Məhkəmə qərarları › İş №2-1(118)-1246/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1246/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1246/2023 01.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X22 oğlunun katibliyi ilə, İddiaçı Zəkəriyyə oğlunun iştirakı ilə İddiaçı Zəkəriyyə oğlunun Cavabdehnə qarşı “Cavabdeh böyük icra məmuru Şamo babayevin xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi, qanunsuz və əsassız tutulmuş 7 % icra ödənişi məbləği-9991,83(soqquz min doqquz yüz doxsan bir manat səksən üç qəpik) AZN pul məbləğinin ona qaytarılması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zəkəriyyə oğlu yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh böyük icra məmuru Şamo Babayevin xx.xx.2021-ci il tarixli Qərarı ilə ondan və zamin duran digər şəxslərdən "xxxx" QSC-nin xeyrinə olan borc pulun 7%-i- 9991.83 (doqquz min doqquz yüz doxsan bir manat səksən üç qəpik) AZN məbləğində icra ödənişi alınmışdır. Qərar əsassız və qanunsuz olduğu və hüquqlarını pozduğuna görə o, Cavabdehnə müraciət edərək, qeyd olunan qərarın bir nüsxəsinin ona rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir. Həmin qərarın bir nüsxəsi 16 may 2022-ci ildə imza etdirilərək ona təqdim edilmişdir. Aşağıda qeyd olunanlara əsasən Cavabdeh böyük icra məmuru Şamo Babayevin xx.xx.2021-ci il tarixli Qərarım qanunsuz və əsassız hesab edir. Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(031)-8/2019 sayh qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərovun sədrliyi ilə) iddiaçı ’’AcessBank” Qapalı Səhmdar Cəmiyyətinin X15, X11,X17, X12 və X4 qarşı “Kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” ilk iddiası qismən təmin edilmiş və İddiaçı Zəkəriyyə oğlunun "xxxx"Qapalı Səhmdar Cəmiyyətinə, X18 və X17 qarşı “Kredit müqavilələrinin ləğv edilməsi, əsassız tutulmuş pulun kredit borcuna əlavə edilməsi, 01 İRİ505670400 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin başqa şəxslərə yönəldilməsi tələbinə dair” qarşılıqlı iddiası isə təmin edilməmişdir. Həmin qətnamə ilə İddiaçı Zəkəriyyə oğlu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyət Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11L000000736 saylı kredit müqaviləsinə xitam verilməsi İddiaçı Zəkəriyyə oğlundan, X7, X8 müştərək qaydada iddiaçı "xxxx" QSC - nin xeyrinə 11R000005301 saylı kredit razılaşması üzrə 12468,14 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 13206,37 ABŞ dolları məbləğində borc 011R000006348 saylı kredit razilaşması üzrə 20947,28 ABŞ dolları məbləğində borc 3286 ,39 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 24233,67 ABŞ dolları məbləğində borc ümumilikdə cəmi 88829 ,20 ABŞ dolları məbləğində borc məhkəmədə iddia qaldirmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumlarının və 42 manat xidmət haqqı tutulması qət edilmişdir. Bu qətnamə ilə eyni zamanda tələbin Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində İddiaçı Zəkəriyyə oğlunun mülkiyyətində olan 0,018 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 297 ,2 kv.m. ümumi 108 kv.m tikintialtı sahədən ibarət qeyri yaşayış binasına (mağaza) və Şabran Şəhəri F.X.Xoyski küçəsində X16 mülkiyyətində olan 0,0366 ha torpaq sahəsi və hemin torpaq sahəsi üzərində yerləşən (həyətyanı tikili və qurğular da daxil olmaqla) 21 saylı fərdi yaşayış evinə yönəldilməsi həmin əmlakların açıq hərracdan satılması və cəmi 88829, 20 ABŞ dolları məbləğində borcun ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satıçından əldə olunan vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsii hərracdan əldə olunmuş vəsait borcun ödənilməsi kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin Şabran Şəhəri M.Ə.Rəsulzadə küçəsində mənim mülkiyyətimdə olan 0,018 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 297.2 kv.m., ümumi 108kv.m tikintah sahədən ibarət qeyri yaşayış binasına (mağaza) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri -yaşayış binasının boşaldılması və "xxxx" Qapah Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmşinin Şabran şəhəri, F.X.Xoyski küçəsində X16 mülkiyyətində olan 0,0366 ha torpaq sahəsi və həmin tormaq sahəsi üzərində yerləşən (həyətyanı tikli və qurğular da daxil olmaqla) 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satildiqdan lay sonra həmin F.Ə.Səfərəliyev T.P.Cavadov və A.G.Cavadov və A.G.Səfərəliyevanın həmin fərdi yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması həmin əmlakın boşaldılması və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkiməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-963 2020 saylı qətnaməsi ilə (hakim T.O.Quliyevİn sədrliyi və məruzəsi ilə) iddiaçinin verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş mənim verdiyim apellyasiya şikayət isə təmin edilməmişdir. Apellyasiya məhkəməsinin bu qətnaməsi ilə Şabran Rayon Məhkəmsinin xx.xx.2019cu il tarixli qətnaməsi - İddiaçı Zəkəriyyə oğlu, X19, X20, X23, X5 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutmalı 11R000005301 saylı kredit razılaşması üzrə 738.23 ABŞ dolları faiz borcu,011R000006348 saylı kredit razılaşması üzrə 3286.39 ABŞ dolları məbləğində faiz borcu və 011R150670400 saylı kredit razılaşması üzrə 44323.85 ABŞ dolları məbləğində əsas kredit borcu və 7065.31 ABŞ dolları məbləğində faiz borcu hissəsində dəyişdirilib cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 11R000005301 saylı kredit razılaşması zrə 168.83 ABŞ dolları faiz borcu xx.xx.2013-c il tarixli 011R000006348 sayli kredit razılaşması ürə 3113.28 ABŞ dolları faiz borcu xx.xx.2015 0 ci il taarixli 01 İRİ505670400 saylı kredit razılaşması üzrə 44232.85 ABŞ dolları əsas borc 2521.21 ABŞ dolları faiz borcunun müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin iddia tələbi kredit müqavilələri üzrə cərimə tələbinə dair hissədə təmin edilərkən cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 11R00005301 saylı kredit razılaşması üzrə 100ABŞ dolları xx.xx.2013 -cü il tarixli 011R000006348 saylı kredit razılaşması üzrə 150 ABŞ dolları və 25 002.2015—ci il tarixli 011R********** Saylı kredit razılaşması üzrə 200ABŞ dolları məbləğində cərimə tutulması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Şabran Şəhəri F.X.Xoyski küçəsində X16 mülkiyyətində olan 0.366 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən (həyətyanı tikli və qurğular da daxil olmaqla) 21 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat məbləğində və Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində mənim mülkiyyətimdə olan 0,018 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 297.2 kv.m ümumi, 108 kv.m tikintialtı sahədən ibarət qeyri yaşayış binasının (mağaza) ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən olunması qət olunmuşdur. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. yuxanda qeyd etdiyi məhkəmə sənədlərindən də görünür ki, məhkəmələr həm pul ödənilməsi, bu şəkildə icra oluna bilməzsə alternativ olaraq əmlaka yönəltmə şəklində icra olunmalı olan qətnamələr qət etmişlər. İcra məmuru qeyd etdiyi məhkəmə qərarlarının olmasına baxmayaraq əsassız və qanunsuz olaraq xx.xx.2021 -ci il tarixli Qərarı ilə İddiaçı Zəkəriyyə oğlundan və zamin duran digər şəxslərdən "xxxx" QSC-nİn xeyrinə olan borc pulun 7%-i- 9991.83 (doqquz min doqquz yüz doxsan bir manat səksən üç qəpik) AZN məbləğində icra ödənişi tutmuşdur. İcra məmuru “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını ciddi surətdə pozaraq, icraat başa çatmamış, nəticələri müəyyən edilməmiş, keçirilən hərrac nəticəsində onun ipoteka qoyduğu əmlaklar kredit borcu əvəzinə bankın mülkiyyətinə keçməsinə və artıq pul məbləğinin qalmadığı halda 7% icra ödənişinin tutulması barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki, məhkəmə qərarların icrası ilə bağlı inzibati orqanların hərəkət və qərarlarından yaranmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)- 963/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclular X9,X7,X6,X13 və X5 müştərək qaydada “Accessbak’’QSC-nin xeyrinə tutulmalı 11R000005301 saylı kredit razılaşması üzrə 738,23 ABŞ dolları məbləğində faiz borcu,011R000006348 saylı kredir razılaşması üzrə 3286,39 ABŞ dolları məbləğində faiz borcu və 011R********** saylı kredit razılaşması üzrə 44323,85 ABŞ dolları məbləğində əsas kredit borcu və 7065,31 ABŞ dolları məbləğində faiz borcu hissəsində dəyişdirilib,X1,X7,X6,X13 və X5 müştərək qaydada “Accessbank"QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 11R000005301 №-li razılaşma üzrə 168,83 ABŞ dolları faiz borcu,xx.xx.2013-cü il tarixli,011R000006348 saylı kredit razılaşması üzrə 3113,28 ABŞ dolları faiz borcu,xx.xx.2015-ci il tarixli,011R********** saylı kredit razılaşması üzrə 44232,85 ABŞ dolları əsas borc 2521,27 ABŞ dolları faiz borcu müəyyən edilməlidir. X1, X7,X6,X13 və X5 müştərək qaydada '‘Accessbak”QSC-nin xeyrinə xx.xx.2013cü il tarixli 11R000005301№-li razılaşma üzrə 100 ABŞ dolları,xx.xx.2013-cü il tarixli 011R000006348 saylı kredit razılaşması üzrə 150 ABŞ dolları və xx.xx.2015-ci il tarixli 011R**********0 saylı kredit razılaşması üzrə 200 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Şabran şəhəri,F.X.Xoyski küçəsində X16 mülkiyyətində olan 0,0366 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən (həyətyanı tikili və qurğular da daxil olmaqla) 21 saylı fərdi yaşayış evinin likvid olaraq ilkin satış qiyməti 60000 manat məbləğində və Şabran şəhəri,M.Ə.Rəsulzadə küçəsində X14 mülkiyyətində olan 0,018 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli,297,2 kv.m ümumi,108 kv.m tikintialtı sahəsində ibarət qeyri yaşayış binasının (mağaza) likvid olaraq ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməlidir. "xxxx"QSC və X21 arasında bağlanmış xx.xx.2011-ci il tarixli,11L000000736 saylı kredit müqaviləsinə xitam verilməli,X1,X7,X6,X13 və X5 müştərək qaydada "xxxx" QSCnin xeyrinə xx.xx.2013-cü il tarixli, 11R000005301 saylı kredit razılaşması üzrə 12468,14 ABŞ dolları məbləğində əsas borc,xx.xx.2013-cü il tarixli,011R000006348 saylı kredit razılaşması üzrə 20947,28 ABŞ dolları məbləğində əsas borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqları tutulmalı.tələb Şabran şəh.M.Ə.Rəsulzadə küçəsində X14 mülkiyyətində olan 0,018 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli,297,2 kv.m ümumi,108 kv.m tikintialtı sahədən ibarət qeyri-yaşayış binasi (mağaza) və Şabran şəh.F.X.Xoyski küçəsində X16 mülkiyyətində olan 0,0366 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən (həyətyanı tikili və qurğular da daxil olmaqla ) 21 saylı fərdi yaşayış evinə yönəldilsin,həmin əmlaklar açıq hərracda satılmalı və ödənilmiş 30 manat manat məbləğində dövlət rüsumu,ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı ipoteka predmentinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına “Accessbank"QSC-yə ödənilməli,həraracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ X10,X7,X6,X13 və X5 müştərək qaydada tutulmalı, Şabran şəh.M.Ə.Rəsulzadə küçəsində X14 mülkiyyətində olan 0,018 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli,297,2 kv.m ümumi, 108 kv.m tikintialtı sahədən ibarət qeyri- yaşayış binasi (mağaza) tutma yönəldilməli və o satıldıqdan 1 ay sonra həmin qeyri - yaşayış binası boşaldılmalı və “Accessbank"QSC-yə təhvil verilməli, Şabran şəh.F.X.Xoyski küçəsində X16 mülkiyyətində olan 0,0366 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən (həyətyanı tikili və qurğular da daxil olmaqla ) 21 saylı fərdi yaşayış evinə tutma yönəlsin və satıldıqdan 1 ay sonra X18,X23 və X3 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilsin,onlar həmin fərdi yaşayış evindən çıxarılmalı,həmin əmlakın boşadılmalı və "xxxx"QSC təhvil verilməli,X14 qarşılıqlı iddiası təmin edilməsin hissəsində dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi 06 iyul 2021 -ci il tarixdə Cavabdeh icraatına daxil olmuşdur. İcra sənədinin icraatına başlanılması haqqında qəbul edilmiş 06 iyul 2021-ci il tarixli qərarın surəti tərəflərə göndərilməklə icra sənədinin 10 gün müddətində könüllü icra olunması üçün borclulara bildiriş göndərilmişdir. 21 oktyabr 2021-ci il tarixdə tərəfimizdən qeyd olunan icra sənədi üzrə hərracın keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xamal və X34 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məktub göndərilmişdir. X2 tərəfindən bankın xeyrinə 22 noyabr 2021-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Keçirilmiş hərraclar zamanı tələbkar “"xxxx" QSC xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evi 38.250 manata və qeyri yaşayış binası isə 82875 manata borcun əvəzində öz balansına almışdır. Hərrac zamanı artıq qalmış 12060 manat məbləğində pulu Cavabdeh depozit hesabına köçürülmüşdür. Həmin məbləğdən 10.000 Ədliyyə Nazirliyi depozit hesabına köçürülmüş digər qalan 2060 manat isə xx.xx.2022-ci il tarixdə borclunun şöbəyə təqdim etdiyi hesaba köçürülmüşdür. Tərəflərindən aparılan məcburi icra tədbirləri nəticəsində qeyd olunan icra sənədinin icrası təmin olunmuşdur. Qeyd edilənlərə əsasən qəbul edilmiş icra ödənişinin alınması haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd eddilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. İddiaçının ərizəsindən cavabdehin iddiaya etirazından və iş materiallarından görsənir ki, iddiaçı Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır və mübahisələndirilən qərar məhkəmə qərarının icrası zamanı qəbul edilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar