Məhkəmə qərarları › İş №2-1(118)-125/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-125/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-125/2021 14.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, XN Ramiz qızının katibliyi, İddiaçı (Şamaxı şəhəri, M.Ə.Əfəndiyev küçəsi N0 saylı evdə yaşayan), Cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, T.Məmmədov küçəsi ev 14 mənzil N8-də yaşayan), Üçüncü şəxsin nümayəndəsi X1 (Azərbaycan Respublikası FHN Mülki müdafiə qoşunları komandanlığının Hüquq bölməsinin rəisi, Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ev 1N4 bina 1 A mənzil 8-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı beş aylıq maaş həcmində birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublkikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, NN ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ehtiyata buraxılarkən tutduğu yeməkxana rəisi vəzifəsinin və gizir hərbi rütbəsinin hazırki vəzifə maaşı və rütbə maaşı nəzərə alınmaqla 5 aylıq maaş həcmində birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı N5 ildən artıq xidmət keçdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin 03.1N.N000-ci il tarixli 01N7 jm saylı əmri əsasında N saylı hərbi hissə komandirinin N saylı N9.1N.N001-ci il tarixli əmri ilə N saylı hərbi hissənin yeməkxana rəisi vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Hərbi qulluqçu ehtiyata buraxılarkən hərbi hissə ilə qəti hesablaşma zamanı ona verilməli olan əlavə pul təminatı növləri onun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması haqqında hərbi hissə komandirinin nizami hissə üzrə verilən əmrində göstərilməlidir. İddiaçının ehtiyata buraxılması barədə əmrində əlavə pul təminatları növlərinin (birdəfəlik pul mükafatı, maddi yardım) ödənilməsi göstərilsə də, birdəfəlik müavinətin ödənilməsi göstərilməmişdir. Bu səbəbdən həmin müavinət ödənilməmişdir və əmrdə göstərilmədiyindən ödənilə də bilməzdi. İddiaçı cavabdeh orqana müraciət edərək 5 aylıq maaş həcmində müavinətin ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə N3.01.N0N0-ci il tarixli 1N/135 nömrəli məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı pensiya şəxsi işində olan haqq-hesab kitabçasında aparılan qeydlərə görə birdəfəlik müavinət ona tam həcmdə ödənilmişdir. Əmrdə birdəfəlik müavinətin tutulması qeyd edilməmişdir. Çünki “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin N3N-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuya axırıncı hesablaşmalar verilərkən və təxris olunmaları ilə bağlı sənədlər təqdim edilərkən ödəniir. Bununla bağlı ayrıca əmrin verilməsinə zərurət olmamışdır. Birdəfəlik müavinətlər hərbi hissələrdə hərbi qulluqçulara əlavə paylama cədvəlləri ilə ödənilir, həmin cədvəllər arxivə təhvil verilmir və onlar hərbi hissədə saxlama müddəti N ildir. Bu müddət bitdikdən sonra həmin xədvəllər nüvafiq qaydada məhv edilirlər. Üçüncü şəxsin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı N000-ci ilin dekabr ayında təxris edilmiş, Fövqəladə Hallar Nazirliyi isə N005-ci ilin dekabr ayının 16-da yaradılmışdır. Bu səbəbdən mübahisənin FHN-nə hər hansı aidiyyəti yoxdur. İş materiallarında olan : -N saylı hərbi hissənin N9 dekabr N001-ci il tarixli N saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 03 dekabr N000-ci il tarixli 01N7 JM saylı əmrinin icrası ilə əlaqədar olaraq və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin Nb” bəndinə əsasən (yaşa görə) N saylı hərbi hissənin yeməkxana rəisi gizir İddiaçı N6 dekabr N000-ci il tarixdən Silahlı Qüvvələrin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar olaraq vəzifəsini və işini təhvil vermiş hesab edilmişdir. 18 fevarl N001-ci il tarixdən şəxsi heyətin siyahısından, nütün təminat növlərindən silinmiş, N000-ci ilinn nəticələrinə görə birdəfəlik pul mükafatına layiq olduğundan ödənilmişdir, N000-ci ilin maddi yardım ödənilib qeydiyyata durmaq üçün Şamaxı RHK-na göndərilmişdir. -iddiaçı Nallahyarova aid haqq-hesab kitabçasından görünür ki, həmin kitabçanın axırıncı səhifəsində aparılan qeydə görə təxris olunarlın 18.0N.N000-ci il daxil olmaqla təmin edilmiş və 640.000 manat birdəfəlik müavinəti ödənilmişdir. Təxris gününə qədər hər ay 35000 manat rütbə maaşı, uzunmüddətli xidmətə görə faiz əlavəsi 30 faiz -38400 manat, 1N3.733 manat ərzaq pulu əvəzinə pul kompensasiyası və ümumi olaraq N90133 manat məbləğ ödənilmişdir. -cavabdeh Azərbaycan Respulikası Müdafiə Nazirliyi tərəfindən verilmiş N3.01.N0N0-ci il tarixli 1N/315 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata biraxılması tarixindən 18 ildən çox vaxt keçdiyindən, saxlama müddəti bitdiyi üçün müvafiq təsdiqedici sənədlər ləğv edildiyindən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə uyğun olaraq iddia müddəti başa çatdığından ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun N-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun N0-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə N0 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. 05.06.N00N-ci il tarixədək qüvvədə omuş Müdafiə nazirinin 03.08.1993-cü il tarixli N49 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin NN8-ci bəndinə görə hərbi xidmətdən yaşa görə, xəstəliyə ştat ixtisarı və ya məhdud sağlamlığa görə təxris olunan pensiya hüququna malik zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçulara təxris olunarkən 5 aylıq maas həcmində, digər əsaslarla görə təxris olunanlara isə N aylıq maaş həcmində birdəfəlik müavinət verilir. Əsasnamənin N3N-ci bəndinə görə hərbi qulluqçulara birdəfəlik və işdən çıxma nüavinətləri hərbi hissələr tərəfindən son haqq-hesab zamanı və təxris olunma sənədlrin təqdim olunması zamanı verilir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Əsasnamədə hərbi qulluqçuya hərbi xidmətdən təxris olunarkən birdəfəlik müavinətin ona ödənilməsi üçün hərbi hissə komandirinin əmrinin zəruri olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin NN0 nömrəli, 05.06.N00N-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 190-cı bəndinə əsasən: “Zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət hərbi qulluqçularına yanvarda ötən ilin iş yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə iki aylıq maaş həcmində birdəfəlik pul mükafatı verilir. Məhkəmə hesab edir ki, hərbi qulluqçu təxris olunarkən ona qanunvericilik normalarında nəzərdə tutulmuş birdəfəlik müavinətin ödənilməməsi ağlabatan deyildir. Belə ki, həmin müavinətin verilməsi üçün əmrin olması zəruri olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin qanun əsas müəyyən edilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar