciət edərək vergi orqanından qanun qüvvəyə minənədək olan qaydada vergiləri ödəməyi nəzərə almağı xahiş etmişdir. Əlavə olaraq, binanın satışa yararlı sahəsinin 1 kv.m-nin satışının orta bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspert rəyinin verilməsi barədə xx.xx.2019-cu il tarixli **********192906 nömrəli Qərar çıxarılmışdır. Ekspertin rəyinə əsasən yaşayış sahəsinin 1 kv.m-nin satış qiyməti ƏDV daxil 650,00 manat qeyd olunmuşdur və əlavə dəyər vergisi üzrə kənarlaşma 74089,75 manat (747,23*650=485699,50/1,18*18%) və 37044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildirilir ki, Səyyar vergi yoxlaması aktının müzakirəsi ilə əlaqədar olaraq vergi ödəyicisi Vergi Məcəlləsinin 39.5-ci maddəsinə uyğun olaraq 30.01,2020-ci il tarixli **********360700 nömrəli məktubla xx.xx.2020-ci il tarixdə yazılı izahatın və təsdiqedici sənədlərin təqdim edilməsi məqsədilə vergi orqanına dəvət edilmişdir. xx.xx.2020-ci il tarixdə aktın müzakirəsi ilə bağlı müəssisənin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı təmin edilmiş, müvafiq olaraq xx.xx.2020-ci il tarixli **********234200 saylı protokol tərtib edilmişdir. Protokoldan göründüyü kimi müəssisənin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi A.Q.Musayeva tərəfindən səyyar vergi yoxlaması aktında yazılmış kənarlaşmalarla bağlı heç bir təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir. Həmçinin, səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması məqsədilə xx.xx.2020-ci il tarixli **********058400 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı üçün xx.xx.2020-ci il tarixdə vergi orqanına dəvət edilmişdir. Lakin müəssisənin direktoru və ya nümayəndəsi prosesdə iştirak etmədiyi üçün yoxlamanın materiallarına və digər sənədlərə ödəyicinin iştirakı olmadan baxılmışdır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Həmçinin iddiaçı iddia ərizəsində “cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılması haqqında qərar qəbul edilməsi, səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin ləğv edilmiş maddəsinə əsasən (maddə 159.9) əsasən vergi hesablanmasını və həmin məcəllənin (218 və 219-cu maddələri) digər maddələrinin əksinə olaraq qanunsuz vergi məbləğinin hesablanmasına dair akt tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi barədə xüsusi qərardad qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildirmək istəyirik ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sadalanan maddələrin tələblərindən aydın olur ki, öhdəliyinin icrası haqqında iddianın mümkün sayılması üçün,mübahisə inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmalı; iddianın məqsədi inzibati oqran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X5 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Lakin hazırki iş üzrə, iddiaçı cavabdeh inzibati orqana hazırkı iddia tələbi ilə bağlı müraciət etməmişdir ki, qeyd olunan hal da hazırki iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayısı ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı 1-ci hissədə mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu ildə İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirmiş və yoxlama aparılan dövr 2016-cı ilin may ayından 2019-cu ilin aprel ayını əhadə etmişdir.Yoxlamanın nəticəsi olaraq İddiaçı MMC-nin barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197418 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir.Qeyd olunan qərara əsasən İddiaçı MMC-yə 74.089,75 manat əlavə dəyər vergisi, 37.044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh təşkilat İddiaçı MMC-nin həm sadələşdirilmiş, həmdə ƏDV ödəyicisi olmasını əsas gətirərək, qeyd olunan qərarı qəbul etmişdir. Bundan başqa vergi orqanı Vergi Məcəlləsində bina tikintisi ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş 2016-cı ildə edilmiş dəyişikliyin aid olmamasını bildirmişdir. Belə ki, Vergi Məcəlləsinə 1384 saylı xx xxxxxxx 2015-ci il tarixli Qanunla edilmiş əlavəyə əsasən vergi ödəyicisinin seciminə görə köhnə və ya təzə qaydaların ona qarşı tətbiq edilməsinə dair ərizəsi alınmış və vergi ödəyicisi köhnə qaydaların ona tətbiq edilməsini xahiş etmişdir.Qeyd olunanlara əsasən İddiaçı MMC-nə münasibətdə Vergi Məcəlləsində xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olan qaydalar tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən satılan mənzilləri alqı-satqı müqaviləsi təqdim edilmədiyinə görə satdığı mənzillərin dəyəri ilə bağlı ekspertiza keçirilmiş və həmin binada mənzilin 1 kv.m bazar qiymətinin 650 manat olması müəyyən edilmişdir.Buna görə də ”İddiaçı” MMC-ti tərəfindən satılan 747,23 kv.m sahə ilə bağlı vergi orqanı tərəfindən 74089,75 manat ƏDV və 37.044,88 manat maliyyə sanksiya hesablanmışdır. “xxxx” MMC-ni isə ona qarşı hesablanmış vergi borcu ilə razı deyil. Belə ki, vergi ödəyicisi onun satdığı mənzillərə görə mənzilin dəyərinin bazar qiyməti ilə hesablanmasını düzgün olmamasını bildirir və ondan tutulcaq vergilərin xx xxxxxx 2016-cı il tarixinədək olan qaydlar üzrə hesablanmasını tələb edir. Beləliklə iddiaçının iddia tələbi: 1) ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarına əsasən qanunsuz hesablanmış 74089,75 manat ƏDV və 50 % məbləğində hesablanmış 37044,88 manat maliyyə sanksiyanının tətbiqinə dair tərtib edilmiş Qərarın ləğvi 2) Cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılması barədə qərar qəbul edilməsi 3) Səyyar vergi yoxlaması Aktında Vergi Məcəlləsinin ləğv edilmiş maddəsinə (maddə 159.9) əsasən vergi hesablanması və həmin Məcəllənin (218 və 219-cu maddələri) digər maddələrin tələblərinin əksinə olaraq aktda qanunsuz vergi məbləğinin hesablanmasına dair aktı tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərində hüquqi qiymət verilməsi məqsədi ilə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsindən ibarət olmuşdur. Məhkəmə tərəfləri dinləyiib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin 1-ci hissəsini məhkəmə aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2015-ci il № 1384-İVQD saylı Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikintiquraşdırma olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. xx xxxxxx 2015-ci ilə qədər Vergilər Məcəlləsinin qüvvədə olan 159.9-cu maddəsinə əsasən (Qeyd: xx xxxxxx 2007-ci ildə 472 saylı Qanunla verilən redaksiya) mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. xx xxx 2016-ci il tarixinədək qüvvədə olan “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 62 saylı xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV- nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları bu qərarın əlavəsinə uyğun, Bakı şəhəri üzrə zonalar və onların sərhədləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın əlavəsinə uyğun müəyyən edilmişdir. Qeyd olunan Qərara edilmiş Əlavəyə əsasən “ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün” Abşeron rayonu (Xırdalan şəhəri daxil olmaqla), Sumqayıt və Gəncə şəhərləri üzrə zona əmsalı 1,0-ə, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad və Göyçay şəhərləri üzrə 0,8-ə, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,6-ya bərabərdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Vergilər Məcəlləsinə xx xxxxxxx 2015-cı il tarixində edilmiş dəyişiklikdən sonra İddiaçı MMC-ti tərəfindən xx.xx.2016-cı ildə 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunaraq ona qarşı Qanunun qüvvəyə mindiyi günə gədər olan qaydaların tətbiq edilməsini xahiş etmişdir. Ona görədə hazır ki, iddia tələbinə baxılarkən, xx.xx.2016-cı il tarixinədək Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə qədər qüvvədə olan maddi hüququ normalarına riayət olunmalıdır. Zaman etibarı ilə qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən satılmış mənzilin hər kvadrat metri üçün Nazirlər Kabineti tərəindən müəyyən edilmiş əƏDV-nin Əmsalları nəzərə alınmaqla Xırdalan şəhərində 225 manat ƏDV nəzərədə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-ti tətərindən ümumi sahəsi 747.23 kv.m yaşayış sahəsi satılmışdır. Riyazi hesablama üsulu ilə müəyyən olunur ki, 747.23 kv.m yaşayış sahəsi üçün ödənilməli olan ƏDV 30.262,815 manat (747.23x225x18%=30.262,815) olmalıdır. Lakin vergi orqanı İddiaçı MMC-nə ƏDV hesablayarkən espertin rəyi ilə müəyən edilmiş 650 manat bazar qiymətini rəhbər tutaraq iddiaçıya 74089,75 manat ƏDV hesablamışdır. Hesab olunur ki, qanunun birbaşa göstərişi olduğu tədqirdə İddiaçı MMC-nin tikinti işləri apardığına görə ƏDV-nin bazar qiyməti ilə hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Ona görədə məhkəmə hesab edir ki, vergi orqanının xx.xx.2020-ci il tarixli, **********197418 saylı qərarı qismən ləğv edilməli və həmin qərara əsasən İddiaçı MMC-yə artıq hesablanmış ƏDV-dən 43.826,935 manat (74089,75-43.826,935=30.262,815), maliyyə sanksiyasından 21.913,4675 manat (37044,88-21.913,4675=15.131,4075) çıxılmalıdır. İddia tələbinin 2-ci hissəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli qərardadı ilə mümkün hesab edilməmişdir. Belə ki, qeyd olunan qərardada əsasən məhkəmə hesab etmişdir ki, “64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılması tələbi” ilə bağlı iddiaçı ilk öncə cavabdeh təşkilata müraciət etməli və müsbət nəticə əldə olunmadığı tədqirdə yenidən məhkəməyə müraciət etməlidir. Ona görədə məhkəmə özünün xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin ikinci hissəsini mümkün hesab etməmişdir. İddia tələbinin 3-cü hissəsində qeyd olunan tələbin cavabdehə qarşı yönələn tələb olmaması və məhkəmənin birbaşa səlahiyyətinə aid olması səbəbindən məhkəmə həmin tələbə hüquqi qiymət verməsini zəruri hesab etmədi. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən İddiaçı MMC-yə vergi orqanının **********197418 saylı qərarı əsasında vergi orqanının əməkdaşları tərəfindən ƏDV-nin düzgün hesablanmaması onların əməllərinin qəsdən həyata keçirilməsinə dəlalət edə bilməz. Digər tərəfdən vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Göründüyü kimi hazırki, mübahisə üzrə vergi orqanının gətirdiyi arqument ondan ibarət olmuşdur ki, İddiaçı MMCnin inşa etdirdiyi binada yerləşən mənzillərin dəyərini bazar qiymətinə uyğun hesablayaraq İddiaçı MMC əlavə dəyər vergisinə cəlb edilmişdir. Halbuki mübahisəli hüququ münasibətlərinin yarandığı vaxt Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanmalı idi və həmin vaxt bina tikintisi ilə məşğul olan şəxslərə mənzillərin dəyərinə uyğun əlavə dəyər vergisinin tətbiq edilməsi Qanunda nəzərdə tutulmammışdır. Lakin bütün bunlara baxmayaraq, vergi orqanı İddiaçı MMC-yə əlavə dəyər vergisini mənzillərin bazar qiymətinə uyğun hesablamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini pozmuşdur. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçınə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********197418 saylı qərarı ƏDV üzrə 43.826,935 manat, maliyyə sanksiyası üzrə 21.913,4675 manat hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar