Məhkəmə qərarları › İş №2-1(118)-1249/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1249/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1249/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı "ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 iyul 1972-ci ildə Şamaxı rayonunun İ Çaylı kəndində anadan olmuşdur. Ona verilmiş doğum şahadətnaməsi itirdiyinə görə təkrara doğum şəhadətnbaməsinin alınması üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir.Lakin şəxsiyyət vəsiqəsi olmaması səbəbinbdən ona təkrar doğum şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Bütün bu qeyd edilənlərə əsasən o, İnzibati məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsi iddia tələbinə münasibət bildirməmişdir ki, məhkəmənin əvvəlki iclasları ilə əlaqədar cavabdeh məhkəmədən xahiş etmişdir ki, məhkəmə iclaslarına onların nümayəndəsinin iştrakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 oktyabr 2020-ci il tarixli, 05/Q-820/15 saylı imtina məktubu, Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının İ Çaylı İnzibati Ərazi Dairəsinin verdiyi 31.05.2021-ci il tarixli 109 saylı arayışı,İddiaçı məxsus olan NZ ******* saylı hərbi biletin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şamaxı rayonunun İ Çaylı kəndində anadan olmuş və ona İ Çaylı kənd icra nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Hal hazırda iddiaçı doğum haqqında şahadətnaməsini təkrar olaraq almaq fikrindədir, lakin Şamaxı rayon qeydiyyat şöbəsi iddiaçıdan şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb edir. Belə ki, Şamaxı rayon qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən təkrar doğum şəhadətnaməsi verilərkən müraciət edənin şəxsiyyətini təstiq edən sənədin təqdim edilməsinə zərurət olmasını bildirir. İddiaçı şəxsiyyət vəsiqəsi olmaması səbəbindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə İddiaçı şəxsiyyət vəsiqəsinin verilməməsi müəyyən edildi. Bundan başqa Şamaxı rayon İ Çaylı kənd inzibati nümayəndəliyi tərəfindən 109 saylı 31.05.2021-ci il tarixli arayışından görünür ki, X1 Şamaxı rayon İ Çaylı kəndində yaşayır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından daha üstün mövqeyə malik olna Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təstiq edilmiş Əsasnaməyə əsasən şəxsə ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən mütləq şəkildə onun doğum haqqında şəhadətnaməsi şəxsiyyət vəsiqəsi verən orqana təqdim edilməlidir. Hesab olnur ki, İddiaçı özünə aid olan doğum haqqında şəhadətnamənin dublikatını almaqda konstitusion hüquqlara malikdir və ona görədə onun verdiyi iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, rəsmi sənəd itdiyinə görə qeydiyyat şöbələri tərəfindən əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında şəhadətnamənin təkrar (dublikatının) verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar