Məhkəmə qərarları › İş №2-1(118)-1252/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1252/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1252/2020 19.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X1rşı ünvan 2 saylı ünvanda yerləşən 150 kv m torpaq sahəsinə və torpaq sahəsinin üzərində olan ümumi sahəsi 98.9 kv m ölçüdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyesytrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkünvan 2 saylı ünvanda yerləşən 150 kv m torpaq sahəsinə və torpaq sahəsinin üzərində olan ümumi sahəsi 98.9 kv m ölçüdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyesytrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinin tələbinəəsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisə həll olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehDƏDRX-nin 4 saylı X1rşı Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsi 40 saylı ünvanda yerləşən 150 kv m torpaq sahəsinə və torpaq sahəsinin üzərində olan ümumi sahəsi 98.9 kv m ölçüdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyesytrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinədair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar