Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1255/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə iddiaçıya satılmış 600 kv m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə iddiaçıya satılmış 600 kv m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Qusar-Xudat yolunun sol tərəfində “Samur” mini konserv zavodu yerləşən kvartalda 600,0 kv m torpaq sahəsi 1200,0 manata iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılmasının məqsədəmüvafiq olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi və Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən rəylər verilmişdir. Bundan başqa, torpaq sahəsinin yerquruluşu layihəsi, plan ölçü sənədi tərtib edilməklə torpaq sahəsi mənə təhkim edilmiş, 25 dekabr 2009-cu il tarixdə tərəfindən 1200 manat məbləğində pul vədsaiti bələdiyyənin hesabına ödənilmiş və bələdiyyə tərəfindən iddiaçıya 25 dekabr 2009-cu il tarixli 680011 saylı qəbz verilmişdir. Bununla da, torpaq sahəsinin ayrılmasına dair sənədlər həmin vaxt mövcud olmuş torpaqların alqı-satqısı qaydalarına tanı uyğun qaydada tərtib edilmişdir. Bundan sonra iddiaçı tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, evin lahiyəsi Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Hal-hazırda həmin evin bütün kommunal şəraiti var, ev yaşayış üçün tam yararlıdır. İddiaçı həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi məqsədi ilə nümayəndəsi vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və həmin idarənin 14,07.2023-cü il tarixli 3-21-3-34/2-9-0186-8/2023 saylı məktubu ilə bildirilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi düzgün satılmamışdır, torpaq sahəsi hərrac və müsabiqə vasitəsi ilə satılmalı idi. Bu, səbəbdən də iddiaçıya çıxarışın verilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi L.Quliyeva iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, təqdim edilən sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edilən 0,06 ha torpaq sahəsi Qusar bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə verilmişdir. Halbuki, həmin dövrdə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Bundan əlavə Qusar bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 60/1-21 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmamışdır. İş materiallarında olan : - Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarından görünür ki, X5 600 kv m torpaq sahəsi ayrılması qərara alınmışdır. -Torpaqların alqı satqısına dair aktdan görünür ki, Qusar bələdiyyəsi 600 kv m torpaq sahəsini X1. - Qusar şəhərinin baş planından çıxarışdan görünür ki, Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə X5 ayrılmış 600 kv m torpaq sahəsi göstərilmişdir. -Qusar rayon İHB Aparatının Memarlıq vəTikinti şöbəsinin 587 saylı icazə sənədindən görünür ki, Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə X5 ayrılmış 600 kv m torpaq sahəsin yaşayış evinin tikintisinə icazə verilmişdir. - -DTXK-nin Qusar rayon Şöbəsi tərəfində tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki,həmin sənəd S.Orucovaya verilmiş 600 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -Fərdi yaşayış evinin layihəsindən görünür ki, həmin sənəd S.Orucova sifarişçisi fərdi yaşayış evi barəsindədir. -Məhkəmənin sorğusuna cavab olaraq ARDİN Baş Pasport Qeydiyyat və Mirasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Quliyeva (Orucova) Sənubər Zakir qızı xx.xx.1988-ci ilədn xx.xx.2005-ci il tarixədək Qusar şəhəri, M.Qorki küçəsi ev 20-də, xx.xx.2005-ci il tarixdən hazırki tarixədək Qusar şəhəri Süleyman Stalski küçəsi ev 72 üvanda yaşayış yeri üzrə qeydiyyatdadır. - Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli sorğuya cavab məktubundan görünür ki,rayon arxivində saxlanılan Qusar bələdiyyəsini 2009-cu illərin sənədləri qovluğundan 03 dekabr 2009-cu il tarixli protokolun v) bəndindən X8 aid hissəsindən tərtib edilmiş arxiv arayışı və Qusar rayon bələdiyyəsinin 2009-cu illərin torpaqların alqı-satqı sənədləri qovluğundan 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə 600 kv.m torpaq sahəsinin satılması barədə sənədlərin arxiv surətləri məhkəməyə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik -hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2009-cu il tarxili 60/1-21 nömrəli qərarı ilə satılmış 0.06 ha torpaq sahəsi naturada faktiki 0.059 ha təşkil edir və həmin torpaq sahəsinin üzərində tikinti altı sahəsi 92.1 kv m olan 2 (iki) mərtəbəli yaşayışa tam hazır olmayan fərdi yaşayış evi inşa olunmuşdur. Göstərilən torpaq sahəsinin 0.0024 ha hisəssi “10 kV”-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir, bundan əlavə torpaq sahəsinin sərhədindən (mişar daşı hasarından) 8.5 metr aralı olmaqla “orta təzyiqli” qaz xəttinin su kanalından keçirilən yerüstü qaz boru hissəsi mövcuddur, həmin qaz xəttinin yerin altından hansı hissədən keçdiyi məlum olmadığından həmin “orta təzyiqli” qaz xəttinin qoruma zolağına düşüb-düşməməsini təyin etmək mümkün olmamışdır. Hal-hazırda elektron xəritə məlumatlarına əsasən sözügedən torpaq sahəsinin 0.0054 ha hissəsi X3 mülkiyyətində olan **********50 reyestr nömrəli 0.04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündeki koordinatları ilə, 0.0049 ha hissəsi isə X6 mülkiyyətində olan **********96 reyestr nömrəli 0.0262 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündeki koordinatları ilə üst-üstə düşür. Qeyd: Üs-üstə düşən torpaq sahələrini faktiki istifadə vəziyyətlərinə gətirmək üçün X9 məxsus **********97 reyestr nömrəli 0.0544 ha torpaq sahəsinin planı və ölçüsündəki koordinatları ilə X7 məxsus **********94 reyestr nömrəli 0.0394 ha torpaq sahəsinin planı və ölçüsündəki koordinatlarını da faktiki istifadə vəziyyətə uyğun yenidən işlənilməsi mütləqdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə 600 kv m torpaq sahəsi İddiaçı alqı-satqı qaydasında ayrılmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsi və inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdehə mülkiyyət hüququnun qeydə alınması müraciət etdikdə cavabdeh torpaq sahəsinin hərracdankənar satıldığına, alqı-satqı aktının DTXK-nin Qusar rayon şöbəsində qeydə alınmamasına və torpaq sahəsinin bir hissəsinin başqa mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşdüyünə istinad edərək imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idrə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmənin soröusunca cavab olaraq Azəbaycan Respublikası DİN Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsi bildirmişdir ki, İddiaçı xx.xx.1988-ci ilədn xx.xx.2005-ci il tarixədək Qusar şəhəri, M.Qorki küçəsi ev 20-də, xx.xx.2005-ci il tarixdən hazırki tarixədək Qusar şəhəri Süleyman Stalski küçəsi ev 72 üvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə, iddiaçının Qusar şəhəri ərazisində hərracdankənar torpaq sahəsi əldə etmək hüququna malik olmuşdur. Cavabdehin alqı-satqı aktınını DTXK_nin Qusar rayon şöbəsində qeydiyyata alınmaması ilə bağlı məhkəmə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqısatqı aktının qeydiyyat alınmaması halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin rəyin torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin, mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Məhkəmə onu vurğulayır ki, iddiaçıya torpaq sahəsi ayrılmasına əsas olmuş inzibati akt Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 60/1-21 saylı qərarı yuxarıda qeyd edildiyi kimi hazırda qüvvədədir və hüquqi cəhətdən etibarlı sənəddir. Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair tələbə gəldikdə isə məhkəmə hesab edir ki, həmin tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət ryeestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: https://eqanun.az/framework/5456 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. Məhkəmə yaşayış evinin tikintisinə dair icazənin 2010-cu ildə verildiyini nəzərə alaraq hesab edir ki, həmin ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edən sənəd təqdim olunmalıdır. Bundan başqa mütəxəssis rəyi ilə torpaq sahəsinin 0.0024 ha hissəsinin 10 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qusar rayon Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə iddiaçıya satılmış 0.059 ha torpaq sahəsi üzərində (X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0.0054 ha və X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0.0049 ha çıxılmaqla) İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Qusar rayon Qusar bələdiyyəsinin 03 dekabr 2009-cu il tarixli 60/1-21 saylı qərarı ilə iddiaçıya satılmış 0.059 ha torpaq sahəsi üzərində (X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0.0054 ha və X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0.0049 ha çıxılmaqla) İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HakimVəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1255/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1255/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver