Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1253/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin 1 ha hissəsinə İddiaçı mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması və həmin torpaq sahəsinə dair mülkiyyətdən çıxarışın və texniki pasportun İddiaçı adına verilməsi öhdəliyinin cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Əraza İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 22 iyun 2006-cı il tarixində AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında X1 adına torpaq mülkiyyət hüququna dair dövlət aktı (JN- 0228 KOD 30212068 saylı) əsasında rəsmiləşdirilmiş torpağa 1 ha sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində qiymətə alınması barədə müraciəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina ilə cavablandırılmış və əsas olaraq tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi və alqı-satqı müqaviləsinin əsli göstərilmişdir. Halbuki alqı-satqı müqaviləsinin notarial təsdiq surəti İddiaçı tərərfindən cavabdeh orqana təqdim edilmiş və tərəflərin hər hansı bir razılaşdırılmış növbəti bir sənədə ehtiyac olunmadığı nəzərə alınmalıdır. Belə ki, sənədlər torpağın mülkiyyətçisi tərəfindən qanuini əsaslarla alqı-satqı edilmiş və qanuni qüvvəsi olan AN-İ № ******* saylı alqı-satqı müqaviləsi mövcuddur. Göründüyü kimi cavabdeh orqan İddiaçı qanunla müəyyən edilmiş hüquqlarını pozmuş və mülkiyyət hüququnu əldə etmənin qarşısını almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əsasən 1.44 ha torpaq sahəsinin 1 ha hissəsi satıldığına görə hazırkı iş üzrə qəbul ediləcək qərar torpaq sahəsini satan X1 qanunla qorunan maraqlarına toxuna biləcəyi nəzərə alınaraq məhkəmənin 31 avqust 2021-ci il tarixli qərardadına əsasən X3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 06 oktyabr 2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, həmin tarixdə məhkəməyə təqdim edilmiş, İddiaçı tərəfindən vurulmuş teleqramda iddia ərizəsinin geri götürməsini nəzərə alıb buna dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının məhkəmə iclasına gəlməməsi və teleqramına əsasən iddia ərizəsini geri götürdüyünü bildirməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1253/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1253/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver