Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1244/2025 27.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyat alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı MMC, Quba rayonu, Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyat alınmasını istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1996-cı il tarixli 53 saylı qərarı ilə Quba rayonu Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi X6 (“Xəndan” X3) mülkiyyətinə verilmişdir. Vərəsəlik hüququ əsasında “Xəndan” Kəndli fermer təsərrüfatı X7 adına keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən “Xəndan” Kəndli fermer təsərrüfatı İddiaçı MMC-nə çevrilmişdir. İddiaçı MMC-nin 100% pay sahibliyi ilə təsisçisi X9 olmuşdur. 19 iyul 2023-cü il tarixində Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən müvafiq yoxlamalardan sonra torpaq sahəsinin İddiaçı MMC-nə məxsus olması müəyyən edildikdən sonra təsdiq edilmiş X8 Müqaviləsinə əsasən X9 İddiaçı MMC-nin 100% payını arvadı X2 bağışlamışdır. İddiaçı MMC-i cavabdeh ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edərək Quba rayonu Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və texniki pasportun hazırlanmasını xahiş etmişdir. Cavadeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-21-3- 34/2-12421/2023 saylı məktubda göstərilmişdir ki, torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bundan əlavə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. Bu əsaslarla ərizənin icrasından “Daşınmaz Əmlakın Dövlət Reyedstri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələri rəhbər tutularaq imtina edilmişdir. Cavabdeh tərəfindən müraciətinə verilən ikinci-xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 12479/2023 saylı cavab məktubda göstərilmişdir: ”...tərəfinizdən göstərilən torpaq sahəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və torpaq sahəsi faktiki yerində 338 ha ölçüdə öz əksini tapmışdır.” “... ərizəyə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır.” Bu əsaslarla ərizənin icrasından “Daşınmaz Əmlakın Dövlət Reyedstri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələri rəhbər tutularaq təmin imtina edilmişdir. Nəzərə alaraq ki, cəmi 1 (bir) ay qabaq notariat qaydasında X8 müqaviləsi təsdiqlənən zaman bu məsələlər yoxlanılmış, torpaq sahəsinin İddiaçı MMC-nə məxsus olması müəyyən edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12421/2023 saylı və xx.xx.2023-cü il tarixli 3- 21-3-34/2-12479/2023 saylı cavab məktubunda göstərilənlərin faktiki yalan olması, mövcud olmaması, cavabdehin istinad etdiyi “Daşınmaz Əmlakın Dövlət Reyedstri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinin nə onun cavabların biri digərinə, nə də ki, sənədlərə uyğun gəlməməsini, Kostitusiyaya və Qanunlara zidd olduğunu nəzərə alaraq yenidən cavabdehə müraciət etmişdir və onlara aid torpaq sahəsinə digər hansı şəxsin adına və hansı sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir? Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsi 1919.0 ha təşkil etmişdir. Ondan 338 ha kiminsə adına qeydiyyat alınmışdırsa yerdə qalan 1600 ha torpaq sahənin aqibəti nə olmuşdur? Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə kim tərəfindən, hansı əsaslarla və hansı sənədlə ləğv edilmişdir? Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsinə dair hər hansısa məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı varmı? Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3- 34/2-2967/2024 saylı cavab məktubunda göstərilib ki, “Daşınmaz Əmlakın Dövlət Reyedstri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 cü maddələrinə istinad edilərək daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməsi, Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi formasında “izah” verilmişdir. Göründüyü kimi cavabdehin üçüncü cavabının da birinci və ikinci cavablarında olduğu kimi işin mahiyyətinə heç bir aidiyyəti yoxdur, məktublar bir-birinə ziddiyət təşkil edir, eyni məsələ üzrə müxtəlif və ümumiyyətlə iddiaçının ərizəsində göstərilənlərə aidiyyəti olmayan hüquq normalarına istinad edilmişdir, iddiaçının ərizədə qaldırdığı sualların heç birinə cavab verilməmişdir ki, bu da onun hüquqlarının pozulması ilə yanaşı qanunlara ziddir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində ilkin olaraq İddiaçı MMC və X5 iddiaçı kimi qeyd edilmişdir. X1 nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı kimi İddiaçı MMC-nin saxlanılmasını, Quba rayon İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə nümayəndənin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, torpaq sahəsinin sərhədləri ərizəçilər tərəfindən təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-12421/2023 nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, ərizədə qeyd edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 14 nömrə ilə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 53 saylı qərarına əsasən 1919 ha torpaq sahəsi “Xəndan” KFT-nin mülkiyyətinə verilmişdir. İddiaçı MMC-nin nizamnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Nizamnamənin 1.3 bəndində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsinin xx.xx.1999-cu il tarixli 4/126 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış “Xəndan” X3 (VÖEN **********) bazasında yenidən təşkilin çevrilmə formasında onun hüquqi varisi İddiaçı MMC olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli X8 müqaviləsinə əsasən X9 "xxxx" MMC-dən ona məxsus 100 faiz payı arvadı X2 bağışlamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Quba AİK sənədlərində xx.xx.1996-cı il tarixli 53 saylı qərar aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2628/2024 saylı məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Söhüb kəndi üzrə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 53 saylı Qərarı və ona əlavə edilmiş sənədlər, eləcə də “Xəndan” kəndli fermer təsərrüfatına dair məlumat aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş Dövlət Torpaq Komitəsinin Quba rayon şöbəsinin təsdiq etdiyi şəhadətnamədə sözügedən torpaq sahəsi 1919.0 ha olaraq (“Sənəm” yaylağ və “Yarımca” yaylağı) göstərilmişdir. Həmin Şəhadətnamədə mülkiyyətçi “Xəndan” kəndli fermer təsərrüfatı qeyd olunmuşdur. Şəhadətnamədə “Sənəm" yaylağı 1695.0 ha, “Yarımca" yaylağı isə 224.0 ha olaraq göstərilməsinə baxmayaraq baza məlumatlarında olan xəritə materiallarına əsasən “Sənəm" yaylağı 1681.83 ha kimi, “Yarımca” yaylağı isə 209.96 ha ( ümumilikdə 1891.79 ha) olaraq göstərilmişdir. Qeyd edək ki, “Sənəm" yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. “Yarımca” yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUlS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və həmin torpaq sahəsinin 170.0 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində xx.xx.2023 reyestr tarixli, **********31 reyestr nömrəli çıxarışa əsasən Quba rayon İcra Hakimiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissədə isə heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmə mövcud deyil. Bildiririk ki, iddiaçı “Yarımca” yaylağından istifadə etmir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə **********31 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron bazada mövcud olan “Azərbaycan Respublikası Quba rayonu Söhüb kəndi “Müşfiq” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”nə əsasən “Yarımca yay otlağı” yaylağının yerləşdiyi torpaq sahəsi kənd təsərrufatı təyinatlı örüş torpaq sahəsidir. 1993-cu ilə aid “Azərbaycan Respublikası Quba rayonunun yay otlaqlarının dövlət torpaqlarının uçotuna aid yerquruluşu planı”na və “Azərbaycan Respublikası Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qusar, Quba rayonları ərazisində “Şahdağ Milli Parkı”na ayrılacaq torpaqların yerquruluşu planı”na əsasən “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin bir hissəsi kənd təsərrufat təyinatlı örüş torpaq sahəsi, bir hissəsi isə Şahdağ Milli Parkının ərazisinə düşməklə xüsusi qorunan topraqlara aiddir. Aparılmış araşdırma nəticəsində “04 yanvar 1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin surəti və həmin şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri Mərkəzin arxivində aşkar olunmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1996-cı il tarixli 53 saylı qərarı ilə Quba rayonu Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi X6 (“Xəndan” X3) mülkiyyətinə verilmişdir. Vərəsəlik hüququ əsasında “Xəndan” Kəndli fermer təsərrüfatı X7 adına keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən “Xəndan” Kəndli fermer təsərrüfatı İddiaçı MMC-nə çevrilmişdir. İddiaçı MMC-nin 100% pay sahibliyi ilə təsisçisi X9 olmuşdur. 19 iyul 2023-cü il tarixində Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən müvafiq yoxlamalardan sonra torpaq sahəsinin İddiaçı MMC-nə məxsus olması müəyyən edildikdən sonra təsdiq edilmiş X8 Müqaviləsinə əsasən X9 İddiaçı MMC-nin 100% payını arvadı X2 bağışlamışdır. İddiaçı hazırda Quba rayonu, Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyat alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, torpaq sahəsinin sərhədləri ərizəçilər tərəfindən təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-12421/2023 nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, ərizədə qeyd edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba AİK sənədlərində xx.xx.1996-cı il tarixli 53 saylı qərar aşkar edilməmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv arayışı, Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2628/2024 saylı məktubu) xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş Dövlət Torpaq Komitəsinin Quba rayon şöbəsinin təsdiq etdiyi şəhadətnamədə sözügedən torpaq sahəsi 1919.0 ha olaraq (“Sənəm” yaylağ və “Yarımca” yaylağı) göstərilmişdir. Həmin Şəhadətnamədə mülkiyyətçi “Xəndan” kəndli fermer təsərrüfatı qeyd olunmuşdur. Şəhadətnamədə “Sənəm" yaylağı 1695.0 ha, “Yarımca" yaylağı isə 224.0 ha olaraq göstərilməsinə baxmayaraq baza məlumatlarında olan xəritə materiallarına əsasən “Sənəm" yaylağı 1681.83 ha kimi, “Yarımca” yaylağı isə 209.96 ha ( ümumilikdə 1891.79 ha) olaraq göstərilmişdir. “Sənəm" yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. “Yarımca” yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUlS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və həmin torpaq sahəsinin 170.0 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində xx.xx.2023 reyestr tarixli, **********31 reyestr nömrəli çıxarışa əsasən Quba rayon İcra Hakimiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissədə isə heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmə mövcud deyil. İddiaçı “Yarımca” yaylağından istifadə etmir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə **********31 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron bazada mövcud olan “Azərbaycan Respublikası Quba rayonu Söhüb kəndi “Müşfiq” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”nə əsasən “Yarımca yay otlağı” yaylağının yerləşdiyi torpaq sahəsi kənd təsərrufatı təyinatlı örüş torpaq sahəsidir. 1993-cu ilə aid “Azərbaycan Respublikası Quba rayonunun yay otlaqlarının dövlət torpaqlarının uçotuna aid yerquruluşu planı”na və “Azərbaycan Respublikası Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qusar, Quba rayonları ərazisində “Şahdağ Milli Parkı”na ayrılacaq torpaqların yerquruluşu planı”na əsasən “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin bir hissəsi kənd təsərrufat təyinatlı örüş torpaq sahəsi, bir hissəsi isə Şahdağ Milli Parkının ərazisinə düşməklə xüsusi qorunan torpaqlara aiddir. Aparılmış araşdırma nəticəsində “04 yanvar 1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin surəti və həmin şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri Mərkəzin arxivində aşkar olunmamışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 1919.0 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyat alınmasının hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3.Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri , meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədə malik deyil, həmçinin iddia edilən torpaq sahəsinin bir hissəsi kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsi, bir hissəsi isə Şahdağ milli Parkının ərazisinə düşməklə xüsusi qorunan torpaqlara aiddir. Belə olan halda cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova