Məhkəmə qərarları › İş №2-1(118)-1255/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1255/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1255/2020 02.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “cavabdehin üzərinə xx xxx 2006-cı il təvəllüdlü övladı X1 adının “Xalidə”dən, “Miray”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “cavabdehin üzərinə xx xxx 2006-cı il təvəllüdlü övladı X1 adının “Xalidə”dən, “Miray”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, X5 ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından bir övladları var: xx xxx 2006cı il təvəllüdlü X4.Sumqayıt şəhər məhkəməsinin 2 (060) 430/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə əri ilə aralarında olan xx xxxxxx 2005-ci il tarixli rəsmi nikah pozulmuş, birgə nikahdan olan xx xxx 2006-cı il təvəllüdlü X1 onun yanında qalması müəyyən edilmiş və birgə nikahdan olan xx xxx 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2011-ci il tarixdən başlayaraq hər ay X2 76 manat sabit pul məbləğində aliment tutulub mənəona verilməsi qət edilmişdir.Sumqayıt şəhər məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış və birgə nikahdan olan xx xxx 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X2 136 manat sabit pul məbiəğində aiiment tutulub ona verilməsi qət edilmişdir.Qeyd etdi ki, o qızının adını dəyişdirmək istəyir. Bunun üçün də qızının atası X3 müraciət edərək, ondan xahiş etmiş ki, birlikdə ərizə ilə icra hakimiyyətinə müraciət edək. Lakin o, bundan imtina etdi. Ona görə də o adın dəyişdirilməsi ilə bağlı ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişdir.Bildirdi ki, uşağının adını “Miray” qoymaq istəyir. Belə ki, qızının “Xalidə” adından xoşu gəlmir. Qızı özü də ona “Miray” adının qoyulmasının tərəfdarıdır. Onun bu addan xoşu gəlir. O da uşağın valideyni kimi onun istəyini yerinə yetirmək istəyirəm. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx xxxx 2020-ci il tarixli 53 saylı cavab məKtubu ilə qızının adının dəyişdirilməsindən imtina olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası öz imtinasını onunla əsaslandırmışdır ki, uşağın atası qızının adının “Miray” qoyulması ilə bağlı razılıq ərizəsi təqdim etmədiyindən adı dəyişdirilməsi məqsədəuyğun deyil.Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının imtinası ilə qəti şəkildə razılaşmır. Belə ki, qızının hazırda 14 yaşı var. Qızımın atası isə nikahları pozulduqdan sonra bir dəfə də olsun qızı ilə maraqlanmamış və onunla ünsiyyətdə olmamışdır. Hesab edir ki, qızının adının dəyişdirilməsi zamanı onun atasının razılığının alınması barədə cavabdeh tərəfin gəldiyi nəticə əsassızdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası uşağın adının dəyişdirilməsi barədə xahişimi təmin etməməklə “Uşaq hüquqları haqqında” Konvensiyanın və Ailə Məcəlləsinin tələblərini pozmuşdur. Axı qanunun tələbinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzərinə xx xxx 2006-cı il təvəllüdlü qızım - X1 adının “Xalidə”dən - “Miray”a dəyişdirilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 297 saylı Fərmanına əsasən Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının vəzifələrini icra hakimiyyətinin qəyyumluq və himayə orqanları tərəfindən həyat keçirilir) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasıdır ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2019-ci il tarixli məktubu inzibati akt deyil, ünvanlandlığı şəxslər üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “cavabdehin üzərinə xx xxx 2006-cı il təvəllüdlü övladı X1 adının “Xalidə”dən, “Miray”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar