Məhkəmə qərarları › İş №2-1(118)-1252/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1252/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1252/2023 04.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Abşeron rayon Saray bələdiyyəsinə qarşı “Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolunun gündəliyində duran 0.12 ha, 0,0308 ha və 0.17 ha torpaq sahələrinin mülkiyyətə verilməsi barədə 04, 05 və 06 nömrəli qərarlarının(aktlarının) ləğv olunması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Abşeron rayon Saray bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolunun gündəliyində duran 0.12 ha, 0,0308 ha və 0.17 ha torpaq sahələrinin mülkiyyətə verilməsi barədə 04, 05 və 06 nömrəli qərarlarının(aktlarının) ləğv olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq Abşeron rayonu Saray bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolunda göstərilən bələdiyyə aktına (qərarına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə iclasının 04, 05 və 06 nömrəli aktları (qərarları) ilə müvafiq açıq müsabiqənin keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Lakin bələdiyyə tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin satışı zamanı bazar qiymətinin nəzərə alınıbalınmaması qərarda qeyd olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin “Torpaq bazarı haqqında” Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə görə torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Bazar qiyməti isə torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Həmin Məcəllənin 96-cı maddəsinin 5-ci bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Tərəflərindən Abşeron rayon 1 saylı notariat ofisinə göndərilmiş sorğuya cavab olaraq Abşeron rayon ərazisində yaşayış məntəqələrinin torpaq sahələrinin alqı-satqı qiymətləri 1000 manatdan 20.000 manatadək müəyyən edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-ci maddəsinə uyğun olaraq sözügedən bələdiyyə aktlarının ləğv edilməsi üçün idarə tərəfindən xx.xx.2022-ci il tarixdə 06/1676 saylı məktubla təklif göndərilsə də təklif hazırki vaxtadək dəyişiklik və ya ləğv edilməmişdir. Tərəfimizdən bələdiyyələrə, o cümlədən Saray bələdiyyəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda “Torpaqların satışı və icarəyə verilməsi zamanı qiymətlərin müəyyən edilməsinin normativ əsaslan” barədə tövsiyə məktubu göndərilsə də həmin tövsiyə məktubu bələdiyyə qərarlarında nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddianı müdafiə etmtişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qərarın 10.1-ci maddəsinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İddiaçı Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas protokolunun gündəliyində duran 0.12 ha, 0,0308 ha və 0.17 ha torpaq sahələrinin mülkiyyətə verilməsi barədə 04, 05 və 06 nömrəli qərarlarının(aktlarının) ləğv olunmasını istəyir. Göründüyü kimi iddiaçı eyni zamanda bir neçə müstəqil iddia tələbi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, belə olan halda iddia tələbi iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, iddia tələblərini dəqiqləşdirərək sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar