Məhkəmə qərarları › İş №2-1(118)-1254/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1254/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1254/2023 23.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixdən iddiaçıya ikinci qrup əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçının cavabdeh təşkilat tərəfindən səhiyyə müəssisəsinin 088№-li göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni ağır ümumi xəstəlik əsasında əlil olmasının müəyyən edilməsi və 01 iyun 2021-ci il tarixdən əlillik təyin olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2021-ci il tarixdən iddiaçıya ikinci qrup əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə Abşeron rayonu Giləzi qəsəbəsində anadan olmuşdur. O, 2003-cü ildən-2021-ci ilin may ayına kimi ümumi xəstəlikdən 2-ci qrup əlil kimi xüsusi yaradılmış şəraitdə işləmək bacarığı ilə əlil kimi pensiya almışdır. Sonuncu dəfə aldığı pensiyanın məbləği 250 manat olmuşdur. Lakin 2021-ci ilin may ayından sonra pensiyasınıı kəsmişlər və bildirmişlər ki, həkimlər düzgün 088 doldurmamışlar. Lakin bunun üçün o təqsirli deyildir. Yuxarıda göstərilənləri TƏBİB-in Xızı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının F-088 rəyi də bir daha sübut edir. Həmin rəydə əlilliyin təyini üçün TSEK-ə göndəriş üçün bütün əsaslar ilkin olaraq göstərilmişdir. Ona əlilliyin müəyyən edilməsi və pensiya təyini barədə cavabdehlərə dəfələrlə müraciət etməyisinə baxmayaraq cavabdeh təşkilatlar tərəfindən ona əlillik təyin edilməsi əvəzinə qanunsuz və əsassız olaraq əlillik təyin edilməsindən imtina edilmişdir. Hal-hazırda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq səhiyyə müəssisəsinin 088 N-li göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunmasına dair qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Xızı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsur.a- deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliya = [inkişaf qüsurları] => Q82 - Dərinin digər anadangəlmə..., Diaqnozun mətni: Hər iki ovuc pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşmas” “Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: ANOMİYALAR” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar (inkişaf qüsurlar) deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyala [inkişaf qüsurları] -> Q82 - Dərinin digər anadangəlmə..., Diaqnozun mətni: Hər iki ovuc vs pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: ANOMİYALAR;” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q82 - Dərinin digər anadangəlmə. Diaqnozun mətni; Dərinin digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsurları, İrsi ailəvi əl-aya: kerotodermiyası. Hərəkətsizliklə bağlı osteoporoz, Hərəkətsizliklə bağlı osteoporoz., Məzkəzi göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q80-Q89 - Digər anadangəlmə anomaliyalar [inkişaf qüsurları] => Q82 - Dərinin digər anadangəlmə. Diaqnozun mətni: Dərinin digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsurları, Xəstə daim müalicə qəbul etməlidir. Ağırlaşma M81.2 Hərəkətsizliklə bağlı osteoporoz, xəstədə hərəkətsizliklə bağlı osteoporoz yaranıb. Ağırlaşma M83 yaşlılarda osteomalyasiya, Mərkəzə gönrdərilmənin/imtinanın səbəbi: göndərişin natamam doldurulması – xəstəliyin ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin.” Səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul etmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayət verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq,o 2022-ci ilin iyun ayında, yəni təxminən 5 ay sonra xx.xx.2022-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ’’İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü, bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də həzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyim, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin, bir iddiada birləşdirilməsinin mümkünlüyünü. İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümüküniüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.4cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ,2008-ci il 29 : fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və yə stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5 1-cİ yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göründüyü kimi, iddiaçıya sonuncu göndəriş əsasında imtina verilməinin səbəbi – “Göndərişin natamam doldurulması- səbəb: xəstəliyin ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin” olmuşdur. İddiaçı sözgügedən aidiyyəti sənədləri təqdime dərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə də müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dırıcısi verilə bilər , buna görə də iddiaçının tələbi əsassızdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1963cü il təvəllüdlüdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən tərfib edilmiş FORMA №TSEK-2 , SER TSE- 01№ 362781 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixinədək ikinci dərəcəli ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. - Sumqayıt 3 saylı Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş Forma № 88 göndərişindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: Q82.8 dərinin digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir; Ağırlaşmalar: M81.2 hərəkətsizliklə bağlı osteoporoz, M83 yaşlılarda osteomalasiya, M68* sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi; Yanaşı xəstəliklər: T90.5 kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiyaya, F70.0 davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, H30.0 ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, K29.3 xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməli” diaqnozu müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, XVİİ Sinif- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80-Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82- dərinin digər anadangəlmə... “diaqnozları ilə 2.2 – ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “XVİİ Sinifanadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80-Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82dərinin digər anadangəlmə...; dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, irsi ailəvi əl-ayaq kerotodermiyası, hərəkətsizliklə bağlı osteoporoz, hərəkətsizliklə bağlı osteoporoz” diaqnozları ilə “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 T229/2023 saylı rəyində qeyd edilmişdir ki, “1.İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı hər iki ayaqaltı nahiyyələrində və ovuclarında dərinin qalınlaşması, quruluğun çoxsaylı dərin çatlar, (keratodermiya) səpkilər və hərəkətinin məhdudluğu müəyyən olundu. O,xx.xx.2023-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzində müayinə olunmuş və “H47.2 – Görmə sinirinin hissəvi atrofiyası. H52.2- Qarışıq astiqmatizm” diaqnozu, xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunarkən dəri həkimi tərəfindən “L85.1-Ə1 və ayaqların keratodermiyası; psixiatr tərəfindən F06.3; F48- Üzvi mənşəlilabil pozuntu konqitiv funksiyanın enməsi; nevroloq tərəfindən isə İ10- Arterial hipertenziya İİ dər. Yüksək risk ilə, İ67.8- Xroniki beyin işemiyası” diaqnozları müəyyən edilmişdir. 2.İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda müşahidə olunur. 3. İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda da müşahidə olunur, fərq isə ondan ibarətdir ki, xəstədə yaş artdıqca xəstəliyin ağırlaşmaları özünü daha ağır formada biruzə verirlər (məsələn hərəkətsizlikdən sümüklərdə osteoporoz artır, bu səbəbdən də hərkət məhdudluğu da artır və s.). 4.Yuxarıda qeyd edilən hazırda onun əziyyət çəkdiyi xəstəliklər anadangəlmə irsi olduğundan (anadangəlmə anomaliyaların) reablitasiya olunmurlar. 5.Qeyd edilən xəstəliklər əlaqədar o, dispanser qeydiyyatda olmalı və mütəmadi müayinə və müalicə almalıdır. 6.Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının göndərişində qeyd edilən “Əsas diaqnoz: Dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir. Ağırlaşmalar: hərəkətsizliklə bağlı osteoporoz, yaşlılarda osteomalyasiya, sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi. Yanaşı xəstəliklər: kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməli.” xəstəliklər tibbi sənədlərdə və əyani müayinədə müəyyən edildi. Daha dəqiq isə onu stasionara yerləşdirməklə nail olmaq olar”. - Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin iddiaçıya ünvanladığı 11 mart 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 3 saylı şəhər xəstəxanasının göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və “göndərişin natamam doldurulması” barədə qərar verilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Cavabdeh tərəfindən iddiaçıya 2003-cü il tarixindən “hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, XVİİ Sinif- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80-Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82- dərinin digər anadangəlmə... “diaqnozları ilə ümumi xəstəlik əsası ilə 2.2 – ikinci dərəcəli əlillik təyin təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlillik hər növbəti müayinə zamanı da təyin edilmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli göndərişlər əsasında keçirilmiş təkrar müayinələr zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin” qeyd etmişdir. İddiaçı hal-hazırda ona əlilliyin təyin edilməsindən imtina edilən tarixdən ikinci dərəcə əlillik təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14- N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları səpkilər hərəkətin məhdudlaşması, XVİİ Sinif- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları – Q80-Q89 – Digər anadangəlmə anomaliyalar (inkişaf qüsurları) – Q82- dərinin digər anadangəlmə...” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnozun kliniki əlamətləri və ağırlaşmaları dəqiqləşdirilsin” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 1254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 229/2023 saylı rəyində qeyd edilmişdir ki, “1.İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı hər iki ayaqaltı nahiyyələrində və ovuclarında dərinin qalınlaşması, quruluğun çoxsaylı dərin çatlar, (keratodermiya) səpkilər və hərəkətinin məhdudluğu müəyyən olundu. O,xx.xx.2023-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzində müayinə olunmuş və “H47.2 – Görmə sinirinin hissəvi atrofiyası.H52.2- Qarışıq astiqmatizm” diaqnozu, xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasf’nda müayinə olunarkən dəri həkimi tərəfindən “L85.1-Ə1 və ayaqların keratodermiyası; psixiatr tərəfindən F06.3; F48- Üzvi mənşəlilabil pozuntu konqitiv funksiyanın enməsi; nevroloq tərəfindən isə İ10- Arterial hipertenziya İİ dər. Yüksək risk ilə, İ67.8- Xroniki beyin işemiyası” diaqnozları müəyyən edilmişdir. 2.İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda müşahidə olunur. 3. İddiaçı 2016-2021-ci illər aralığında əlillik təyin edilərkən müşahidə edilmiş xəstəliklər (hər iki ovuc və pəncənin dərinin kobudlaşması və ağrıları, səpkilər, hərəkətin məhdudlaşması, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları) hazırda da müşahidə olunur, fərq isə ondan ibarətdir ki, xəstədə yaş artdıqca xəstəliyin ağırlaşmaları özünü daha ağır formada biruzə verirlər (məsələn hərəkətsizlikdən sümüklərdə osteoporoz artır, bu səbəbdən də hərkət məhdudluğu da artır və s.). 4.Yuxarıda qeyd edilən hazırda onun əziyyət çəkdiyi xəstəliklər anadangəlmə irsi olduğundan (anadangəlmə anomaliyaların) reablitasiya olunmurlar. 5.Qeyd edilən xəstəliklər əlaqədar o, dispanser qeydiyyatda olmalı və mütəmadi müayinə və müalicə almalıdır. 6.Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının göndərişində qeyd edilən “Əsas diaqnoz: Dərinin digər dəqiqləşdirilməmiş anadangəlmə inkişaf qüsurları, xəstə daimi müalicə qəbul etməlidir. Ağırlaşmalar: hərəkətsizliklə bağlı osteoporoz, yaşlılarda osteomalyasiya, sinovial qişaların və vətərlərin digər rubrikalarda təsnif olunan xəstəliklərdə zədələnməsi. Yanaşı xəstəliklər: kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, əqli geriliyə görə təhlükəli işlərdən uzaq durmalı, ocaqlı xorioretinal iltihab, görmə qabiliyyəti zəiflədiyi üçün eynəkdən istifadə etməli, xroniki səthi qastrit, pəhriz saxlamalı, qida rejiminə əməl etməli.” xəstəliklər tibbi sənədlərdə və əyani müayinədə müəyyən edildi. Daha dəqiq isə onu stasionara yerləşdirməklə nail olmaq olar”.Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar