Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1241/2020 20.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, İsgəndərov Vüqar Mövlətxan katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili X6 iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X11 olmaqla “ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 4 27A ünvanında yerləşən,sahəsi 789,6 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib edilmiş Texniki Pasportda cəmiyyətin faktiki sahibliyində olan eni 2,75 metr, uzunluğu 42,40 metr olan torpaq sahəsinin ştrixlənərək zəbt olunmuş torpaq sahəsi kimi və X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, Məhəmməd Əsədov küçəsi, 36 ünvanında yerləşən, sahəsi 459,4 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib olunmuş Texniki X1 tərəfindən zəbt edilən torpaq sahəsi kimi göstərilməsinin qanunsuz sayılması və hər iki texniki sənəddə müvafiq düzəlişlər edilərək mübahisələndirlən torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsindən çıxardılaraq yeni Texniki Paspotrların hazırlanması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X11 olmaqla “ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 4 27A ünvanında yerləşən,sahəsi 789,6 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib edilmiş Texniki Pasportda cəmiyyətin faktiki sahibliyində olan eni 2,75 metr, uzunluğu 42,40 metr olan torpaq sahəsinin ştrixlənərək zəbt olunmuş torpaq sahəsi kimi və X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, Məhəmməd Əsədov küçəsi, 36 ünvanında yerləşən, sahəsi 459,4 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib olunmuş Texniki X1 tərəfindən zəbt edilən torpaq sahəsi kimi göstərilməsinin qanunsuz sayılması və hər iki texniki sənəddə müvafiq düzəlişlər edilərək mübahisələndirlən torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsindən çıxardılaraq yeni Texniki Paspotrların hazırlanması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 127A ünvanında yerləşən və sahəsi 789,6 kvadrat metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçınə məxsusdur.Bununla bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən cəmiyyətin mülkiyyət hüququ xx xxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək “Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən müvafiq Çıxarış verilmişdir. Lakin ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin Texniki Pasportu tərtib ediilərkən istifadəmizdə olan torpaq sahəsinin eni 2,75 metr,uzunluğu 42,40 metr olan hissəsi təsnifata daxil olunmamışdır.X16 göstərilən torpaq sahəsi ştrixlənərək sənədin “Qeyd” hissəsində bu torpaq sahəsinin qonşu torpaq sahəsinin istifadəçisinin adma tərtib olunmuş Texniki Pasportda zəbt sahəsi kimi göstərilməsi ilə izah olumnuşdur.Tərəfımizdən aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki,faktiki istifadəmizdə olan və bir hissəsi İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş qeyri-yaşqyış obyektinin altına düşən mübahisələndirilən torpaq sahəsi qonşu obyektin mülkiyyətçisi X7 adına tərtib olunmuş Texniki Pasportda onun tərəfindən zəbt olunmuş torpaq sahəsi kimi qeyd olunmuşdur.Belə ki,Sumqayıt şəhəri, 17ci mikrorayon, Məhəmməd Əsədov küçəsi,36 ünvanında yerləşən və sahəsi 459,4 kvadrat metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında,Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 1441 kvadrat metr torpaq sahəsi isə icarə hüququ əsasında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X7 adına xx xxxxxx 2018-çi il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək Seriya RX ******* nömrəli “Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən müvafiq Çıxarış verilmişdir.Lakin ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X10 məxsus qeyri-yaşayış obyektinin Texniki Pasportu tərtib ediilərkən nədənsə İddiaçı istifadəsində olan mübahisəlndirilən torpaq sahəsi onun tərəfindən zəbt olunmuş torpaq sahəsi kimi sənədə daxil edilmişdir. Halbuki,reallıqda hər iki tərəfin hüquqmüəyənedici sənədlər üzrə istifadəsinə verilmiş torpaq sahələri onların faktiki istifadələrindədir, o cümlədən mübahisələndirilən torpaq sahəsi İddiaçı faktiki sahibliyindədir.Yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlli üçün tərəflərindən edilmiş bütün cəhdlər nəticəsiz qaldığından,məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar.İdarəyə rəsmi müraciət edərək qeyd edilən uyğunsuzluğun aradan qaldırılmasını tələb etsək də cabvabdeh idarə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinin 2.4-cü bəndinə istinad edərək mübahisənin məhkəmə qaydasında həll olunmalı olduğunu qeyd etmişdir.Lakin, hesab edirik ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən cəmiyyətin faktiki istifadəsində olan torpaq sahəsini başqa şəxsin sənədinə daxil etməsi tamamilə qanunsuzdur. Bu səbəbdən pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X11 olmaqla “ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 4 27A ünvanında - yerləşən,sahəsi 789,6 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib edilmiş Texniki Pasportda cəmiyyətin faktiki sahibliyində olan eni 2,75 metr, uzunluğu 42,40 metr olan torpaq sahəsinin ştrixlənərək zəbt olunmuş torpaq sahəsi kimi və X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, Məhəmməd Əsədov küçəsi, 36 ünvanında yerləşən, sahəsi 459,4 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib olunmuş Texniki X1 tərəfindən zəbt edilən torpaq sahəsi kimi göstərilməsinin qanunsuz sayılması və hər iki texniki sənəddə müvafiq düzəlişlər edilərək mübahisələndirlən torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsindən çıxardılaraq yeni Texniki Paspotrların hazırlanması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi X12 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və idida tələbinə etiraz edərək bildirirdi ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı direktoru Orucov Tahir Murad oğlu Sumqayıt şəhəri, M.Əsədov küçəsi, 127 A ünvanda yerləşən, sahəsi 789.6 kv.metr olan qeyri-yaşayış obyektinə dair tərtib edilmiş texniki pasportda İddiaçı faktiki sahibliyində olan, eni 2.75 metr, uzunluğu 42.40 metr olan torpaq sahəsinin ştrixlənərək zəbt olunmuş torpaq sahəsi kimi və X7 mülkiyyətində olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsi, 36 ünvanda yerləşən, sahəsi 459,4 kv.metr olan qeyriyaşayış sahəsinə dair tərtib olunmuş texniki X1 tərəfindən zəbt olmuş torpaq sahəsi kimi göstərilməsinin qanunsuz sayılması və hər iki texniki sənəddə müvafiq düzəlişlər edilərək mübahisələndirilən torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsindən çıxarılaraq yeni texniki pasport hazırlanmasına dair xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır.Müraciəti ilə əlaqədar İddiaçınə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmiş və bu barədə ona xx xxxxxx 2019-cu il tarixli **********67 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılamışdır. Bu səbəbdən də məhkəmədən iddia tələbinin mümkün sayılmamaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisə olunan torpaq sahəsi faktiki olaraq üçüncü şəxs X7 istifadəsindədir və ona icarə hüququ əsasında verilmişdir.İddiaçının həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. İddiaçı sözügedən torpaq sahəsində apardığı tikinti qanunsuzdur.Burada hər şeydən əvvəl iddiada qeyri dəqiqlik var.İddianını mümkünlüyü məsələsi aydınlaşdırılmalıdır. Belə ki, əgər torpaq X.Qurbanovadadırsa nəyə görə o üçüncü şəxs qismində işə cəlb edilmişdir. Reyestr xidməti tərəfindən verilmiş etiraz əsaslıdır. Həmçinin bildirdi ki, iddia baxılmamış saxlanılmalıdır, ona görə ki, iddia müddəti keçmişdir. Torpaqla bağlı aidiyyət müəyyən olunmalıdır.Torpaq Sumqayıt şəhər Bələdiyyəsinə məxsusdur və bələdiyyə tərəfindən üçüncü şəxsə icarəyə verilmişdir. Qaranlıq məsələlərdən biri də Sumqayıt şəhər Bələdiyyəsinin işə cəlb edilməməsidir.Ona görə də məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 da üçüncü şəxsin digər nümayəndəsi və vəkili F.Əliyev ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin mümkünsüz sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib ,iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və ona müraciətinin həllindən imtina edildikdən sonra qanunla nəzərdə tutulmuş müddət ərzində aidiyyəti üzrə məhkəməyə müraciət etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən verilmiş xx.xx.2019cu il tarixli,**********67 nömrəli məktubda göstərilir ki, İddiaçı direktoru Orucov Tahir Murad oğlunun həmin Cəmiyyətə məxsus olan daşınmaz əmlakın qeydiyyata alınması və texniki sənədin verilməsi zamanı əks olunmuş yalnışlığın aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizəsinə Cavabdehndə baxılmış və bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2.4-cü bəndinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Belə olduğu tədqirdə hazır ki, iş üzrə mübahisə predmeti üzrə məhkəməyə müraciət edilməsi üçün iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalı və cavabdeh təşkilatın vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X11 olmaqla “ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 4 27A ünvanında yerləşən,sahəsi 789,6 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib edilmiş Texniki Pasportda cəmiyyətin faktiki sahibliyində olan eni 2,75 metr, uzunluğu 42,40 metr olan torpaq sahəsinin ştrixlənərək zəbt olunmuş torpaq sahəsi kimi və X7 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, Məhəmməd Əsədov küçəsi, 36 ünvanında yerləşən, sahəsi 459,4 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair tərtib olunmuş Texniki X1 tərəfindən zəbt edilən torpaq sahəsi kimi göstərilməsinin qanunsuz sayılması və hər iki texniki sənəddə müvafiq düzəlişlər edilərək mübahisələndirlən torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsindən çıxardılaraq yeni Texniki Paspotrların hazırlanması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1241/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1241/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver