Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1255/2022 16.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı X1 (işləməyən, ünvan 1 ünvanında yaşayan) və onun nümayəndəsi Vəkil (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərarı ilə cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şabran (keçmiş Dəvəçi) rayonunun Xəlfələr bələdiyyəsinin ərizə ilə müıaciət edərək heyvandarılq və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükü məqsədi ilə bələdiyyə mülkiyyətindən 1,0 hektar torpaq sahəsinin ona satılmasını xahiş etmiş, bununla əlaqədar bələdiyyənin sədri Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsinə müraciət etmiş, həmin Şöbə bələdyyənin sorğusuna əsasən müsbət rəy vermiş və torpsaq sahəsinin satılmasını məqsədəuyğun hesab etmişdir. Rəydə bildirilmişdir ki, həmin sahə ümumi istifadəyə daxil edilməyən istifadəsiz, kollu-örüş sahəsidir və qeyd olunan məqsədlə satılması qanunamüvafiqdir. Dəvəçi rayonu Xəlfələr Bələdiyyəsinin 20 fevral 2007-ci il tarixli 6 saylı iclas protokolunun qərarı ilə həmin 1.0 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Həmin qərar əsasında iddiaçı torpağın haqı kimi bələdiyyənin hesabına 600 manat pul köçürmüş, bu barədə akt tərtib edilmiş, həmin akt rayon şöbəsində 06 mart 2007-ci il tarixdə 34 nömrə ilə qeydə alınmış və alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na əlavə əsasında aparılmışdır. Bundan sonra torpaq sahəsinin plan və ölçü sənədi tərtib etmişdir. İddiaçı 1,0 ha torpaq saphəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaəqdar cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəni təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavadehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, vətəndaş İddiaçı Şabran rayonu Xəlfələr bələdiyyəsinin xx.xx.2007-ci i tarixli 02 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.0 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Bundan başqa Şabran rayonu, Xəlfələr bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda DTXK-nın Şabran rayon şöbəsinin tarixi və qeydi yoxdur. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : -Dəvəçi (Şabran) rayon Xəlfələr bələdiyyəsinin 20 fevral 2007-ci il tarixli iclas protokolunun qərarından 06 mart 2007-ci il tarixli 02 nömrəli çıxarışından görünür ki, İddiaçı heyvandarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı emalı vətədarük edilməsi üçün tikinti məqsədi ilə bələdiyyənin ümumi istifadəyə daxil edilməyən istifadəsiz kolluq-örüş sahəsindən alqı-satqıya 1,0 hektar torpaq sahəsi satılması qərar alınmışdır. -Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli aktdan görünür ki,Dəvəçi rayon Xəlfılər bələdiyyəsi İddiaçı bələdiyyənin ərazisindən 1 ,0 hektar torpaq sahəsinin satmışdır. - Dəvəçi rayon İcra Hakimiyyəti Tikinti və memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, İddiaçı bələdiyyənin ərazisindən 1 ,0 hektar torpaq sahəsinin satması məqsədəuyğun hesab edilmişdir. - DTXK-nin Dəvəçi rayon Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı oöluna ayrılmış 1,0 hektar torpaq sahəsinə dair tərtib edilmişdir. -DTXK-nin Dəvəçi rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 495 nömrəli məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı heyvandarılq və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükü məqsədi ilə alqı-satqıya torpaq sahəsinin satılması ilə bağlı məktubunuza torpaq qanunlarına uyğun şəkildə baxılmış və qeyd olunan məqsədlə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. - DTXK-nin Dəvəçi rayn şöbəsinin xx.xx.2007-ci il tarixli 494 nömrəli məktubundan görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 1,0 hektar olmaqla Xəlfələr bələdiyyəsinin torpaq fonduna daxildir.Həmin sahə ümumi istifadəyə daxil edilməyən istifadəsiz kolluq-örüş sahəsidir və qeyd olunan məqsədlə satılması qanunamüvafiqdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə araşdırması zamanə iddiaçı ona satımış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını təkzib etmədiyini və bununla bağlı mütəxəssis rəyinin alınmasına ehtiyac olmadığını bildirdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1255/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1255/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver